» » Cəmiyyətin öz yolundan azmasına təsir göstərən amillər


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Cəmiyyətin öz yolundan azmasına təsir göstərən amillər
+5
Müəllif: Fatimə Nuri Xuda | 5-11-2014, 18:00 | Baxılıb: 1 000
 
 

Cəmiyyətin öz yolundan azmasına təsir göstərən amillər 

Müaviyənin belə bir mühitdən lazımınca faydalana bilməsi üçün istifadə etdiyi üç mühüm amil çox təsirli idi. Əlbəttə, belə amillərdən istifadə etmək təzə bir şey deyil. Lakin Müaviyə bunları yaxşı başa düşür və onlardan yerindəcə istifadə edirdi. Adətən, qədim zamanlardan bu günümüzə qədər, elə indinin özündə də dünya siyasətçiləri bu üç amildən istifadə etmişdir:
Təbliğat;
Birinci amil təbliğat olub, siyasətçilərin xalqın fikrini dəyişməkdə, yeni ictimai fikir formalaşdırmaqda və onları istədikləri səmtə yönəltməkdə istifadə etdikləri əsas üsullardan sayılır. Müxtəlif cəmiyyətlər və mədəniyyətlər bir-birindən fərqləndiyi kimi, təbliğat amilindən istifadə yolları da fərqlidir. O vaxtkı İslam cəmiyyətində təbliğat amillərinin ortaya atdığı məsələlər, bu günlər tez-tez eşitdiyimiz humanizm, plüralizm, insan hüquqları, vicdan azadlığı kimi məsələlər deyildi. Həmin cəmiyyətdə hakim ideologiya İslam idi. Müsəlmanlar Allaha və Peyğəmbərə (s) inanırdı; müxtəlif məzhəblər və islami təfsirlər də yox idi. Amma başqa amillər var idi ki, təbliğatda onlardan istifadə edirdilər.
O zamanın təbliğat amillərindən biri, incəsənət və ədəbiyyat, xüsusilə də şer idi. O dövrdə ərəblər arasında şer xüsusi yer tuturdu. Hamınız eşitmisiniz ki, Müaviyə öz mədhində və eləcə də müxaliflərinin həcvində məşhur şerlər yazdırıb, camaatın arasında yayırdı. Belə şairlərdən ən çox tanınmışı Əxfəl Nəsrani idi; olduqca məharətli bir şair olan Əxfəl, bu kimi işlər üçün xüsusi şagirdlər də tərbiyə edirdi.
Amma İslama daha çox meyilli olan dindarlar arasında ən mötəbər və mühüm məsələ Quran və hədis idi. Buna görə də Müaviyə bir sıra adamları bu sahədə ələ almaqla, onları yalandan hədis uydurmağa təşviq edirdi. Belə uydurma hədis söyləyənlərdən biri də Əbu Hüreyrə idi. Bu adam haqqında sünni qardaşlarımız bir neçə kitab da yazıblar. Əbu Hüreyrə özündən çox qəribə hədislər uydurur və onları Peyğəmbərə (s) nisbət verirdi. Sadə camaat da sadəlövlükləri üzündən ona inanardılar. Bundan başqa, o zamanlar bir sıra yaxşı Quran tilavət edən kəsləri "qurra” adlandırırdılar. Qari olmaq, yəni yaxşı Quran qiraət edə bilmək o zaman mühüm məqamlardan sayılırdı. Əlbəttə, qiraət ancaq Quranı gözəl səslə, təcvid qaydaları üzrə oxumaqla bitmirdi. Dinin böyük alimlərini o zaman "qari” adlandırırdılar. Bu adamlar həm Quranı yaxşı oxuyar, həm ayələri təfsir edər, həm də ayələrin mənalarını açıqlayardılar. Əksəriyyəti də bütün Quranı əzbər bilərdilər. Müaviyə xüsusi olaraq bu üç dəstədən – qari, şair və hədis söyləyənlərdən öz təbliğat maşınının güclənməsi və hərtərəfli olması üçün istifadə edərdi.
