» » Şübhə doğuran suallar: Sual 81-90


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Şübhə doğuran suallar: Sual 81-90
+5
Müəllif: Fatimə Nuri Xuda | 23-10-2014, 18:00 | Baxılıb: 1 742
 
 
 Sual 81-90

Sual 81: İslam dini hökumətə qarşı çıxmağa icazə vermirsə, nə üçün imam Hüseyn (ə) mövcud rejimə qarşı qiyam qaldırdı?
Cavab: Heç şübhəsiz ki, İmamın qiyamı mövcud hakimiyyətə qarşı idi. Bəzi məzhəblərdə belə bir qiyama qeyd-şərtsiz icazə verilmirsə də, şiəlikdə belə deyil. 
Bu məsələnin siyasi fəlsəfəsi vardır. Əvvəlcə bilməliyik ki, insan nə üçün dövlətə itaət etməlidir. Şiəliyə görə hökumət qanuni və ya qeyri-qanuni ola bilər. Həzrət Mehdinin (ə) qeybəti dövründə yalnız ədalətli fəqihin hökuməti qanuni sayılır. Adi halda qeyri-qanuni hökumətlə həmkarlığı haram sayan fəqihlər ölkəyə düşmən hücum etdiyi vaxt bu hücumun qarşısını almaq üçün uyğun həmkarlığa icazə verirlər. Məsələn, Həzrət Əli (ə) İslam dininin hifzi üçün xəlifələrə beyət etdi.
Amma imam Hüseyn (ə) dövrü həzrət Əlinin (ə) dövründən fərqlənirdi. Əgər İmam Yezidlə beyət edərdisə, onun cəmiyyətdə günahkarlığa rəvac verməsi ilə razılaşmış olardı. Demək, qarşısına dini məhv etmək vəzifəsini qoymuş hakimiyyətlə həmkarlıq caiz deyil, əksinə, ona qarşı mərhələli şəkildə mübarizə aparılmalıdır.
Sual 82: Nə üçün həzrət Müslim imkanı olduğu halda ibn Ziyadı öldürmədi?
Cavab: Qurani-kərim və Əhli-beyt buyuruqlarında düşmənə zülm və hiylə yolu ilə qalib gəlmək pislənilir. Həzrət Əlinin (ə) hakimiyyəti dövründəki müharibələrdən birində İslam düşmənləri meşədə gizləndilər. Bir şəxs Həzrətə (ə) meşəni yandırmağı təklif etdi. İmam buyurdu: "Zülmlə qələbə qazanmaq olmaz.”
Həzrət Müslim də Əhli-beyt məktəbinin yetirməsi idi. Xəstə Hanini yoluxmağa gələn ibn Ziyadın qətlə yetirilməsi Müslimə təklif olunanda ev sahibi Hani bu təklifə etiraz etdi. Müslim ibn Ziyadı öldürməməsini belə əsaslandırır: "Mən onu iki şeyə görə öldürmədim: evinə qan tökülməsini istəməyən Haninin etirazı və həzrət Peyğəmbərin (s) bir buyuruğuna görə. Həzrət buyurmuşdur: "Qəfil hücum əqidəsinə yol bağlıdır...”
Sual 83: İslam terrora icazə verirmi?
Cavab: İslamda insanın həyatı o qədər yüksək qiymətləndirilir ki, günahsız bir insanı öldürmək hamını öldürməyə, bir insana həyat vermək bütün xalqa həyat verməyə bərabər tutulur.
Cəmiyyətin asayişini pozan qatı cinayətkarlar istisna olmaqla, kimsənin həyatını əlindən almaq yolverilməzdir. İnsanın həyatına son qoymaq yalnız Allahın səlahiyyəti daxilindədir.
