Xurafatın əsirlik zəncirləri
Bundan məqsəd, əsirləri bağlayan dəmir-polad zəncirlər deyil, ərəblərin bağlandıqları xurafi əqidə və batil etiqadlarıdır. Bu batil əqidələr, dərəcə etibarı ilə, dəmirdən hazırlanmış əsarət zəncirlərindən daha ziyanlı və yolxucu idi. Çünki dəmir zəncirlər bir gün, nəhayət açılıb qopacaq. Amma xurafi fikir və əqidələri aradan götürmək, batil etmək asan iş deyil. Hər kəs bu çətin işin öhdəsindən gələ bilməz. Buna görə də, Allah-Təala camaatı bu əsarət zəncirlərindən azad etmək üçün xüsusi bəndələrini peyğəmbər olaraq seçib. Onlar da mükəmməl şəkildə öz vəzifələrini yerinə yetirib, həqiqi azadlığı bəşəriyyət üçün sovqat gətiriblər. Mövləvi, bu peyğəmbər və ilahi rəhbərlərin xidmətini və insanpərvər hərakatını belə qələmə alır:
Bir düşün, nə üçün Xətmi-ənbiya,
Özünə, Əliyə deyibdi «mövla»?!
Mövla o şəxsdir ki, unutma bir an,
Zənciri qırıbdır ayaqlarından.
Azadlıq çarçısı nəbilər ki, var,
Möminə azadlıq bəxş edər onlar.
Kitabın adı: Xurafat
Müəllif: Seyid İsmayıl Şakir Ərdəkani