Xurafatla mübarizədə din təbliğatçılarının vəzifəsidir
Mövhumat, xurafat və cahillik adət-ənənələrinin doğurduğu əqidələrlə mübarizə Rəsuli-əkrəmin (s) nəzərində o qədər əhəmiyyətli idi ki, Məaz ibn Cəbəli Yəmənə yolladığı zaman ona belə buyurdu:
و أمت امرالجاهلیة إلاّ ما سنّة الاسلام و اظهرأمر الاسلام کلّه صغیرة و کبیرة
«(Ey Məaz!) Cahiliyyətin təsirlərini, xurafi fikir və əqidələri camaatın arasında yox et! İslamın (əql və düşüncəyə dəvətdən ibarət olan) kiçik və böyük əmrlərini ayağa qaldır!»
Rəsulallah (s) özünün müqəddəs hədəfinə görə cahillik və xurafi alətlərdən istifadə etmədi. Xurafi və əfsanəpərəst ərəb, Günəşin tutulmasını onun oğlu İbrahimin ölümü ilə bağladıqları zaman Peyğəmbər (s) onlara qarşı çıxdı. İslam dininin xurafi və əfsanəvi yollarla inkişaf etməsinin qarşısını aldı. Onların avamlıq və nadanlığından sui-istifadə etmədi. Yəni İslam, xurafat, azdırıcı və qondarma göstərişlərlə deyil, düşüncə və əql yolundan ibarət olan üslubu ilə təbliğ olunmalı, insanları dinsizlik və etimadsızlıqla nəticələnən cahillik və nadanlıqdan uzaqlaşdırmalıdır.
Haqq yolunu istəyirsən, doğru ol,
Doğru olsan, sənlədir bil, doğru yol.
Deməli, insanların Allah dinini kamil və dolğun qavramaları üçün din təbliğçisinin mühüm vəzifələrindən biri budur ki, xurafat və qondarma ayinlərlə mübarizə aparmaqla yanaşı, həqiqəti də xurafatdan ayırsın.
Kitabın adı: Xurafat
Müəllif: Seyid İsmayıl Şakir Ərdəkani