Qərbdə terrora belə tərif verilir: Terror bir fərdin və ya qrupun öz siyasi məqsədinə çatması üçün digər fərdə və ya qrupa qarşı amansız və vəhşi metodlardan istifadə etməsidir. "Təəssüf ki, müasir dünyamızda terrorizm məfhumu bütöv xalqlara qarşı terror aləti kimi istifadə edilir. Məsələn, İsrail tərəfindən torpaqları işğal olunmuş fələstinlilər bu işğalla barışmadıqları üçün terrorist adlandırılırlar. Şübhə yoxdur ki, on ilə yaxın bir dövrdə beynəlxalq təşkilatların "sülh danışıqlarından” bir nəticə görməyən Azərbaycan xalqı da öz torpaqlarını hərb yolu ilə azad etmək istəsə, həmin ittihamlara düçar olacaq. 
İslam ədəbiyyatında "terror” mənasını "fətək” sözü ifadə edir. İslam fiqhinə görə:
1. İstənilən firqədən, məzhəbdən olan günahsız insanı istənilən bir yerdə öldürmək haramdır. İslam dini 2002-ci il 11 sentyabr tarixində NYU-Yorkda və Vaşinqtonda günahsız insanların ölümü ilə nəticələnmiş terror hadisəsini pisləyir. İstər Fələstində, istər İraqda, istərsə də Vaşinqton və NYU-Yorkda günahsız insanların qırğını İslam prinsiplərinə ziddir.
2. Cinayətkar yalnız agah və adil əmr sahiblərinin hökmü ilə qətlə yetirilə bilər.
Sual 84: İmam Hüseyn (ə) əzadarlığının hikməti nədir?
Cavab: Bu məclislər kamil insan tərbiyəsində, ictimai quruculuqda, şiə mədəniyyətinin təbliğində mühüm rol oynayır. Aşura bəyanatlarını, söhbətlərini və şüarlarını nəzərdən keçirməklə əzadarlıq mərasimlərinin əhəmiyyətini anlamaq olar. Kərbəla ibadət, fədakarlıq, şücaət, təvəkkül, səbr, əmr be məruf və nəhy əz münkər məktəbidir. Xalqlar öz dinlərinin, namuslarının, torpaqlarının müdafiəsi yolunda candan keçməyi bu məktəbdə öyrənirlər.
İmam Hüseyn (ə) əzadarlığının ümumiləşdirilmiş şəkildə üç faydası vardır:
1. Dövrün zalımlarına etiraz və dünya məzlumlarının himayəsi;
2. Ədalət hissinin oyanışı və zalımlardan intiqam almaq arzusunun güclənməsi;
3. Haqqa çatmaqda və onun müdafiəsində şiələrin ictimai birliyinin təlimi.
Sual 85: Əhli-beytə əzadarlıq keçirilməsi barədə rəvayət vardırmı?
Cavab: Bu mövzuda rəvayət çoxdur. Misal olaraq, bir neçə rəvayət göstərə bilərik:
1. İmam Sadiq (ə) buyurmuşdur: "Allah bizim şiələrimizə rəhmət etsin. And olsun Allaha, onlar mömindirlər. And olsun Allaha, onlar öz sonsuz kədərləri ilə bizim müsibətlərimizə həmdərddirlər.”
2. İmam Riza (ə) buyurmuşdur: "Bizim müsibətlərimizi xatırlayıb, çəkdiyimiz əzablar üçün ağlayan kəs qiyamət günü bizimlə olacaq, bizim dərəcəmizə çatacaqdır. Bizim müsibətlərimizi bəyan edib ağlayan və başqalarını ağladan kəs gözlər ağlayacağı qiyamət günü ağlamaz. Hər kəs bizim işimizin ayağa qaldırıldığı bir məclisdə əyləşsə, qəlblərin öləcəyi gün qəlbi ölməz.”
3. İmam Sadiq (ə) Füzeylə buyurdu: "Əzadarlıq məclisi qurub, Əhli-beytdən və onun başına gələnlərdən danışırsınızmı?” Füzeyl bildirdi ki, belə məclislər qurulur. İmam buyurdu: "Bizim işimizi dirildin. Bizim işimizi dirildənlər Allahın mərhəmətinə qovuşar...”
