Kərbəlaya daxil olmaq
Bax bu Neynəva necə basəfadı, Zeynəbim,
Çox bəlası var, adı Kərbəladı, Zeynəbim,
Kəbədən şərəflidir bu məkani-xoş-nüma,
Zəmzəmi Fəratidir təlli rövzətüs-səfa,
Məskənimdi bu məkan çox deyərdi Müstəfa (s),
Bu çuxur yeri mənə aşinadı, Zeynəbim.
Burda qan olar mənim zülmilə dodaqlarım,
Şümrə dəstgir olar mehriban uşaqlarım,
Qəbrimə ziyarətə hey gələr qonaqlarım,
Gərçi indi zahirən qəmi fəzadı, Zeynəbim.
Bax o xeyməmin yeri bu səfa bu məşəri,
Bu Mina, bu Mərvəsi, bu həmimunun yeri,
Burdan həml edərəm xeyməgahə Əkbəri,
Haqq yolunda Əkbərim çün fədadi, Zeynəbim.
Baxmarıq zaridir şurə zarü-bi səmər,
Burda nəxli din verər şax və bərg və barübər,
Tutiyayi çeşm edər torpağın fereştələr,
Rigi zərdi-torpağı kimyadı, Zeynəbim.
Qanilə bu dəşt qəm sürx bir qəba geyər,
Məhərrəm ola burda kim əyninə qəra geyər,
Burda ali-Müstəfa cameyi əza geyər,
Burda nohə deyənlər biriyadı, Zeynəbim.
Əlli yeddi il gəzib şahrahi eşqidə,
Tapdım öz məzarımı bu nigahi eşqidə,
Mən gərək yatam bacı qətligahi eşqidə,
Mədfəni Hüseyninin gör haradı Zeynəbim.
Bax o nəhrə, görüncə mövc edər bu çöldə ab,
Yeddi gün keçər dönər ab olar bizə sərab,
Oğlu can verər susuz, halına yanar Rübab,
Oddu bu su, mərkəzi-ibtiladı, Zeynəbim.
Baxma nəxli zarə sən olma zaridil qəmin,
Orda düşmənani-həqq eləyir, bacı, kəmin,
Orda qardaşım alar sinə-sinə pərçəmin,
Məşki oxlanar, böyük macəradı, Zeynəbim.
Mən düşəndə torpağa ey insiyəyi-mühən,
Yer edəndə zəlzələ təllidən enəndə sən,
Şümrü sinəmə çıxar qana qərq olanda mən,
Səbri pişə eyləsin, çox becadı, Zeynəbim,
Başım üstünə gələr onda xeyrətün-nisa,
Başını açıb edər ney kimi anam nəva,
Sən dayan vüqar ilə üz verəndə hər bəla,
Bibəla deyil, bura Kərbəladı, Zeynəbim.
Mən gərək təqaiyə lütf edəm bu illətə
Ərz hacət eyləyib babi-rəhm və hacətə
Qoymaram yana onu nari fəqr və həsrətə
Çün bu nökərim mənim biriyadı, Zeynəbim.