Kərbəla yetmiş iki igidin ağlamasıdır.
Sanmayın ki, ölüm üçün ağladılar.
Kərbəla qulaqlarda cingildəyən yetmiş iki igidin fəryadıdır.
Sanmayın ki, qorxudur səbəbi, fəryad inanan qəlblərdə haqq uğrunda ölməyin gur səsidir.
Fəryad məzluma ümid, zalımı qorxuya salan bir ah-nalədir
Kərbəla bir ovuca sığan yetmiş iki ürəyin yetmiş iki yarasından sızan nurdur.
Kərbəla məzlumun dilindən tökülən ağrıdır, eyni zamanda ümiddir.
Kərbəla sinələrdə möhürdür, ərz üçün qoyulub gedilən Haqqın möhürüdür.
Orada hələ də Hüseynin ətri var.
Fatimənin göz yaşı,
Rəsulun ahı var.
Əhli-Beytin qanı ilə sulanmış səhradan necə də cihad qoxusu gəlir bu gün,
Necə də hələ də Hüseynin ətri gəlir, gəlir...................
Ey Nəbi! Biz Hüseyni sevdik Sən də bizi sev.
Ey Nəbi! Biz əmanətə xəyanət etdik, sən bizi əfv et.
Gün Hüseynə ağıar qoşub vicdanları rahatlatma günü deyil.
Gün yezidliyə lənət oxumaq, Hüseynə ağı demək günü deyil.
Hüseyni anlayana hər yer Kərbəla, hər gün Aşuradır.
Hüseynin başsız bədəni Fərat çayının suları altındadır.
Bir gözü çıxarılmış başı Şamda naməlum bir yerdə basdırılmışdı.
Bu səbəbdəndir ki, bu ərazidə üzü gülən olmayıb.
Bəs Hüseynin ruhu haradadır?
Hüseyn haradadır?
Hüseyn hələ də diridir, hələ də qanı axmaqdadır.
Bosniya Hüseyndi, Qəzza Hüseyndi...
Hüseyn qulluğuna əhdiylə sadiq,
Eşqin Bəlasına xəyanət etməyənlərin olduğu hər yerdir.
Hüseyn "Zalım varlılar! Kasıbların alın təri sizə haramdır!"-deyən Əbu Zərdir.
Haqq! Azadlıq! Ədalət! Allah Eşqi! Rəsulallah sevdasıdır! - dediyi üçün dar ağacında sallandırilan hər baş Hüseyndir.