» » Şübhə doğuran suallar: Sual 11-20


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Şübhə doğuran suallar: Sual 11-20
+10
Müəllif: Fatimə Nuri Xuda | 12-10-2014, 18:00 | Baxılıb: 1 210
 
 
Sual 11-20

Sual 11: Cansız cəsəd qəbirdə necə əzab çəkə bilər? 
Cavab: Qəbir əzabı həm cismə, həm də ruha aiddir. Amma bu cism adi cismdən fərqlənir. Maddi bədəni tərk edən ruh "bərzəx bədəni” adlanan bir bədənə daxil olur. İnsan yatdığı vaxt ruhun maddi bədənlə əlaqəsi son dərəcə zəifləyir və o, bərzəx bədəninə oxşar bədənlə hərəkət edir. Həmin bədən görür, eşidir, danışır, ağrını hiss edir. Yuxuda insanın hərəkəti bərzəx bədəninin varlığına sübutdur. Ruh bədəni tərk etdikdən sonra bərzəx dünyasına daxil olur. Amma torpaq qəbir və cansız ruh arasındakı əlaqə kəsilmir. Qəbir ziyarəti, qəbir üstə oxunan dualar həmin əlaqəyə əsaslanır. Qəbir əzabı dedikdə torpaqda basdırılmış cəsədin yox, bərzəx bədəninin əzabı başa düşülür. Amma qəbirdəki cəsədlə əzab çəkən bərzəx bədəni arasında zəif də olsa əlaqə var.
Sual 12: Bərzəx bədəni maddidirmi?
Cavab: Etiraf etməliyik ki, dünyəvi elmlər belə suallar qarşısında tam acizdir. Əslində insan təfəkkürü bir çox həqiqətlər qarşısında kəsərsizdir. Uyğun məsələlər haqqında yalnız az saylı övliyalar məlumata malikdirlər. Amma Quran ayələri və rəvayətlərdən bəzi qənaətlərə gəlmək olar.
Əvvəla insan heç bir dünyada bədənsiz olmur. Ruh varsa, onun gəzdiyi bədən də var. Amma dünya ilə bərzəx aləmi, bərzəx aləmi ilə axirət dünyası arasında fərqlər var. Hər aləmin öz xüsusiyyət və qanunları olduğundan, həmin aləmdə də ruhu daşıyan bədən səciyyəvi xüsusiyyətlərə malikdir.
Rəvayətlərdə bildirilir ki, bərzəx bədəni dünyəvi bədənə oxşayır. Amma bu bədən daha kamildir. Qiyamət bədəni isə bərzəx bədənindən üstündür. Bərzəx bədəninin də forması, çəkisi və ölçüsü var. Dünyasını dəyişmiş insan başqa bir ölü ilə rastlaşdıqda onu tanıyır. Bir sözlə, dünyəvi bədənə oxşayan bərzəx bədənini dünyəvi bədən tipində maddi hesab etmək olmaz.
Sual 13: Doğrudurmu ki, ölülər cümə günü azad edilir?
Cavab: Rəvayətə görə, bərzəxdəki ruhlar ləyaqətlərindən asılı olaraq dünya işlərindən xəbər tutur, hətta ailələrinə baş çəkirlər. Bu iş hər gün baş verə bilər. Amma cümə günü xüsusi qeyd edilir.
İshaq ibn Əmmar imam Kazimdən (ə) "möminin ruhu ailəsini ziyarət edirmi”, deyə soruşur. İmam (ə) buyurur: "Bəli. Bu iş onların fəzilətlərindən asılıdır. Kimi hər gün, kimi həftədə bir dəfə ailəsini ziyarət edir. Ən azı hər cümə günbatan vaxt bu ziyarət baş tutur. Möminlə gələn mələk onu qəmgin edəsi səhnələri gizləyir.”
İmam Sadiq (ə) buyurmuşdur: "Həqiqətən də möminin ruhu öz ailəsini ziyarət edir. O yalnız yaxşı səhnələri görür, xoşagəlməz səhnələr isə ondan gizlədilir.”
