Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Mə`lum olduğu kimi Azərbaycan dilində sözlərin əlli faizindən çoxu ərəb-fars mənşəlidir. Bu məsələnin səbəbləri barədə danışmaq fikrində deyilik. Məsələ burasındadır ki, istər ərəb-fars mənşəli sözlər, istərsə də avropa mənşəli bə`zi sözlər vardır ki, bu gün də əhali arasında geniş şəkildə işlənilməsinə və yığıncaqlarda söylənilməsinə baxmayaraq, əhalinin geniş miqyaslı təbəqəsi bunların lüğəvi mə`nasını bilmirlər. Belə sözlərdən biri də "təqlid” sözüdür. Bu sözün müsəlmanlar arasında çox işlənməsinə baxmayaraq, çoxları onun əsl mə`nasını və hansı dildən mənşələnməsini bilmirlər. Başqa tərəfdən, bə`ziləri bilmək istəsələr də öyrənə bilmirlər. Çünki bu söz dini bir termin olduğuna görə adi savadla onun dəqiq mə`nasını ələ gətirmək çətindir. Hər bir başqa elmi termin barəsində də bu ifadələri söyləmək olar.
"Təqlid” sözü ərəb mənşəli olub, lüğətdə əsl mə`nası "öhdəsinə bir şey almağa” deyilir.Bu bir şeyin, istər öz öhdəsinə olsun, istər başqasının öhdəsinə qoyulmasına deyilir. Həmçinin, təqlid sözü "tabe olmaq və ya başqasının ardınca gedilməyə” də deyilir. Bununla da mə`lum olur ki, "təqlid” məsələsində şəxs kiminsə öhdəsinə vəzifə qoyur, ya da kiminsə sözünün əsasında əməl etməyi öz öhdəsinə alır. Bu iki mə`na, "təqlid” sözünün ilk lüğəvi mə`nasından nəzərə çarpan mə`nalardır. Elə isə, "təqlid” termini dini sahədə hansı mə`nanı daşıyır? Bu sualın cavabını yüksək səviyyəli din alimlərinin öz dilindən verməyimiz daha yerinə düşərdi:
«"Təqlid” dini sahədə ən yüksək dərəcəli elmə malik olan din aliminin (yə`ni, müctehidin) din sahəsində verdiyi hökmlərə əməl etməyə deyilir.»
Başqa sözlə desək, «təqlid, müsəlmanın o əməllərinə deyilir ki, adil olan yüksək səviyyəli din aliminin göstərişlərinə əsaslanmış olsun».
Əlbəttə, gələcək bəhslərimizdə yüksək səviyyəli din alimlərindən məqsədin, kimlər olduğu barədə geniş bəhs edəcəyik. Lakin bu qismətdə təkcə onu demək istərdik ki, müsəlman yalnız dinin şaxələrində (füruiddində)təqlid edə bilər lakin, dinin əsaslarında hər bir müsəlmana vacibdir ki, öz elmi səviyyəsində bütün bunları dəlil üzündən qəbul etsin. Əlbəttə, onu da qeyd edək ki, bu yolda hər bir şəxs ixtiyari şəkildə istədiyi alimin məntiqli dəlilini öz dəlili kimi qəbul etməklə onlardan istifadə edə bilər.
Beləliklə də, aydın olur ki, təqlid məsələsində söhbət yalnız dindən və onun hökmlərinin necə yerinə yetirilməsindən gedir. Beləliklə, daha geniş şəkildə bəhsimizi davam etdiririk.
Qarşıya çıxan maraqlı suallardan biri də həmin məsələdir. Görəsən, müsəlmanlardan kim öz dini vəzifələrini yerinə yetirməkdə qeyd olunan din alimlərinin göstərişlərinə əməl etməli, yə`ni, təqlid etməlidir? Sonrakı bəhslərimizdə yüksək dərəcəyə çatmış din alimlərinin göstərişlərinə əməl etməyin dəlillərində bu barədə daha ətraflı söhbət açacağıq. Amma bu bəhsdə qısa olaraq onu qeyd etmək olar ki, hər bir sahədə olduğu kimi dini sahədə də müsəlmanları üç dəstəyə bölmək olar:
Birinci: O kəslər ki, dini e`tiqadlarında şər`i məsələləri, öz elmləri vasitəsilə Qur`an, Mə`sumların (əleyhimussalam) əməl, söz və təsdiqləri, ağıl və nəhayət, yüksək elmi məqamlı din alimlərinin ittifaqlı nəzəriyyələrinə əsasən ələ gətirə bilirlər və özlərinin bu barədə xüsusi nəzəriyyələri vardır. (Yə`ni, dini elmlərdə ən yüksək məqam sayılan "ictihad” məqamlarına çatanlardırlar).
