» » Nə üçün Aşura hadisəsini elmi seminarlar, yubiley və konfranslar keçirib yad etməklə kifayətlənirik?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+1  
İstifadəçilər: 6730

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6714

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 2
Həftə ərzində: 2
Ay ərzində: 7

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Nə üçün Aşura hadisəsini elmi seminarlar, yubiley və konfranslar keçirib yad etməklə kifayətlənirik?
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 27-10-2014, 18:30 | Baxılıb: 1 254
     
     
    Nə üçün Aşura hadisəsini elmi seminarlar, yubiley və konfranslar keçirib yad etməklə kifayətlənirik? 

    Əvvəldə göstərdiyimiz ümumi sualın təhlilindən qarşıya çıxan ikinci məsələ budur ki, Aşura hadisəsini yad etmək, heç də yalnız sinə vurub ağlamaq, şəhəri, məscidləri qara örtüyə bürümək, əzadarlıq etmək və bütün işləri buraxıb, səhərdən axşama qədər mərasimlərdə iştirak etməkdən ibarət deyil. Bunun nəticəsi bir çox işlərə, xüsusilə də iqtisadi sahəyə zərər vurur. Halbuki, bu mərasimləri digər şəkildə də təşkil etmək olar. 
    Bu mərasimlərin kütləvi şəkildə keçirildiyi ölkələrdə xalqın əksəriyyəti müvəqqəti olsa da, iqtisadi və maddi məsələlərlə az maraqlanır və bu tədbirlərə daha artıq diqqət yetirirlər. Belə bir halda insanlar bu hadisəni iqtisadi, maddi zərər və mənafelər baxımından araşdırıb qiymətləndirirlər. Mümkündür ki, hələ kifayət qədər dini anlayışı və məlumatı olmayan bir yeniyetmə belə fikirləşsin: Bu kimi mərasimlər iqtisadiyyata və maddiyyata zərər vurur, istehsal azalır, vaxt itirilir. Gecələri sübhə qədər əzadarlıqla məşğul olduqda isə, səhəri gün iş görməyə qüvvə qalmır. Ardıcıl olaraq, iki ay bu hadisənin anılması cəmiyyətin iş rejimində fasilələr yaradır, ümumi göstəricilərin faizi aşağı enir. Halbuki, Məhərrəmliyin xatirəsini başqa yollarla da yad etmək olar. Məsələn, bu məqsədlə elmi yığıncaqlar, dəyirmi masalar, yubiley və seminarlar da təşkil etmək olar. Əzadarlıq etmək təkcə ağlayıb-sızlamaq, baş-gözünə döyməkdən ibarətdirmi? Bir toplantı kifayət etmirsə, bir neçə yığıncaq təşkil olunsun, konfranslar keçirilsin. Məgər, hər hansı bir hadisənin yad edilməsi üçün hökmən camaat başına-sinəsinə vurmalı, özünə əziyyət etməlidir?
    Aşura hadisəsi və imam Hüseyn əleyhissəlamın xatirəsinin yad edilməsinin faydalı olduğunu və cəmiyyətimizə müsbət təsir qoyduğunu qəbul etsək, qarşıya çıxan ikinci sual budur ki, nə üçün mərasimlər məhz bu şəkildə keçirilməlidir? 
    Bu sualın cavabı birinci sualdan daha çətindir. Cavab budur ki, əlbəttə, şəhidlər sərvəri imam Hüseyn əleyhissəlamın şəxsiyyəti barədə belə konfransların keçirilməsi, elmi seminar və mədəni yığıncaqların təşkili, tədqiqatların aparılması olduqca faydalı, həm də zəruridir. Bu kimi yığıncaqlar indi də keçirilir; o həzrətin adı ilə bağlı müxtəlif səviyyəli elmi söhbətlər olunur, tədqiqatlar aparılır və xalq da bunların nəticələrindən istifadə edir. Bu kimi fəaliyyətlərin davam etdirilməsi lazımlı bir işdir. Amma Aşura hadisəsindən yetərincə faydalanmağımız üçün bunlar kifayət edirmi? Bəlkə başqa işlər də görülməlidir?
