» » Şübhə doğuran suallar: Sual 41-50


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Şübhə doğuran suallar: Sual 41-50
+10
Müəllif: Fatimə Nuri Xuda | 16-10-2014, 18:00 | Baxılıb: 1 049
 
 
Sual 41-50

Sual 41: Rəvayətlərə əsasən, zinadan doğulmuş şəxs nə kamala çata bilər, nə behiştə gedə bilər. Bu şəxsin zinada heç bir günahı olmadığı halda, nədənsə məhrum edilməsi Allahın ədalətinə uyğundurmu? 
Cavab: Həzrət Əli (ə) buyurur: "Ədalət hər işi öz yerinə qoymaqdır”. Bu tərifə əsasən, ilahi ədalət bütün mövcudların ali məqsədə uyğun xəlq edilməsindən ibarətdir. Beləcə, bizim yaşadığımız maddi dünya da varlıq aləminə hakim olan nizama tabedir. İxtilaflar, dəyişkənlik, hərəkət, təsir və əks təsir bu aləmin xüsusiyyətlərindəndir.
Lakin insan bu dünyada bir sıra təsirlərə müqavimət göstərmək xüsusiyyətinə malik olan bir varlıqdır. Zinadan doğulmuş insan öz irsi nöqsanları ilə mübarizə apara bilər. Sözsüz ki, təbii meyllərlə mübarizə güclü müqavimət tələb edir. Amma Allah-taala bu sahədə müqavimət göstərib, müvəffəq olan insanları ikiqat mükafatlandırır. Valideynin günahı övlada təsir etsə də, bu övladın qarşısında iki yol var. O, təbii nöqsanlarına qarşı çıxıb, doğru yolu da seçə bilər. Allah yalnız bu seçim imkanını verdikdən sonra insanı sorğuya çəkir. Belə ki, iradəyə malik insan doğru yola yönəlməyə borcludur. Seçim imkanına, iradəyə malik insanın günaha görə cəzalandırılması Allahın ədalətinə zidd deyil.
Sual 42: Seyyidlərin başqalarından üstünlüyü Allahın ədalətinə sığırmı?
Cavab: Allahın ədaləti tələb edir ki, hər kəs etiqadına, əməllərinə, niyyətinə, danışığına və rəftarına görə qiymətləndirilsin. Əgər seyyidlər başqalarına nisbətən daha etiqadlı və abiddirlərsə, onların üstün tutulması Allahın ədalətinə tam uyğundur.
Genetik baxımdan məsum imamlarla bağlı olan seyidlər üçün doğru yolu tutmaq daha asandır. Amma imamlarla bağlılıq hər şeyi həll etmir. Bəzi seyyidlərin yolunu azması genetik amilin yetərli olmadığını göstərir. Yolunu azmış seyyidlər də başqa azğınlar kimi cəzalandırılır. Doğru yolu tutmuş adi insanlar isə ilahi ədalətin tələbi ilə mərhəmətə qovuşur.
Sual 43: Hər şeyin xəlq edəni varsa, Allahın xaliqi kimdir?
Cavab: Hər mövcudun xaliqə, hər hadisənin səbəbə ehtiyaclı olması doğrudur. Amma belə bir qanunun bütün varlıqlara aid olmasına heç bir dəlil yoxdur. Allahın varlığını sübut edən dəlillər Onun ehtiyacsız olduğunu göstərir. Mütləq ehtiyacsız varlıq isə səbəbə də möhtac deyil.
İslam fəlsəfəsində "vacibəl-vücud” və "mümkünəl-vücud” terminləri var. İnsan mümkünəl-vücuddur, yəni o olmaya da bilər. Allah isə vacibəl-vücuddur, yəni Onun olmaması mümkünsüzdür. Səbəbə ehtiyac, olmaması mümkün olan mövcudların xüsusiyyətidir.
Demək, Allahın nəyə isə ehtiyaclı olduğu məlum olduqdan sonra Onun səbəbə ehtiyacı barədə danışmaq olar. Allahın ehtiyacsızlığı isə hələ ki, kimsədə şübhə doğurmur.
Sual 44: Dini hökumət qurmaqda məqsəd ilahi qanunları hakim etməkdir, yoxsa dini cəmiyyət qurmaq?
Cavab: Dini cəmiyyət dedikdə dinə inanan, dini sevən, dindar yaşayan bir cəmiyyət nəzərdə tutulur. Belə bir cəmiyyətdə dini dəyərlərə əhəmiyyət verilir, din əsasında hüquqi idarəçilik tənzimlənir, fərdi və ictimai münasibətlər dini qanunlarla müəyyənləşir. Yuxarıda deyilənlərdən məlum olur ki, dini hökuməti dini cəmiyyətdən ayrıca müzakirə etmək düzgün deyil. Dini hökumətin vəzifəsi dini cəmiyyət qurub, onu qorumaqdır. Yəni hakimiyyət son hədəf yox, cəmiyyətin 
