Həzrət Zəhranın (s.ə) Əbulfəzl (ə) başı üstünə gəlməsi
Həzrət Zəhradan aldım muzdumu, padaşımı,
Başıma qoydu əlin, ərşə yetirdi başımı,
İzn verdi tez çağır gəlsin imam haşimi,
Səsləməzdin bi icazə yoxsa mən qardaşımı,
Yaxşı imdad elədi Xeyrün-nisa Əbbasidən.
Aldı Əbbasın səsin, verdi Hüseyn fil-fövri səs,
Aşyanından haman eşq olubdur bihəvəs,
Üz qoyub meydana dildə ah çəkdi hər nəfəs,
Qıl kömək ya Rəbb dedi yoxdur mənə dadrəs,
Naümidəm, ey Xudayi-kibriya Əbbasidən.
Gəzdi meydanı yetib dildən düşən səqqasına,
Nəqş olub gördü vucudu Kərbəla səhrasına,
Baxdı qolsuz peykərə məcruh olan əzasına,
Ləblərin öpdü qoyub simasını simasına,
Gördü səs gəlir gözü başı yarə Əbassidən.