Sual 14: Dünyasını dəyişmiş insanın ruhu yeni doğulmuş uşağa keçə bilərmi?
Cavab: "Tənasüx” adlanan bu məsələ ciddi elmi mübahisə mövzularından biridir. Ruhun bir bədəndən o birinə keçməsi, ölmüş insanın başqa bir şəkildə dünyaya qayıtmasının mümkünlüyü çoxlarını düşündürür.
Tənasüx iki növdür: ruhun maddi bədəndən maddi bədənə keçməsi və ruhun maddi bədəndən "misali” qəlibə düşməsi.
Misali bədən insanın dünyada öz əməlləri ilə yaratdığı bir qəlibdir.
İslam dini maddi tənasüx məsələsini qəbul etmir. Ayə və rəvayətlərə əsasən hər bir varlıq təkamül yolu keçdiyi kimi, ruh da daimi hərəkətdədir. Bədəndən ayırılmış ruhun özünə uyğun olmayan yeni doğulmuş bədənə keçməsində ziddiyyət mövcuddur.
Ruh o bədəndə ola bilər ki, bu bədən onun təkamül pilləsinə uyğun gəlsin. Əgər İslam ruhun bərzəx bədəninə keçməsini qəbul edirsə, demək bərzəx bədəni ruhun təkamül səviyyəsinə uyğun bir bədəndir. Demək, tənasüxün ikinci növü bizim üçün məqbuldur.
Sual 15: Ölümdən sonrakı həyat bütün canlılar üçündür, yoxsa təkcə insan üçün?
Cavab: "Rum” surəsinin 11-ci ayəsində buyurulur: "Allah məxluqatı əvvəlcə yaradır, (öləndən) sonra yenidən dirildir.” Bu və digər ayələrə əsasən Allah bütün yaratdıqlarını öz hüzuruna qaytarasıdır. Məad, yəni ölümdən sonra dirilmə həm cismə, həm də ruha aiddir. Ruhun təkamülü baxımından insan digər canlılardan fərqlənir. Ona görə də ölümdən sonrakı dirçəlişdə insan ön pillədə dayanır və onun yenidən dirilməsi daha çox əhəmiyyət kəsb edir.
Sual 16: Əgər Allah varlıq aləmini mərhəməti səbəbindən yaratmışsa, cəhənnəm nə üçündür?
Cavab: Yaranışda məqsəd behişt və cəhənnəm yox, Allaha doğru hərəkətdir. Allahın həm rəhmət, həm də qəzəb sifətləri var. Behişt Allahın rəhmət sifəti, cəhənnəm isə Onun qəzəb sifətinə doğru hərəkətin mənzilidir. İtaət edən insan Allahın mərhəməti, tüğyan qoparan insan isə Onun qəzəbi ilə qarşılaşır. Demək, behişt və ya cəhənnəmi seçən insan özüdür. Əgər bir şəxs günəşin nurundan gizlənib, özünü zülmətə salırsa günəşi qınamamalıdır.
Sual 17: Başdan-ayağa günah içində olan müsəlman behiştə daxil ola bilərmi?
Cavab: Rəvayətlərə əsasən günahları küfr və şirk həddinə çatmamış müsəlman günahları yuyulanadək əzab çəkdikdən sonra behiştə daxil olar. Məsumlar (ə) buyururlar ki, günahkar möminlər bir gün cəhənnəmdən çıxasıdırlar.13 Amma belə bir vəd insanı arxayınlaşdırmamalıdır. Günahkarlığın sonu küfr və şirkdir. Günahkar küfr və şirklə qəfildən rastlaşır. Bu görüşdən sonra geriyə dönüş çətinləşir və həmin halda ölən kəs əbədilik cəhənnəm əhli olur.
Sual 18: İnsan behiştdə də doğub-törəyirmi?
Cavab: Allahın yaratdığı hər aləmin öz qanunları var. Dünya və axirət qanunları bir-birindən fərqlənir. Məsələn, bədən dünyada yanmaqla məhv olursa, axirətdə heç bir təsir insanı yox etmir.
Ayə və rəvayətlərdən məlum olur ki, qiyamət astanasında dəhşətli zəlzələlər qopur, dənizlər parçalanır, dağlar uçulur, günəş və ulduzlar sönür, bir sözlə, dünyanın nizamı pozulur.
Əgər Quranda deyilirsə ki, behiştdə pak zövcələr var, demək, həmin zövcələr dünya qadınlarından tam fərqlənir. Bu zövcələr aylıq adət kimi xüsusiyyətlərdən kənardırlar. Dünyada bu xüsusiyyətlərdən məhrum qadın ana ola bilmir. Behiştdə övladlar da dünyadakı övladlar kimi deyil. Əgər dünyada hər bir istək tədricən həyata keçirsə, behişt əhlinin istəyi dərhal yerinə yetir. Quran buyurur: "Orada sizin üçün istədiyiniz hər şey var.”14 Əgər insanın istəyi dərhal həyata keçirsə, bətndə doqquz ay uşaq gəzdirmək məntiqsiz görünür.
Sual 19: Məsum imamlar adi insanlardan nə ilə seçilir?
Cavab: Məsumlar özlərini "insanlardan üstün yox, insanların üstünü” kimi tanıtdırmışlar. Böyük peyğəmbərlər müxtəlif məqamlarda buyururlar: "Biz də sizin kimi bir bəşərik.” Onlar başqaları kimi zəhmət çəkmiş, ruzi qazanmış, yorularkən istirahət etmiş, acı hadisələrdən qəmlənmişlər.
Məsumluq (günahsızlıq) insanın öz ixtiyarındadır. Əgər bu xüsusiyyət vergi olsaydı hansı əsasla imamlar ideal seçilməlidilər?! Quran buyurur: "Əgər yer üzündə gəzib dolaşanlar mələklər olsaydı, şəksiz, onlara mələk peyğəmbər göndərərdik.” Ayədən məlum olur ki, yer üzündə yaşayan insanlara onların özləri kimi peyğəmbər göndərilmişdir.
Allah peyğəmbər və imamların başqalarından üstünlüyünü əvvəlcədən bildiyi üçün onlara öz elmindən verərək başqaları üçün nümunə etmişdir.
Biz şiələr məsum bildiyimiz on dörd nəfəri (Həzrət Məhəmməd (s), həzrət Fatimə (ə) və on iki imam.) yalnız günahdan yox, həm də ən kiçik nöqsanlardan pak bilirik. Günahdan uzaqlıq isə bütün çalışanların çata biləcəyi bir məqamdır.
Sual 20: Məsumlar dünya malını sevməyiblər, yoxsa bu sevgiyə qalib gəliblər?
Cavab: Məsumlar (ə), sonra isə övliyalar yalnız Allahı sevdiklərindən qəlblərində dünya məhəbbətinə yer qalmayıb. Dünyaya bağlılıq insanı qəflətdə saxlayıb, onu Allahdan uzaqlaşdırdığı üçün məsumlar və övliyalar öz dualarında bu bağlılıqdan uzaqlıq istəmişlər.
İmam Hüseyn (ə) Ərəfə günü belə dua edir: "Allahım, məni dünya bağlılıqlarından qoru”. İmam Səccad (ə) belə dua edir: "Ey Rəbbim, qəlbimizi zikrinə, dilimizi şükrünə, bədən üzvlərimizi itaətinə məşğul et”. Məsum imamların (ə) duaları bizə öyrədir ki, insan daim dünya bağlılığından qorxmalı və bu tələyə düşməmək üçün Allahdan yardım istəməlidir.

Kitabın adı: Şübhə doğuran suallar
Müəllif: Məhəmməd Turan

 
 
Bölmə: Şübhələr / Suallar
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Təhminə | Status: İstifadəçi Offline | 12 Ekim 2014 18:48 | İstifadəçi | Şərh yazdı
ALLAH RAZI OLSUN.SAĞ OLUN.

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.