Yarən başın sağ olsun
Yarən başın sağ olsun, meydani Kərbəladə,
Öldürdülər Huseyni, ətşani Kərbəladə.
Kül başına məzizam, öldü şəhi Mədinə,
Oldu əsir yəralı, zülm ilə qovmikina.
Billəm yetim əradə qaldı bu gün Səkinə,
Cədda deyir dolanır, səhrayi Kərbəladə.
Vəchinədir bu sirrin, xəlqi qoyubdur heyran,
Zilhiccənin onunda hər il kəsərlər qurban.
Bilməm ağam Huseynin fikri nədir əziza,
Günəş bu gün kəsildi qurbani Kərbəladə.
Ayrıldı qardaşından yarən bəlalə Zeynəb,
Bi kəslərə pərəstan oldu vəfalı Zeynəb.
Qaldı dəxi ölüncə bağrı yaralı Zeynəb,
Əzbəzkidi möhlət peykani Kərbəladə.
Ravi deyir baxırdım gördüm dağıldı ləşkər,
Gəldi qubar içində çıxdı o şimri kafər.
Bir əldə bir kəsik baş, bir əldə qanlı xəncər,
Alqan ilə bulaşmış davanı Kərbəladə.
Aldım xəbər ki, ey şimr ayəm bu nə fəzadı?
Bu qanlı baş nə başdır, ya hansı ney-nəvadır?
Qıldı işarə ravi bu şahi Kərbəladır,
Öldürmüşəm tökülsün, al qani Kərbəladə.
Yarən həmən Huseyndi, bir dəm çəkəndə mahi,
Hicr etdi həm kürsi, ağlar digani bahi.
Bir böylə padişahın, bilməm nədir günahı,
Ki, qətlinin yazıldı, fərmanı Kərbəladə.
Çün şimri üz qoyanda ol şahi biliqayə,
Etdi xitabi zalim bu can gəlib dodağə.
Hər məmləkətdə aya, hörmət olar qonağa,
Ya teşnəni öldürərlər, mehmani Kərbəladə.
İndi yanında zalim, hazırdı dəstə-dəstə,
Hərvani ənbiyani Zəhrayi ol şikəstə.
Çıxma əlində xəncər, yarani sinəm üstə,
Qorxutma bir mürüvvət Zəhranı Kərbəladə.
Gəl tut Huseynə matəm bu qəm fəzadə fürqəm,
Oxşa bu teşnə kami, bəzmi əzadə fürqəm.
Versin görüm bu Mövla, əcrin əzadə fürqəm,
Dönsün xəzadə bir gün olasan Kərbəladə.
Yarən başın sağ olsun, meydani Kərbəladə,
Öldürdülər Huseyni, mehmani Kərbəladə.