Zeynəb (s.ə) mərsiyyəsi
Can ey şəhudu-Kərbəlayi-Zeynəb!
Can Hüseyni-binəvayi-Zeynəb!
Səbr eylədin, Əsirlərə yar oldun,
Səqirlərə, fəqirlərə yar oldun.
Əhli-ümmət-nəsillərə yar oldun,
Sən ey Qurani-eşqi-həvayi Zeynəb!
Can ey Hüseyni-Kərbəlayi-Zeynəb!
Can verdi, can körpə Rüqəyya gördün,
Yeddi qardaş qəmli yas-əza gördün.
Nə yatmadın, nə də röya gördün,
Çəkdin zülmü-sitəm-Cəfayi Zeynəb!
Can ey Hüseyni-Kərbəlayi-Zeynəb!
Küfədə, Şamidə divan eylədin,
yezid taxt-tacında fəqan eylədin.
Kafir qarşısında fəqan eylədin,
Xütbələrin dərdə-şəfayi Zeynəb!
Can ey Hüseyni-Kərbəlayi-Zeynəb!
Vardır Həzrət Əli cürəti Səndə,
Səsi, həm avazı, qüdrəti Səndə.
Anan Fatimənin izzəti Səndə,
Cənnəti-Rizvani-Bəqayi-Zeynəb!
Can ey Hüseyni-Kərbəlayi-Zeynəb!
Yadigarı-Fatimeyi-Zəhrasan,
Sən təlimi-Hüseyni-can dəryasan.
Dini-İslam yolunda haq, nidasan,
Cihadi-rahi-haq-nobcayi-Zeynəb!
Can ey Hüseyni-Kərbəlayi-Zeynəb!
Canım olsun yolunda qurban Xanım,
Etdin varın bu yolda qurban Xanım.
Rafiq söylər halına can-can Xanım,
Sən haqq qəhrəmanı-hisayi-Zeynəb!
Can ey Hüseyni-Kərbəlayi-Zeynəb!