    Bu suala cavab vermək üçün ilk növbədə insanlara psixoloji nöqteyi-nəzərdən diqqət yetirməli, onların şüurlu rəftarlarına təsir edən amillərin yalnız dərketmə, yoxsa ictimai davranışlardan ibarət olmasını araşdırmalıyıq. 
    Bir qədər diqqət etsək görərik ki, bizim rəftar və davranışlarımızda daha çox iki növ təsiredici amil mühüm rol oynayır. Birincisi, dərketmə amili olub, insana müəyyən mövzunun başa düşülüb qəbul edilməsində kömək edir. Təbiidir ki, nəzərdə tutulan mətləbin elmin hansı sahəsinə aid olmasından asılı olaraq, ona uyğun əqli, təcrübi dəlillər və ya digər yollardan istifadə edəcəyik. Şübhəsiz, dərketmənin bizim davranışlarımızda böyük təsiri vardır. Amma etiraf etmək lazımdır ki, bu üsul yeganə təsirgöstərici amil deyildir. Rəftar və davranışımızda dərketmə amilindən daha çox təsirli olan digər amillər də mövcuddur. Belə amilləri ümumilikdə, təhrikedici hisslər, başqa ifadə ilə desək, duyğu hissləri, meyillilik, qəlbi yönəlmə və ya instinkt adlandırırlar; bunlar daxili, psixoloji amillər olub, davranışlarımıza əsaslı təsir göstərən məsələlərdəndir. Fərdi və ya ictimai olmasından asılı olmayaraq, gündəlik rəftar və davranışlarımıza diqqət yetirsək görərik ki, təsirinə daha çox məruz qaldığımız amillər əsas etibarı ilə təhrikedici amillərdir. 
    Əvvəla, hər hansı bir işi görmək üçün insanın daxilində həmin işə qarşı maraq, şövq və həvəs olmalıdır. İkincisi, həmin işin yerinə yetirilməsi üçün qarşıya məqsəd qoyulmalıdır. "Bu işin faydası nədir?”, "Necə görülməlidir?” və bu qəbildən olan digər səbəblər dərketmə amilləridir. Bu amillər təcrübə yolu ilə və ya məntiqi dəlillərlə diqqətlə araşdırılıb öyrənilməlidir. Amma hər hansı bir işin icra edilməsi üçün təkcə məqsədin və təsiredici amillərin bəlli olması kifayət etmir.
    İmamın da öz hədəfi yolunda göstərdiyi fədakarlıqlar haqda yalnız müəyyən anlayışa malik olmaq, bizi onun işinə oxşar bir iş görməyə, yolunu getməyə sövq etdirməyəcək. Təkcə bilmək və ya məlumat əldə etməklə, insanda belə bir meyl yaranmır. İnsandan yüksək əzm və iradə tələb edən bu kimi işləri görmək üçün hisslərimiz təhrik olunmalıdır. Bu işlərin əməli olaraq həyata keçməsi həmin iki əsas amildən asılıdır. Elmi yığıncaq və çıxışlar birinci növdən olan amilləri təmin edə bilər; yəni lazım olan bilik və məlumatı çatdırmaqda bizə yardımçı olar. Bununla yanaşı, daxili hiss və meyilləri gücləndirəcək digər amillər də lazımdır. Məlum məsələdir ki, insanın hər hansı bir hadisəni yaxından müşahidə etməsilə, o hadisə haqqında eşidib və ya oxuması arasında çox fərq vardır. Bunu real həyatda da təcrübə etmək olar. Müşahidə etmədiyiniz hər hansı bir hadisə haqqında eşitdiyiniz məlumatın sizdə yaratdığı təsir ilə, həmin hadisəni öz gözlərinizlə görəcəyiniz zaman yaradacağı təsir arasında fərq olacaqdır. Təbiidir ki, gözlə müşahidə edilən hadisə insanda daha çox təəssürat yaradır.