Sual 86: İmam Hüseyndən (ə) sonrakı imamlar (ə) ona əza saxlayıblarmı?
Cavab: İmam Sadiq (ə) buyurur: "Aşura hadisəsindən sonra İbn Ziyadın ölümünədək Bəni-haşim xanımlarından heç biri sürmə çəkmədi, xına yaxmadı, evlərindən xörək bişdiyini bildirən ocaq tüstüsü qalxmadı. Qanlı Aşura faciəsindən sonra gözlərimiz daim yaşlı oldu.”
İmam Səccad (ə) Kərbəla hadisəsi ilə əlaqədar bütün ömrünü göz yaşları içində keçirdi. Ona su təklif olunanda ağlayaraq buyururdu: "Peyğəmbər oğlu susuz öldürüldüyü halda mən necə su içim?!”
İmam Baqir (ə) Aşura günləri imam Hüseyn (ə) üçün əzadarlıq məclisi qurardı. Bu məclislərdən birində şair Kumeytin oxuduğu şerdən təsirlənən imam Baqir (ə) buyurur: "Var-dövlətim olsaydı, bu şerinə mükafat verərdim. Amma sənin mükafatın həzrət Peyğəmbərin (s) Həssan ibn Sabit haqqındakı duasıdır. Həzrət ona buyurmuşdu: "Biz Əhli-beyti daim müdafiə etdiyin üçün səni Ruhul-Qüdüs təsdiq edəcək.”
İmam Kazim (ə) buyurmuşdu: "Elə ki, məhərrəm başladı, atam gülməzdi. Üzü kədərli olardı, məhərrəmin onunadək yanaqlarından yaş süzülərdi. Həmin gün atamın müsibəti son həddə çatar, fasiləsiz ağlayıb buyurardı: "Bu gün babam Hüseynin (ə) şəhadət günüdür.
İmam Riza (ə) buyurmuşdur: "Elə ki, məhərrəm ayı çatdı, atamı gülən görən olmazdı. Bu vəziyyət Aşura gününədək davam edərdi. Həmin gün atam son həddə kədərlənib ağlayar və deyərdi:
"Belə bir gündə Hüseyni (ə) qətlə yetirdilər. Ona Allahın salamı olsun.”
Kərbəla müsibəti ilə əlaqədar imam Riza (ə) buyurmuşdur: "İmam Hüseynin (ə) müsibət günü gözlərimizdən fasiləsiz yaş axar, göz qapaqlarımız yara olardı.”
Rəvayətlərə görə, əsrin imamı (ə) babasının şəhadətinə görə ağlayır.
Sual 87: Zəncir və sinə vurmağın dini əsası varmı?
Cavab: Zəncir vurma İrana Hindistan və Pakistandan gəlmiş ənənədir. Bəziləri bu işdə ifrata varıb, bədənlərini yaraladıqlarından bir qrup alim uyğun adəti haram buyurmuşlar. Amma bədənə ciddi zərər toxunmazsa, zəncir vurmağın eybi yoxdur.
Sinə vurmaq isə ərəblər arasında yaranmış adətdir. Sonradan növhələr sinə vurmaqla müşayiət olunmağa başlamışdır. Sinə vurmaq səfəvilər dövründən kütləviləşmişdir.
"Təziyə” Aşura hadisəsinin nümayiş etdirilməsidir. Əzadarlığın bu forması bir çox şiə ölkələrində mövcuddur. Aşura faciəsinin səhnələşdirilməsi bəzən əzadarlığın mahiyyətini arxa plana keçirir.
Sual 88: Əzadarlıq dövründə qara geyinməyin fəlsəfəsi nədir?
Cavab: Əvvəla, qara geyimdə məxfilik əlaməti var. Digər bir tərəfdən, tarix boyu hakimiyyətdə olan insanlar şəxsiyyətinin ciddi qəbul olunması üçün qara geyimdən istifadə etmişlər.
Dünyanın əksər xalqları isə qara rəngi matəm və qəm-qüssə əlaməti kimi qəbul etmişlər. Qara rəngin əsil fəlsəfəsi isə onun işığa, nura zidd olmasıdır. Qara rəngli libas geyinən əzadar əzası keçirilən şəxsi itirməklə dünya işığından məhrum olduğunu bildirmək istəyir. İslam Peyğəmbərinin vəfatının səkkizinci günü qızı həzrət Zəhra (ə) fəryad qopararaq deyir” "Ey ata! Sənin gedişinlə dünya öz işığını bizdən aldı...”
Sual 89: İmam Hüseyn (ə) kimi məğrur bir şəxsiyyətin məclislərdə məzlum kimi təqdim olunması nə dərəcədə doğrudur?
Cavab: İzzət Qurani-kərimdə ən bəyənilmiş sifətlərdən biri kimi bəyan olunur. Quran işığında hərəkət edən imam Hüseyn (ə) və onun səhabələri düşmən qarşısında həmişə məğrur dayanmış, zilləti qəbul etməmişlər. Bəzi məclislərdə imam Hüseynin (ə) məzlum göstərilməsi təəssüf doğurur. Bir çox məddahlar nə yolla olur-olsun xalqı ağlatmağa çalışır, hətta bu yolda imamın izzətini qurban verirlər. Əslində bu iş İslam dininə, Əhli-beyt dəyərlərinə ziddir. Bəni-üməyyənin Əhli-beytə qarşı zülmləri kimsədə şübhə doğurmur. Amma izzətli insanlar heç bir zülmün qarşısında öz vüqarını itirib, mənən sınmırlar.
Sual 90: Aşura hadisəsinin əziz tutulması üçün bu mövzuda söhbətlərlə kifayətlənib, sinə və zəncir vurulmasını aradan götürmək olmazmı?
Cavab: İmam Hüseyn (ə) şəxsiyyətinin cəmiyyətə tanıtdırılması üçün konfranslar, elmi çıxışlar, tədqiqatlar və məqalələr çox faydalıdır. Amma öz rəftarımıza nəzər salsaq mühüm rola malik iki qrup amillə rastlaşarıq. Birinci qrup amillər insanın hər hansı bir həqiqəti dərk etməsini təmin edir. Lakin hər hansı bir həqiqəti elmi şəkildə bilmək insanın həmin həqiqətə münasibətini müəyyənləşdirmir.
Şəhid Mütəhhəri buyurur: "Amil insanın daxilində olmalıdır ki, onu hərəkətə gətirsin. İnsanda hər bir işə daxili meyl olmalıdır ki, həmin iş yerinə yetirilsin. Elmi tanışlıq insanın hərəkətə gəlməsi üçün kafi deyil. Yalnız psixoloji amil insanı işə sövq edə bilir.”
Bəli, insan çox şey bilir, amma bildiklərinə əməl etmir. Düşmənin mənfurluğunu hamı bilir. Amma yalnız düşmənin vəhşiliklərini gözü ilə görənlər ona nifrət edir. İnsan sevdiyi adamı xatirələr vasitəsi ilə yad edərək şövqə gəlir.
İmam Hüseyn (ə) haqqında söhbətlər həqiqət və ədalət haqqında təsəvvür yarada bilər. Amma meydana girib bu dəyərləri müdafiə etmək üçün həyəcanlanmış hisslərə ehtiyac var. Universitet səviyyəsində Kərbəla faciəsindən xəbərdar olan bir gənc məmləkətinə təcavüzü sakit qarşılasa, təəccüblənməyin. Çünki, o, bu həqiqətləri daxilən yaşamamışdır. Amma imam Hüseyn (ə) əzadarlıq məktəbindən keçmiş gənc həqiqət və ədalət uğrunda qanlı savaşa atılmaqdan çəkinmir.

Kitabın adı: Şübhə doğuran suallar
Müəllif: Məhəmməd Turan

 
 
Bölmə: Şübhələr / Suallar
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Neyneva | Status: | 24 Ekim 2014 06:54 | Qonaq | Şərh yazdı
Gul bacim Allah razi olsun sizden
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.