Mömin xanımlar
Dinimiz buyurub, əzəldən belə,
Hər zaman hörmət et, qadına deyə.
Mömin, xanımların misli yox belə,
Müqəddəs kitabda yazılıb belə.
Fatimə, Zəhradı ən uca xanım,
Ondan örnək alsın, gərək hər xanım,
Həyasın, ismətin qorusun xanım,
Ailəyə əsil, yar olsun xanım.
Məryəmçün behişdən, gəlibdir təam,
Mələklər söyləyib, Məryəmə salam,
İsa peyğəmbəri, vəhdən nur salan,
Allahdan gəlibdi, Məryəmə salam.
Qadın ana olur, qadın yar olur,
Dolaylı yollardan qadın yorulur,
Onun varlığından, yuva qurulur,
Qadınsız həyatın, maraqı yoxdur.
Nisa surəsində yazılıb belə:
Qadınlar həyanı, vurmayın yerə
Behişdi qazanmaq, istəyən belə,
Lazımdır riayət etsin dininə.