xoşbəxtliyini təmin edən orta hədəf və ya vasitədir. İmam Sadiq (ə) buyurur: "İslamda vilayət (dini hakimiyyət) qədər diqqət mərkəzində olan ikinci bir məsələ yoxdur.
Dini hökumətin zəruriliyinə dəlil olaraq bir neçə Quran ayəsinə nəzər salaq:
"Hökm yalnız Allahındır, haqqı yalnız O bəyan edir. O ayırd edənlərin ən yaxşısıdır.”
"Dünyada da, axirətdə də sitayiş Ona məxsusdur. Hökm Onundur.”
"Onlar cahiliyyət dövrünün hökmünü istəyirlərmi? Yəqinliyi olan xalq üçün Allahdan daha yaxşı kim hökm verə bilər?!
"Məgər Allah hakimlərin ən üstünü deyilmi?!
"Nəyin haqqında ixtilafda olsanız, onun hökmü Allaha aiddir.”
"Allah sizə müfəssəl surətdə kitab nazil etdiyi halda, başqasını özümə hakim istəməliyəm?!
Sual 45: Dini hökumətə qarşı  çıxan ruhaninin dəlili nədir?
Cavab: Müasirimiz olan Mehdi Hairi dini hökuməti mənasız hesab etmişdir. Bu şəxs yalnız dövrümüzdəki dini hökumətləri inkar etməklə kifayətlənməyib, hətta İslam Peyğəmbərinin (s) qurduğu hökumətin də dini olmadığını iddia edir. O, öz "hikmət və hökumət” kitabında yazır:
"İnsan azad yaşaya biləcəyi bir məkana ehtiyaclı və bağlıdır. Bu bağlılıq təbii şəkildə insanın həmin fəzaya sahib olmasını tələb edir. İnsan müştərək yaşayış üçün daha böyük fəzaya müştərək sahiblik hissinə malikdir. Bu sahiblik təbiidir və heç bir razılaşmaya ehtiyac yoxdur. Cəmiyyətin bütün fərdləri yer üzünün müştərək sahibləridir.
Bir ərazidə hökumət qurmaq daha yaxşı yaşayışın təmini üçün vəkil seçməkdir. Əgər cəmiyyətdəki fərdlər bir şəxsin vəkilliyinə razı deyillərsə, çoxluğun seçimi əsas götürülməlidir.”
Bu baxışlar təkcə din tərəfindən yox, bütün siyasi və hüquqi məktəblər tərəfindən inkar olunur. Məsələn, insan, Mehdi Hairinin iddiasının əksinə olaraq, sahibsiz torpaqdan başqa heç nəyi mülkiyyəti hesab edə bilməz. İddiaçı "müştərək yaşayış fəzası” dedikdə qeyri-müəyyən bir ərazi haqqında danışır. Bu fəzanın məhəllə, kənd, şəhər və ya bütün yer üzü olduğu bilinmir. Bu fəza hüquqi gücə malik deyil.
Mehdi Hairi hökumət başçısını müştərək vəkil hesab edir. Hansı ki, insan istədiyi vaxt vəkildən imtina edə bilər. Belə bir hökuməti etibarlı hesab etmək olmaz.
Alimin bütün iddialarının əsassızlığını sübut etmək, təəssüf ki, kitabın imkanlarından xaricdir.
Sual 46: İmamətlə xilafət arasında nə kimi fərqlər var?
Cavab: Bu sözlərin lüğət mənaları arasında elə bir fərq yoxdur. Amma tarixdəki imamət və xilafət cərəyanlarını müqayisə etsək, bu cərəyanlar arasında mühüm fərqlər olduğunu görərik.
İstər imamət, istərsə də xilafət hakimiyyət növüdür. İmamlar Allah, xəlifələr isə insanlar tərəfindən təyin olunur. İslamda xilafətin dini hökumət olduğunu təsdiq edən heç bir mənbə yoxdur. İmamətin həqiqi dini hakimiyyət olduğu isə əqli və nəqli dəlillərlə sübuta yetir. Bəzi dəlilləri nəzərdən keçirək:
-"...O (İbrahim) Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah ona buyurdu: Səni insanlara imam təyin edəcəyəm.”
−İslam Peyğəmbəri (s) buyurdu: "On iki imam bu ümmətə hakim olduqda onun işləri qaydasındadır.” 
Həzrət Peyğəmbər (s): "Məndən sonra on iki canişinim var: birincisi Əli ibn Əbu Talib, sonuncusu Mehdidir (ə).
Sual 47: Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?
Cavab: Orta əsrlərin kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında əsaslı fərqlər vardır. Kilsə təfəkkürünə əsasən, din siyasətdən ayrıdır. Əslində xristianlıq təlimində cəmiyyətin ictimai-siyasi həyatını tənzimləyəcək qanunlar mövcud deyil.