Təşviqat;
Müaviyə xüsusi bir dəstəni şer, hədis, Quran vasitəsi ilə aldatmağa müvəffəq olurdusa, xalqa ümumi şəkildə yalnız təbliğatın bu vasitəsi ilə təsir edə bilmirdi. Qəbilə başçılarına vəzifələr vəd etmək, müxtəlif bahalı hədiyyələr bağışlamaq və qızıl dolu kisələr verməklə də onları ələ alardı. Bir sikkə qızılın bu gün bizim üçün dəyəri çox böyükdür. İndi təsəvvür edin bir kisə qızıl, yüz min dinar qızıl və hətta bir milyon qızıl nə deməkdir. Bu rüşvət müqabilində razı olmayanlar çox az idi. 
Təhdid.
Nəhayət, yerdə qalan camaatı da qorxutmaq və hədələməklə öz itaətində saxlayırdı. Müxalifət edənləri, ağızlarından Müaviyə əleyhinə bir söz çıxaranları tutub kötəkləyir, zindana salır və ya edam edirdilər. Müaviyə bu üç mühüm amilinin köməyi ilə cəmiyyəti öz şeytani hədəflərinə doğru istiqamətləndirə bilirdi.
Müaviyə Şam əhalisini bu amilllərin və öncə işarə etdiyimiz şəraitlərin vasitəsi ilə idarə edirdi. Bu işin nəticəsi nə oldu? Xalq necə yetişib tərbiyə olunurdu? İndi bunları geniş surətdə izah edəcək fürsətimiz yoxdur.
Dəfələrlə eşitmisiniz ki, Müaviyə öz arzuladığı cəmiyyəti Əli (ə)-ın şəhadətindən sonra, bir müddət də imam Həsənin (ə) vaxtında, təqribən iyirmi il müddət ərzində qura bilmişdi. Əli (ə)-ın şəhadətindən qabaq da təqribən iyirmi il Ömər ibni Xəttabın zamanında Şamda hakimiyyətdə olmuşdu. Bu müddət ərzində də həmin məqsəd uğrunda çalışmış, lazım olan şəraiti yarada bilmişdi. Belə işlər üçün kifayət qədər təcrübəsi var idi. Bir sıra şəxsləri yaxından tanıyıb, təcrübədən çıxarmışdı. İstədiyi planı həmin üç amilin köməyi ilə reallaşdırırdı. Ömrünün axırları yetişəndə, uzun illərin zəhməti nəticəsində qurub-yaratdığı padşahlığı öz oğluna ötürmək üçün bütün gücünü səfərbər etmişdi; vəsiyyət edərək, oğlu Yezidi öz yerinə canişin qoymaq istəyirdi. Özü bilirdi ki, Yeziddən hökumət başçısı çıxmaz. Amma bununla belə, ona idarəçilik işlərini öyrətmək üçün xüsusi müəllimlər və siyasətçilər tutmuşdu. Deyilənlərə görə öz vəsiyyətində Yezidə xitabən belə demişdi: "Mən sənin hakimiyyətdə qalmağın üçün heç bir atanın oğluna edə bilməyəcəyi bütün şəraiti hazırlamışam. Taxt-tac səni gözləyir, bunun üçün hər bir şey hazırdır. Amma bir neçə məsələyə diqqət yetirməlisən”. O, Yezidə Mədinə və Hicaz camaatını, oranın öz xarakterinə uyğun idarə etməsi üçün göstərişlər verərək deyir: "İraq camaatının xüsusiyyəti belədir ki, onlar tez-tez hakimlərinin dəyişməsini istəyirlər. Əgər onlar gündə bir dəfə belə bir fikrə düşsələr, qəbul et; onların hakimlərini tez-tez dəyişdir. Bu sənin üstünə yüz min siyirmə qılıncın çəkilməsindən daha yaxşıdır. Hicaz camaatına ehtiram və qayğı göstər. Çünki, onlar özlərini əsil İslam övladları hesab edirlər. Nə vaxt sənin yanına gəlsələr, onları yaxşı qarşıla, hədiyyələr ver. Yanına gəlməsələr, sən