Kərbəlanın qəm fəzası öylə bir gülzardır
Kərbəlanın qəm fəzası öylə bir gülzardır,
Gülləri qanə boyanmış bülbülü hüşyardır.
Küfr ilə iman dayanmış üz-üzə bu cəngdə,
Sözdə İslam olsada düşmənləri qəddardır.
Seyr edər göydən məlaik çox pərişan hal ilə,
İtrəti-Peyğəmbəri Ya Rəbb nə cür inkardır.
Çarədrimi biət üçün bu hesabsız zülmlər,
Lənət olmuş Ali-Süfyan gör neçə biardır.
Xeymədən çıxdı Hüseynim (ə) ağuşunda Əsğəri,
Söylədi: "Qomi-zülam sizdə bu rəftardır".
Mən günahkaram deyirsiz, bəs bu tiflim neynəyib?
Vermədiz bir qətrə su, tiflim susuz dilzardır.
Gərçi biət etməsən yoxdur dedi bir qətrə su,
Əmr edib ibni Ziyad, çün əmrdə isrardır.
Tam bu əsanada kəmanə qoydu bir ox Hərmələ,
Oxladı Əsğər boğazın qatili aşkardır.
Ox dəlib tiflin boğazın dəydi cismi-həzrətə,
Çəkdi hülqundən oxu qan çeşmətək çağlardır.
Dəstinə aldı o qanı səpdi ol dəm göylərə,
Kərbəladən xun Əsğər aləmə təzkardır.
Yetdi itmamə şəhidan, Əsğər oldu son şəhid,
Vadiyi - Kərbübəladə Əsğərim şahkardır.
Qalmadı bir yar-yavər, tək qalıb Zeynül ibad,
Gördü tək qalmış Hüseyni (ə) kimsəsiz naçardır.
Bağladı tiğu-kəmanın, geydi çəng əlbisəsin,
Xeymədən çıxdı kənarə çox zəif bimardır.
Üz qoyub meydani-cəngə istədi cəng eləsün,
Gördü bu hali o həzrət oğlunu tiğdardır.
Yox sənə izni-şəhadət, ey oğul bu cəngidə,
Badeyi-izni-şəhadət qismətin əsrardır.
Ey gözüm nuru, bu gündən rəhnümasən ümmətə,
Sənsən ərbabi-İmamət yardımın Ğəffardır.
Hər nə var idi əmanət, təslim etdi oğluna,
Hüccətiydi Allahın bu ümmətə sərkardır.
İltiqa vaxtı yetişdi bir ziyafətdir bu gün,
Geydi pürqiymət libasın Kərbəla memarıdır.
Qoydu başinə əmamə, çün Peyğəmbərdən qalıb,
Həzrəti Zəhra verən bir piruhən Şahvardır.
Asdı çiynindən nəhayət Həmzənin qalxanını,
Mindi Əsbe-Zülçənahə əldə Zülfuqardır.
Cəng meydanında durdu, söylədi: Qövmi zülam,
Tutmusuz rahi-çəhənnəm sözlərim ehzardır.
Siz əgər Cəddim Rəsulun dinini haq bilmisiz,
Əl çəkin zülmü-sitəmdən dinimizçün ardır.
Yol verin tifli, zənani cəngidən xaric edim,
Eylədi itmami-hüccət, düşməni kindardır.
Kufəyan oldu peşiman həzrətin nitqin duyub,
Baxdılar Şahi-Şəhidə göz yaşı çuybardır.
Şimr bu hali görəndə ərz qıldı, Ya Hüseyn (ə),
Tək yolu biəddü et ki, çün Yezid əyyardır.
Söz təmamə yetdi həzrət əllərin açdı göyə,
Şahid ol ya Rəbb, əfsus çarəsi peykardır.
Cəngidən vaz keçməyirsiz, bari tək-tək cəng edin,
Baxdı niruyə o həzrət düşməni ənhardır.
Üz tutub meydani-cəngə, yağdı göydən tirilər,
Yan keçir oxlar hədəfdən, çün hədəf əthardır.
Nagahan ətrafı sardı toz, duman oldu bülənd,
Oldu gözlərdə nümayan cinnə ol salardır.
Zəfərəm mən ey Hüseynim, əmrinə amadəyəm,
Çün babam İslam olubdur, o Əli sərdarıdır,
İzn ver sənlə bərabər cəng edim bu cəngidə,
Yoxdu bu qövm içrə iman, düşmənin füccardır.
Söylədi insaf degildir, siz görünməzsiz gözə,
Bu bərabər cəng olmaz, səhv bir meyardır.
Bəs bu insafdırmı aya, cəng edir saysız qoşun,
Sənlə bir səfdə duran yetmiş iki ənsardır.
İzn verməm, ey rəfiqim, bil, şəhadət vəqtidir,
Dərgahi-məhbubə yetmək dinimə dərkardır.
Zəfər oldu çox peşiman, ayrılıb pəjmürdəhal,
Qaldı meydan içrə həzrət eşqdən kamkardır.
İstərəm sizdən döyüşçü, çəkdi bir nərə o dəm,
Nərədən düşmən gərildi, cəng çox düşvardır.
Həzrəti vəsf etmək üçün yox gücüm, məzur görün,
Yazdığım cürətdi zatən, təb də bu miqdardır.
Yetməz itmamə bu qissə, dahilər can qoydular,
Min əsər yazsanda Akif, yazdığın təkrardır.