Başsağlığı
+5
Müəllif:
Elya | 11-11-2014, 12:00 | Baxılıb: 1 145
277 Başsağlığı
1284. Yaslı insana təsəlli vermək.
4247. Allahın Peyğəmbəri (s): «Hər kim yaslı insana təsəlli versə, onun qədər əcri var.»
4248. İmam Əli (ə): «Hər kim övladı ölmüş anaya təsəlli verərsə, Allah Onun ərşindən başqa heç bir kölgənin olmayacağı gün ona Öz ərsinin kölgəsində yer verəcək.»
4249. İmam Sadiq (ə): «Təsəlli vermək üçün müsibətə düşənin səni görməsi kifayət edər.»
1285. Yaslı insana təsəlli üçün deyilənlər.
4250. İmam Əli (ə): «Allahın Peyğəmbəri (s) nə vaxt təsəlli verərdisə, buyurardı: Allah əcrinizi versin və sizləri öz rəhmətinə şamil etsin. Təbrik edəndə isə buyurardı: Allah sizə bərəkət versin və mübarək etsin.»
1286. Yas əhlini təbrik etmək, başsağlığı verməkdən daha yaxşıdır.
4251. İmam Rza (ə)–(Həsən ibn Səhlə verdiyi başsağlığından):–«Axirət savabı münasibətilə təbrik etmək, dünyanın yasına görə başsağlığı verməkdən daha layiqlidir.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.