öz tərəfindən onlara baş çəkib, vəziyyətlərini xəbər alacaq nümayəndələr göndər”. Daha sonra əlavə edir: "Bir neçə nəfər vardır ki, asanlıqla sənə tabe olmazlar: Əbu Bəkrin oğlu, Ömərin oğlu, Zübeyrin oğlu və nəhayət, Əlinin oğlu. Bu dörd nəfərdən üçü xəlifə oğlu olublar. Onlardan biri xəlifə oğlu olmasa da, xəlifəliyə namizədin övladıdır. Zübeyr xəlifəliyə namizəd göstərilən altı nəfərdən biridir. Bu dörd nəfərdən özünü gözləməlisən”. Müaviyə bunların hər birisi haqqında necə rəftar etməli olacağını Yezidə başa salır. İmam Hüseynə (ə) çatanda belə deyir: "Heç vaxt Hüseyn ibn Əli ilə qarşıdurma yaratma! Bacardığın qədər ondan beyət almağa çalış. Beyət etməyib səninlə döyüşə başlasa, qalib gəlsən belə, yenə də onunla mehriban rəftar et. Onunla düşmənçilik sənə xeyir gətirməz. Hətta iş müharibəyə gətirib çıxarsa və sən müharibəni qazansan belə, onunla pis rəftar etməməlisən. Çünki o, Peyğəmbərin (s) əziz-xələf nəvəsidir. Xalq arasında xüsusi ehtiramı var və onun şəxsiyyəti digərlərindən fərqlənir”.
Baxmayaraq ki, Müaviyə nəsihət edərək, Yezidə bu kimi tövsiyələr etdi; amma bildiyimiz kimi, o, bunlara da riayət etmədi. Yezid xilafətə gələn kimi, Mədinə hakiminə bu dörd nəfərdən beyət alınmasını, əks təqdirdə, boyunlarının vurulmasını əmr etdi. Əlbəttə, bu hadisələri təfsilatı ilə söyləmək istəmirəm. Bütün tarixlərdə yazılmış bu hadisələri dəfələrlə eşitmisiniz. Mümkündür ki, yeniyetmələr bu məsələni bir o qədər də təfsilatı ilə bilməsinlər. Hər halda, bu barədə geniş surətdə danışmaq istəmirəm. Məqsədim, camaatın asanlıqla, qısa bir müddətdə İslamdan nə üçün üz döndərdiklərini təhlil edib göstərməkdir. 
Bəli, həmin insanlar az bir müddət ərzində hər şeyi unudub, Peyğəmbərin (s) əziz nəvəsini qətlə yetirdilər. Özü də belə əziz və sevimli bir şəxsi. Elə bir şəxsi ki, zahirini görən heyran qalır, əxlaqını görən məftun olurdu. Əgər biri ondan bir şey istəsəydi, ona o şəkildə lütf edərdi ki, əl açan adam nə boynunu bükər, nə də xəcalət çəkərdi. Bu cür insanı vəhşicəsinə öldürdülər. Niyə belə olmalıydı?
Bütün bunları müqəddimə olaraq söylədik ki, o zaman xalqın necə bir mədəniyyətə sahib olduğunu və təfəkkür-tərzini biləsiniz. İmamət nuru qəlblərinin dərinliyinə nüfuz etmiş həqiqi möminlər nəinki o zamanda az idilər, bəlkə həmişə az olmuşlar və az olacaqlar da.
Rəhbərin cəmiyyətdə müvəffəqiyyəti budur ki, ümumi və orta səviyyəli təbəqənin əqidə və fikrinə cəhət və istiqamət verə bilsin. Ali səviyyəyə yüksəltmək əməli olaraq, mümkün deyildir. Ləyaqətli bir ölkə başçısının hünəri budur ki, günbəgün orta səviyyəli adamların fikrini müsbət, xeyirli səmtə yönəldə bilsin; onları hər gün haqqa doğru yaxınlaşdırsın. Hər halda, bütün şəraitlərdə imanlarını qoruyub-saxlaya biləcək kamil möminlər azdır. O zamanlar da belə şəxslər var idi.