İkinci: O kəslər ki, yuxarıda adları çəkilənlər sırasında olmasalar da, özlərinin elmi səviyyələri vardır və bütün şər`i məsələlərdə yüksək elmi məqamlı din alimlərinin nəzəriyyələrini bilməklə, ehtiyatla və öz ehtiyatlarına yəqin etməklə, heç bir kəsə tabe olmadan dini vəzifələrini yerinə yetirirlər.
Üçüncü: O kəslər ki, yuxarıdakı adı çəkilən iki dəstədən olmayıb, dini elmi səviyyəsindən asılı olmayaraq müsəlmanların bütün təbəqələrindən olanlardırlar.
Hər bir müsəlman bu üç dəstənin hansında qərar tutduğunu asanlıqla tə`yin edə bilər. Məsələn, əgər hər hansı bir şəxs neçə on illiklər ərzində din hövzəsində oxumuş və gecə-gündüz öz üzərində çalışıbsa və birinci dəstədə deyilən bütün şəraitə malikdirsə, birinci dəstədəkilərdən sayılacaqdır və bu zaman başqasına "təqlid” etmək haramdır. Yə`ni, belə bir şəxs artıq bütün din elmlərində ən yüksək səviyyəyə çatmışdır və bu məqamı onun barəsində bir dəstə yüksək elmi məqamlı din alimləri də təsdiqləmişlər. Bəli, hər kim bu məqama çatsa, artıq özü öz elmi əsasında şəriət hökmlərini yerinə yetirər və Allah dərgahında da bu işə görə günahkar sayılmaz. Əslində belə məqamlı şəxslər həmin "müctehidlərdir” ki, (gələcək bəhslərimizdə onlar haqqında söhbət açacağıq) əgər xüsusi şəraitə malik olsalar, yalnız onlara təqlid etmək olar. Yə`ni, əgər şəriət məsələlərində kiminsə nəzəriyyəsini əldə əsas kimi tutmalı və ya başqalarına nəql etməli olsaq, həmin birinci dəstədən sayılan müctehidləri göstərməliyik.
İkinci dəstə onlardırlar ki, dini elmlərin bütün sahələrində yüksək səviyyəli elmə malik deyildirlər və şəriət hökmlərini yuxarıda qeyd olunmuş şəraitlə təkbaşına ələ gətirə bilmirlər, lakin dini elmlərdə elə bir səviyyəyə çatıblar ki, öz dini elmlərinə əsasən, ehtiyat yolu ilə yə`ni, təqlidsiz şəri vəzifələrini yerinə yetirə bilərlər. Müctehid olmasalar da, əməl etdikləri hər hansı bir şər`i məsələ barəsində bütün yüksək elmi məqamlı din alimlərinin nəzəriyyələrindən agahdırlar və bu agahlığı illər boyu olan dini təhsili nəticəsində ələ gətirmişlər. Belə bir şəraitə malik olan hər bir müsəlman əgər yəqin etsə ki, şər`i dəlil və sənəd əsasında öz dini vəzifəsini yerinə yetirəcəkdir, təqlidsiz olaraq- ehtiyat yolu ilə - şər`i vəzifələrini yerinə yetirə bilər. Beləliklə, bu dəstədən olan müsəlmanların yalnız bir xüsusiyyəti var. O da budur ki, öz şəri vəzifələrini düzgün yerinə yetirməyə yəqinlikləri olsa, təqlid etmədən, ehtiyat yolu ilə vəzifələrinə əməl edə bilərlər. Lakin, heç bir müsəlman belə şəxslərə təqlid edə və onun nəzəriyyələrini müstəqil şəriət hökmü kimi qəbul edə bilməzlər. Bəli, əgər onlar birinci dəstədən hesab olunan müctehidlərin hökm və nəzəriyyələrini nəql edərlərsə, bu halda onların sözlərini "nəql olunmuş şəriət məsələsi” ünvanı ilə qəbul etmək olar. Qeyd etmək lazımdır ki, belə məs`uliyyətli vəzifəni, yə`ni, ehtiyat yolu ilə öz dini vəzifələrinə əməl etmək yolunu hər kəs öz öhdəsinə almır. Yalnız nadir halda bə`zi