Həzrət İsanın dilindən deyilən bir çox kəlamlar dinin dünyəvi hakimiyyətini rədd edir. Məsələn, İncildə Həzrət İsanın adından deyilir: "Mənim rəhbərliyim bu dünyaya aid deyil”; "Padşahın malını özünə, Allahın malını özünə verin”… Bəli, dini siyasətdən ayrı hesab edən bu günkü sekulyarizmin kökləri xristianlıq 
təlimindən rişələnir. Qeyd etməliyik ki, söhbət həqiqi İncildən yox, bu günkü təhrif olunmuş məsihilikdən gedir.
Kilsə hakimiyyətinin əsas müddəalarından biri budur ki, hakim xalqın yox, yalnız Allahın qarşısında məsuldur. "Hakimə qarşı çıxmağa, ona iradını bildirməyə heç kəsin ixtiyarı yoxdur”, deyilir.
İslam hökuməti isə öz ilahi təliminə əsasən, cəmiyyətin dünya və axirət səadəti üçün çalışır. Bu hökumət üçün əsas və nümunə İslam Peyğəmbərinin (s) qurduğu hökumətdir. İslamın hakimiyyətlə bağlı bütün sferaları əhatə edən konkret proqramları mövcuddur. O cümlədən:
−hakimin şərtləri (xüsusiyyətləri);
−daxili və xarixi siyasətin tənzimi;
−cəmiyyət və hökumətin hüquq və vəzifələri;
−iş yerlərinin təşkili, fəsadla mübarizə;
−ictimai fəallığın təmini;
−ilahi dəyərlərin aktuallığı;
−ictimai qüdrətin qorunması və istiqamətləndiril-məsi.
Sual 48: Dini hakimin hökuməti ilə peyğəmbər və imam (ə) hökuməti arasında fərq varmı?
Cavab: Məqsəd cəmiyyətin səadəti olduğundan, bu hökumətlər ixtiyar nöqteyi-nəzərincə fərqlənmirlər.
Bəs fərq nədədir? Məsələn, həzrət Peyğəmbər (s) insanların şəxsi işlərinə müdaxilə edə bilirdisə, dini rəhbərin ("vəliyyi fəqih”) belə bir səlahiyyəti yoxdur. Bəli, peyğəmbər və imamın mənəvi müqavimət haqqı var. Bu isə hökumətin vəzifəsi deyil.
Sual 49: Xalq dini hakimiyyət istəmirsə, dini hakim nə etməlidir?
Cavab: Dini hakimiyyət hakimin yox, xalqın ehtiyacıdır. Şübhəsiz ki, əxlaqsız həyat yaşayan şəhvətpərəst, şərabxor, kübar insanlar dini hakimiyyətə qarşı çıxasıdır. Bu etiraz kütləvi şəkil aldıqda cəmiyyət dini hakimiyyətdən məhrum olur. Çünki İslam dinində hakimiyyətin zorla qəbul etdirilməsinə icazə verilmir.
Ümumiyyətlə, hökumətə dörd münasibət mövcuddur:
Ümumiyyətlə, hökumətə dörd münasibət mövcuddur:
−ilahi hökuməti xalqın qəbul etməsi (İslam peyğəmbərinin hökuməti)
−qeyri-dini hökuməti qəbul etməsi
−ilahi hökuməti xalqın qəbul etməməsi (imam Həsən (ə) məhz bu münasibətə görə hakimiyyətdən uzaqlaşdı)
−qeyri-dini hökuməti xalqın qəbul etməməsi
Bəli, əgər cəmiyyət kütləvi şəkildə dini rəhbərin səsinə səs vermirsə, zora əl atmaq caiz sayılmır.
Sual 50: Dini hökumət diktaturanın bir növü deyilmi?
Cavab: Diktaturanın bəzi xüsusiyyətlərini sadalayaq:
−Diktatura heç bir sabit qanuna istinad etmir (İslamda isə Qurani-kərim kimi hidayət kitabı mövcuddur.)
−İstənilən bir yolla hakimiyyətə çatmaq (İslamda xalqın istəyi əsas şərtdir.)
−Canişin üçün heç bir maneənin olmaması (İslamda ən ləyaqətli insan rəhbər ola bilər.)
−Cəmiyyətdə qorxunun hakimliyi (İslam hakimiyyəti insanları qorxu yox, inam kölgəsinə çağırır.)
Həzrət Əli (ə) ərz edir: "Pərvərdigara, Sən özün yaxşı bilirsən ki, biz hakimiyyət, dünya malı arzusunda deyilik. Biz yalnız Sənin dinini ayağa qaldırmaq, diyarında islahat aparmaq istəyirik ki, məzlum bəndələrin amanda qalsınlar…”

Kitabın adı: Şübhə doğuran suallar
Müəllif: Məhəmməd Turan

 
 
Bölmə: Şübhələr / Suallar
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.