    Buna misal olaraq, Qurani-Kərimdən hamınızın eşitdiyi bir əhvalatı qeyd etmək istərdim:
    "Bildiyiniz kimi, həzrət Musa əleyhissəlam Allah tərəfindən, ibadət etmək üçün Tur dağına dəvət edilir. Əhaliyə də əvvəlcədən xəbər verilir ki, Musa əleyhissəlam orada bir ay qalacaq. Allah-taala sonradan bu müddəti artırıb qırx günə çatdırır. Xalq isə müddətin uzadılmasından xəbərsiz idi. Bu, Bəni-İsrail qövmünə, onların həqiqətdə imanlarında nə qədər sabit olduqlarını göstərmək üçün nəzərdə tutulmuş bir imtahan idi. Müddət başa çatan kimi Bəni-İsrail qövmü həzrət Musa əleyhissəlamın canişini və qardaşı olan Harunun yanına gedərək, onun nə üçün gəlib çıxmadığını soruşur. Harun isə cavabında belə deyir: "Gözləyirik, tezliklə gələr”. Səhər olur, Musa əleyhissəlam gəlib çıxmır. Yenidən soruşurlar: "Musa (ə) niyə gəlmədi? Gecikməyindən belə məlum olur ki, bizi tək qoyub, özü çıxıb gedibdir”. Samiri isə fürsətdən istifadə edərək bir buzov heykəli düzəldir və camaatı da ona ibadət etməyə dəvət edir: " Bu həm sizin, həm də Musanın Allahıdır. Bu həmin Allahdır ki, Musa Tur dağında onunla münacat edirdi. Mənim düzəltdiyim bu buzov elə Musanı peyğəmbərliyə seçən Allahın özüdür”. Camaatın əksəriyyəti buzovun qarşısında səcdəyə düşüb, ona sitayiş etməyə başlayır. Allah-taala Musa əleyhissəlama vəhy göndərir ki, sənin qövmün arasında belə bir iş olubdur. Gecikdiyin bu on gün ərzində camaat inəkpərəst olublar. Musa əleyhissəlam bu sözləri eşitsə də, narahatlığını biruzə vermir. On gün başa çatdıqdan sonra Allahdan nazil olmuş lövhəni də götürüb camaatın yanına qayıdır ki, nazil olmuş ilahi hökm haqqında xəbər versin və onları ilahi şəriətə əməl etməyə çağırsın. Qayıdan zaman camaatın buzova ibadət etdiyini görür. Bu mənzərə onu o qədər mütəəssir edir ki, əsəbləşərək gətirdiyi lövhəni bir kənara atır. Qardaşı Harunun yanına gedir; onun yaxasından yapışır, özünə tərəf çəkir və camaatın yolundan azmasına niyə izn verdiyini soruşur”. 
    Həmin əhvalatı burada təfsilatı ilə nəql etmək istəmirəm. Sadəcə olaraq, hər hansı bir şey haqda məlumat və anlayışa malik olmaqla, onu müşahidə etməyin fərqini göstərmək istəyirdim. Allah-taala həzrət Musa əleyhissəlama qövmünün buzova pərəstiş etməsi məsələsini xəbər vermişdi. Həzrət Musa əleyhissəlamın da bu məsələdə heç bir şəkk-şübhəsi yox idi. Çünki, xəbər verən adi bir kimsə deyil, Allahın özü idi. Xəbəri eşidəndə o qədər də narahat olub əsəbləşmədi. Lakin camaatın buzova sitayiş etdiyini öz gözləri ilə müşahidə etdikdə, dərhal halı dəyişir və qəzəblənir. Qardaşının yanına gedərək, ona öz etirazını bildirir.
