Kərbəlada imtahan verəm
Bu yerdə mən gərək bacı bəlaya imtahan verəm,
Özüm, köməklərim susuz bu çöldə təşnə can verəm.
Bu yer o yerdi daima həqiqətin binasi var,
Bu yer o yerdi Zeynəbin həvası yox,bəlası var,
Bu yer o yerdi zahirən ki, qorxulu havası var,
Nihali-dinə burda mən gərəkdi təşnə can verəm.
Bu yer o yerdi doğranar mənim hamı köməklərim,
Bu yerdə çulğanar qana, bacı, yəqindi Əkbərim,
Əlimdə çırpınar ölər, boğazı qanlı Əsğərim
Bu dinə Xaliq istəyib uşaq verəm, cavan verəm.
Bu çöldə əşqiya vurar şərər yanar bu xeymələr,
Qaçar Səkinə çöllərdə susuz qalar, yanar, mələr,
Bu yerdə tiri-zəhrigin ürək başın yarar, dələr,
Bu sinəm üstə oxlara rəvadı mən məkan verəm.
Bu yer o yerdi Xaliqə Hüseyninin niyazı var,
O qətligahidə açar ki, qanlı canamazı var,
Vüzusu qüslü qan olar, o qan ilə namazı var,
O qan ilə namaz ilə cahanı mən təkan verəm.
Bəlalı yer mənimkidir, bəlaya aşiqəm özüm,
Sinəmdə at çapar qoşun, yaraya aşiqəm özüm,
Sözüm qanım həqiqidir Xudaya aşiqəm özüm,
Bu qanilə ədaləti səzadi mən neşan verəm
Üzüm yaralı qiblədə ibadət aşinasiyam,
Vəleyk əbdi-həqq mənəm, itaət aşinasiyəm,
Şəhidi-rahi-vəhdətəm, şəhadət aşinasiyam,
Gərəkdi məndə eşqilə şəhidi-cavidan verəm.
Şəriki-nehzətik bacı, verək mənilə əl ələ,
Bu din yolunda qan verəm, ürək bu yerdə dincələ,
Qoşun həyalı qızları, bacı, çəkəndə məqtələ,
Gedəndə Kufəyə gərək dalızca mən azan verəm.
Başlanıb əza Hüseynə
Görsənib hilali-matəm, başlanıb əza Hüseynə,
Baş açıb Rəsuli-əkrəm, ağlar ənbiya Hüseynə.
Doldurub cahanı şivəni, masəva batıb məlalə,
Ovc edibdi taqə ərşi-fərşidən fəğan və nalə,
Əyləşib qübari-möhnət barigahi-zül-cəlalə,
Nohə fələkdən eyliyiblər bəzmi-qəm bina Hüseynə.
Baş açıb gəlib nəvaya bağıcənnət içrə Zəhra,
Həmsəda olub Bətulə Məryəm və Xədicə, Həvva,
Fərş olub bəsati-matəm, bəzmi-şəm olub mühəyya,
Ölməmiş əza tutublar şahi-Kərbəla Hüseynə.
Namələr yazıb bu ayda Kufiyani bi mürüvvət,
Etdilər şəhi hicazı dəşti-Kərbəlayə dəvət,
Bağlayıb rəhi-Fəratı qaldı təşnə Ali-ismət,
Babi-cövr və zülm açıldı sibti-Mustəfa Hüseynə.
Zülmilə əl üzdü Ovn və Fəzl və Cəfərindən,
Yadigari Müctəbadan mahi-parə Əkbərindən,
Dini-həqq yolunda keçdi şiri-xarə Əsğərindən,
Ağladı o gündə yeksər qovmi-əşqiya Hüseynə.
Kəsdilər susuz qəfadan vurdular başın cidayə,
Baş açıb anası cəddi gəldi dəşti-Kərbəlayə,
Va Hüseyn səsi ucaldı taqi-ərşi-kibriyayə,
Qətligahda oldu bərpa məclisi əza Hüseynə.