Əgər imam Hüseyn (ə), imam Həsən (ə) və yaxud digər bir imam bu şəraitdə Müaviyə ilə üz-üzə dayansaydı, ona gizli şəkildə sui-qəsd ediləcəkdi.
Sonra Müaviyə öz təbliğat vasitələrini işə salaraq, şerlər yazdırmaq və hədislər uydurmaqla imamlar əleyhinə ittihamlar, töhmətlər yağdıracaqdı. Bütün dövrlərdə olduğu kimi, o zamanda da bir sıra saray axundları, hökumət mollaları var idi ki, işləri xalqı azdırmaq, hakimlərin xeyrinə fikir formalaşdırmaq idi. Elə indi də belələri var. Həmişə və hər yerdə bunların zalım hökumətlərin siyasətini həyata keçirməkdə rolu digərlərindən daha çox olmuşdur. Xüsusilə də, dindar bir cəmiyyətdə camaatın gözü alimlərə dikildikdə bunların atı daha sürətli gedir.
Quranda bütün dinlərdə ortaya çıxan hər cür əxlaq və fəsadların, məhz belə satqın ruhanilərin əli ilə həyata keçirildiyi qeyd olunmuşdur.
Bütün ixtilaf, qarşıdurma, azğınlıq və fitnə-fəsad kələfinin ucu da bu işdə təcrübəli olanların əlində olmuşdur. Elə oğrular var idi ki, çıraqla gəlmişdilər və Müaviyə kimi hakimlər belələrini kəşf edib, pul və tamahlandırma yolu ilə ələ almışdılar. Əgər bu alimlərdən biri qeyrətli çıxsaydı, onu təhdid etmək və öldürməklə səhnədən xaric edirdilər. Necə ki, Əli (ə)-ın bir çox böyük səhabələri bir-birinin ardınca qətlə yetirilirdi.
Hücr ibni Ədi (Üdey), Meysəm Təmmar və imanlarında möhkəm olub, heç bir amilin təsirinə qapılmayan digər şəxslərin axırı ya zindan, ya da edam olurdu. Bu qətllər ya rəsmi, ya da terror şəklində icra olunurdu.
Xalqın İslam qanunlarından üzdöndərib yolunu azması, hətta dini heysiyyətlərini əldən verməsi, milli qürurunu itirməsi, tayfa əxlaqına belə məhəl qoymaması yuxarıda söylədiyim üç amilin təsirindəndir ki, Müaviyə onlardan məharətlə istifadə edirdi. Bütün zamanlarda bu üç amil həmişə fitnə-fəsada səbəb olmuş, olur və olacaqdır.
Əgər biz Məhərrəmlikdən dərs almaq istəyiriksə, gərək bu cür dərs alaq. Fikirləşək, necə ola bilər ki, camaat Peyğəmbərin (s) əlləri üstündə böyümüş imam Hüseyni (ə) qətlə yetirir? Həmin insanlar dəfələrlə müşahidə edib görmüşdülər ki, Peyğəmbər (s) minbərə çıxıb danışanda, imam Hüseyn (ə) minbərə yaxınlaşsaydı, uşağın qəlbi inciməsin deyə, bir anlığa sözünü saxlayıb aşağı enər, o həzrəti qucağına götürüb yenidən minbərə çıxar, onu öz dizləri üstündə oturdardı. Peyğəmbər (s) onun ağlamasına dözə bilmirdi. İmam Hüseyni (ə) dönə-dönə ümmətinə tapşırardı... Amma həmin ümmət imam Hüseynlə (ə) belə rəftar etdilər.

Kitabın adı: Kərbəlada çaxan bir şimşək
Müəllif: Doktor Mishab Yəzdi

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.