Qardaş ağlama
Yaralıyam yıxılmışam,
Düşübdü qollarım əxa,
Ağa əlin qoy alnıma,
Əlindi dərdimə şəfa.
Durammıram ayağına bağışla sərvərim, mən,
Qolum düşəndə başıma dəyib əmudi ahəni,
Dolubdu qanilə gözüm görənmirəm ağa, səni².
Başımı al qucağına verəndə can edim səfa,
Mənə gözəldi gəlməyin, başım ucaldı seyyidi,
Fələk nədən bu səmtidən yolumu saldı seyyidi,
Su xeyməgaha çatmadı, bacım qocaldı, seyyidi.
Eşitsə qardaşı ölüb necə dözər o binəva,
Hüseyn açıbdı qolların yaralını qucaqladı,
Öpüb əmmaməsiz başı sinəsi üstə saxladı.
Buyurdu qardaş,ağlama, vəli özü çoxağladı,
Bu dərdi yaxşı dərk edər ürəyinə dəyən yara.