şəxslər tapılır ki, öz şər`i əməllərini ehtiyat yolu ilə yerinə yetirmək qararına gəlsin. Bir daha qeyd etmək lazımdır ki, vəzifəsindən, ictimai mövqeyindən, məqamından və sair üstünlüklərindən asılı olmayaraq ikinci və sonradan qeyd olunacaq üçüncü dəstədən olanların heç birisinə təqlid etmək düzgün deyildir. Yə`ni, əgər bir şəxs öz namazının hər hansı bir qismətində nöqsan hiss etsə, yüksək elmi dərəcəyə çatmış din alimlərinin (yə`ni, müctehidin) elmi kitabına (risaləsinə) müraciət etməli və bütün bu növdən olan şəriət məsələlərinin hamısında (namaz, oruc, həcc, xums, zəkat, cihad, əmr-be-mə`ruf (yaxşı işlərə də`vət), nəhy-əz-münkər (pis işlərdən çəkindirmək), təvəlla (Allah dostları ilə dost olmaq) və təbərra (Allah düşmənləri ilə düşmən olmaq)) həmin alimin nəzəriyyəsini əsas tutmalıdır. Əgər belə olmasa, o öz dinində ya cahil sayılar ya da cahilə təqlid etmiş olar. Hər iki hal əgər qəsdən olarsa, insanın əməllərini batil edər. Çünki sonrakı bəhslərimizdə Qur`an və Mə`sumların (əleyhimussalam) hədislərinə əsasən, dini elmlərdə cahil olan şəxslərə, yə`ni, birinci dəstədən olmayan şəxslərə təqlid etməyin batil olduğunu sübut edəcəyik, inşallah!
Əgər hər hansı bir şəxs dini sahədə mə`lumatı olmayan, ya da çox az mə`lumatı olan bir müsəlmandırsa, din hökmlərində və şəriət məsələlərində onun vəzifəsi nədir? Kimə müraciət etməlidir? Şəriət ona icazə verir ki, öz dəstəsindən olanların, yə`ni dini savadları olmayan, ya da az həddə olanların şəxsi nəzəriyyələri ilə hərəkət etsin, yoxsa ağıl və məntiqə əsaslanaraq birinci dəstədən olan yüksək elmi səviyyəli din alimlərinin şəriət kitablarına əsasən öz vəzifsini yerinə yetirməlidir? Cavab hər bir adi şəxsə aydındır. Səbəblərindən biri də budur ki, əgər bir şəhərdə çox bilikli bir həkim olarsa, heç bir ağıllı insan xəstələnərkən adi sanitar və feldşerə müraciə etməz yaxud, onların da yanına getsə, daha savadlı və güclü həkimlərin sorağını alacaq. Belə isə, niyə müsəlmanların dini sahədə ən yüksək biliyə malik olan, "müctehidlərə” müraciə edib, onların göstərişləri əsasında dini vəzifələrini yerinə yetirmələrinə irad tutulmalıdır?
Beləliklə, nəticə alırıq ki, hər bir - həddi büluğa yetişmiş müsəlman öz dini vəzifələrini Qur`an və şəriətə uyğun surətdə yerinə yetirməkdən ötrü ən yüksək səviyyəli din alimləri sayılan "müctehidlərin” elmi kitablarına müraciət etməlidir.
İndi isə dində cahil olan şəxsin müctehidlərə müraciət etmələrinin dəlillərini araşdırmaq istəyirik. Bu mövzuda həddən artıq dəlil nişan vermək olar, lakin bəhsimizin həcmini nəzərə alaraq bir neçə əsas və tutarlı dəlillərlə kifayətlənirik:
Birinci dəlil: Qur`ani-Kərim müsəlmanlara müraciə edərək buyurur:
"Mö`minlərə caiz deyildir ki, hamılıqla cihada çıxsınlar. Belə isə, niyə onların hər bir cəmiyyətindən bir dəstə köç etmirlər ki, dərin dini elm öyrənsinlər bəlkə, sonra da öz qövmlərinə sarı qayıtdıqda onları (Allahın əzabı ilə) qorxutsunlar bəlkə, onlar çəkinsinlər!”