    Allah-taala insanı elə yaradıb ki, bir hadisəni müşahidə etməyin doğurduğu təsir və təəssürat, deyilənlər, eşidilənlər və məlumatlarla yaranan təsirlə kəskin şəkildə fərqlənir. Biz hər hansı bir hadisəni səhnələşdirsək, istər xalq folkloru formasında olsun, istərsə də müasir film və ya tamaşalar şəklində, bu səhnələr nəzərdə tutulan əhvalatı təcəssüm etdirə bilirsə, bunların insanda qoyduğu təsir digər üsullardan qat-qat üstündür. Aşura günü imam Hüseyn əleyhissəlamın necə şəhid olduğunu hamımız yaxşı bilirik. Amma bunu bilməklə qüssələnib ağlamırıq. Lakin mərasimdə iştirak etdikdə, mərsiyəxanların xüsusi ahəng və hərəkətlə nümayiş etdirdiyi Kərbəla əhvalatını eşidərkən, ixtiyarsız olaraq kövrəlirik, gözlərimiz yaşarır. Bu üsulun insanın hisslərini təhrik etməkdə böyük təsiri vardır. Bu səhnələrin nümayişi imam Hüseyn əleyhissəlamın qiyamının nə üçün və necə baş verməsi, necə şəhid olmasını daha dolğun şəkildə öyrənib-bilməyimiz üçün əlverişlidir. Bunları biz nə qədər yaxşı təcəssüm etdirə bilsək, bir o qədər Aşura mədəniyyətindən faydalanmış olacağıq. 
    İnsanlar Məhərrəmliyin ilk günü evlərindən bayıra çıxarkən, şəhərdə ayrı bir görkəm və əhval-ruhiyyə görürlər. Bu da onlarda xüsusi təsir oyadır, ürəklərini riqqətə gətirir. Aşura gününün yaratdığı əhval-ruhiyyə və təəssüratı digər aylarda müşahidə etmirik. 
    Tarixdə bu hadisənin təsiri ilə zalım rejimlərə qarşı neçə-neçə qiyamlar, çıxışlar olub. Elə buna görədir ki, İmam Xomeyni (r) dəfələrlə buyurmuşdur: "Bizim nəyimiz varsa, Məhərrəm və Səfər aylarının bərəkətindəndir.”
    Nəyə görə əzadarlıqların məhz bu şəkildə keçirilməsinə israr edilir?
    Çünki, artıq on üç əsrdir ki, bu səhnələrin, xalqların milli-dini hisslərinin təhrik edilməsində böyük rolu olduğu təcrübə olunmuşdur. Baş vermiş müharibələrdə qazanılan bir çox qələbələr, məhz xalqın Hüseyn adı və Hüseyn hərəkatından bəhrələnib, böyük şövq və şücaətlə vuruşması nəticəsində olmuşdur. Bunun təsiri az deyildir; cəmiyyətdə belə bir ruhiyyə yaradan ikinci amil vardırmı? İnsanları dininin, millətinin tapdalanmış haqları yolunda mübarizəyə səsləyən və şəhadətə hazırlayan ikinci bir məktəb vardırmı?
    Beləliklə, məlum oldu ki, əzadarlıq mərasimləri Aşura hadisəsi haqda müəyyən məlumat və anlayış yaratmaqdan əlavə, bizdə rəğbət, müsbət əhval-ruhiyyə və s. ülvi hisslərin oyanmasında da mühüm rol ifa edir. Aşura ilə əlaqədar nəzərdə tutulan mərasimlər də belə amillərdəndir.

    Kitabın adı: Kərbəlada çaxan bir şimşək
    Müəllif: Doktor Mishab Yəzdi

     
     
    Bölmə: Suallar
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 27 Ekim 2014 22:22 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACIM, DEYERLI XEBER UCUN COX SAG OL.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 27 Ekim 2014 19:59 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACIM
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 27 Ekim 2014 19:07 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun bacı......

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.