Cismimdə, canda söylər, Heyhat minnə zillə
Axdıqca qanda söylər, Heyhat minnə zillə.
Səndə yuvanma söylə, Heyhat minnə zillə,
Səs ver utanma söylə, Heyhat minnə zillə.
Durdu qoşun önündə etdi xitanə kəsdir,
Düşmənçilik edənlər biznən bilin əbəsdir.
Məmnuri inqilabə məna budur, bu səsdi,
Səsləndi əqli qurban, Heyhat minnə zillə.
Çək əl-qolun kənarə qaldır sinənin üstə,
Çək nərə çək bir ilə, məzlum Huseyni səslə.
Hikmətlədir bu sözlər eycaz nədir bu səsdə,
Bu sözdə var həqiqət, Heyhat minnə zillə.
Höccət tanıyanlarıq biz, bu çöldə bu nəvadə,
Azadlıq eşqi vardır bu bəzmidə, əzadə.
Bu Aşurada ey dil, can verdi bu əzadə,
Odur deyir bu millət, Heyhat minnə zillə.
Ey Məscidi sökən kəs, Allah cəzanı versin,
Taha nəçidir sökdün, Taha cəzanı versin.
Zəhra məçidi söksən, Zəhra cəzanı versin,
Allah evin sökürsən? Heyhat minnə zillə.
Bir məscid abad eylir bir məscidi sökürsən,
O torpağı o daşı sən yollara tökürsən.
Ey zalım oğlu zalım toxlu nifaq əkirsən,
Səslər bu əhli təqva, Heyhat minnə zillə.
Sən qorxmursan Allah bir güzlü tafan eylər,
Yurdumda hər binanı yer ilə yeksan eylər.
Siz ölməmişdən Allah, bir yaxşı divan eylər,
Onda deyər camaat, Heyhat minnə zillə.
Allah evin tikən ol, baxma yezid sözünə,
Dünyada büt yıxan ol, baxma yezid sözünə.
Din qeyrətin çəkən ol, baxma yezid sözünə,
Qeyrətlilər diyərlər, Heyhat minnə zillə.
Baş tutmaz İnşəAllah zalımların bu cəhdi,
Söz vermişik İmama biz pozmarıq bu əhdi.
Hər cümə səslərik biz, gəl ya İmamı Məhdi,
Ruyin edək ziyarət, Heyhat minnə zillə.