Bu ayənin sonuncu qismətindən belə mə`lum olur ki, müsəlmanlar öz din və şəriət məsələlərini din elmlərini gözəl bilən adil və mö`min alimlərindən, daha dəqiq desək, onların bu sahədə ən biliklilərindən - ki, biz onlara müctehidlər deyirik - alsınlar.
İkinci dəlil: Biz hər gün namazlarımızda Allah-taladan bu ayə vasitəsilə istəyirik: "İhdinəs-siratəl-müstəqim” Yə`ni, "İlahi! Bizi doğru yola yönəlt!”
Təbii ki, hər bir insan o vaxt doğru yola yönələr ki, öz dinini, e`tiqadını və şəriət hökmlərini bu sahənin ən yüksək səviyyəli mö`min alimlərindən ələ gətirsin. Əks təqdirdə cəhalət içində qalaraq öz doğru dini e`tiqadını da əldən vermiş olacaqdır. Bütün bunlar bizim mövzumuza da aid olur. Beləliklə, nə qədər ki, birinci dəstədən olan alimlərimizə tabe olmamışıq, öz dinimizdə kamilləşə bilmərik.
Üçüncü dəlil: Mə`sumlardan (əleyhimussalam) bizə çatan rəvayət və hədislərdə din alimlərindən kimlərə müraciə etməyin və hansı məqamda olan din alimlərindən şəriət məsələlərini ələ gətirməyin yolları bəyan edilmişdir. On ikinci mə`sum İmamımızdan (ə.c.) şər`i məsələlərdə kimlərə müraciət olunmasından soruşulur. Həzrət buyurur:
"Müxtəlif hadisələr və məsələlər barəsində şəriət məsələlərini bilmək istəsəniz, bizim sözlərimizi sizə nəql edən ravilərə (yə`ni, bizim hədislərimizi xüsusi elmi yolla araşdırıb, onların vasitəsilə hökm edən və bütün tələb olunan şəraitə malik olan müctehidlərə) müraciə edin. Onlar sizin aranızda mənim dəlilimdir. Mən də Allahın onlara göndərdiyi höccətəm.”
Dördüncü dəlil: İnsan dindarlığından əlavə öz fitrətinin hökmünə əsasən, həmişə özündən bilikli və savadlı şəxslərə müraciət etmək istəyir. Bu qanun insanın yaradılışında və zatında qoyulmuşdur. Həmin qanunun dindarlıq və şəriət mövzusunda da dəxaləti vardır. İnsanın fitrəti onu məcbur edir ki, imam və peyğəmbər olmayan zaman din və şəriəti müsəlman alimlərinin ən ədalətlisindən, ən biliklisindən və öz ömür-gününü din və şəriət məsələlərini ələ gətirməkdən ötrü keçirəndən alsın. Bu da - insaf və ağıla əsasən - həmin müctehiddir. Yalnız müctehiddir ki, son nəfəsinə qədər ömrünü din və şəriət məsələlərini düzgün yolla ələ gətirməkdən ötrü sərf edir.
Beşinci dəlil: Dinindən və imanından asılı olmayaraq bütün aqil insanların əməl və nəzəriyyələri budur ki, insan hər hansı bir məsələ barəsində bir şeyi dəqiqliyi və düzgünlüyü ilə bilmək və ya yerinə yetirmək istəsə, həmin sahənin ən çox bilicisinə müraciət və onun məsləhət və göstərişləri əsasında hərəkət etməlidir. Əgər diqqət yetirsək, müctehidə müraciət etmək və şəriət məsələlərində ən yüksək elmə malik olanın dediyi yollarla ibadət və əməl etmək bu mövzunun ən aydın nümunələrindəndir.
Qeyd etdiyimiz kimi bu məsələ barəsində çoxlu dəlillər gətirmək olar, amma biz bu qədərlə kifayətlənirik.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |