Bəlanın aşiqi
Ya Huseyn! Sənsən bəlanın aşiqi,
Həm cüdanın, həm cəfanın aşiqi,
Kərbəlanın mülkünə sultan ağam,
Həm həyanın, həm vəfanın aşiqi.
Sən himayət, həm hidayət eyləyən,
Hər fəqiqin, binəvanın aşiqi.
Qulların Allah edib çox imtahan,
Sən kimi yox imtahanın aşiqi.
Mən sənin uğrunda mülkündən keçən,
Hər ağanın, canfədanın aşiqi.
Yas tutur həl il sənə, uşşaqinə
Tasuanın, Aşuranın aşiqi.
Mən bu dünyadə fəqət sən eyləyən,
Hər duanın, hər nidanın aşiqi.
Qasimi bir zəvvarın say, çün ki, o,
Hər an olmuş Kərbəlanın aşiqi.
Mustafanın, Murtəzanın aşiqi,
Ol İmam əl-Muctəbanın aşiqi,
Aşiqəm, Əhli-əbanın aşiqi.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.