![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
llahın salam bə bərəkəti üzərinizə olsun. Bu gün İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərinin dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı Xanım Zeynəbin (ə) mövlud günüdür. Hicrətin 6-cı ilində, cəmadiül-əvvəlin ayının 5-də Mədinə şəhərində Peyğəmbər ailəsində, İmam Əli (ə) və Peyğəmbərin can parəsi olan Xanım Fatimeyi Zəhranın evində bir qız uşağı dünyaya gəlir. Peyğəmbər yeni doğulmuş körpənin adını Cəbrayıl (ə) nazil olub xəbər gətirəndən sonra Zeynəb qoyur. Zeynəb "atanın ziynəti" deməkdir. Həzrət Zeynəb beş ilə qədər Peyğəmbərlə (s) bir yerdə yaşamışdır. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda qeyd olunmuşdur. Xanım Zeynəb çox dözümlü, güclü, səbirli olub. Kərbəla həqiqətlərinin dünyaya çatdıran da məhs Xanım Zeynəb olmuşdur. Bütün bu müsibətlərdə Zeynəbin şüarı Seyyidüş-şühəda İmam Hüseynin şüarıdır ki, Kərbəlanın ağır müsibət dalğalarında dodaqaltı zümzümə edirdi: «...Səbrən əla qəzaikə, la ilahə sivakə, ya ğiyasəl mustəğisin». "Sənin qəza və qədərinə səbr edirəm, İlahi! Səndən başqa Allah yoxdur. Ey kömək istəyənlərin fəryadına çatan!”
Bu saytda və hər hangi bir kitabda oxuyub, gəlin Xanım Zeynəbin(s.ə) «Kərbəla dərsləri» kimi oxuyub, öyrənib layiqincə əməl edib, xanımı özümüzdən razı salaq! Həzrət Zəhra (s.ə) və Həzrət Zeynəb (s.ə) hicabını, onlara layiq qoruyub saxlayaq. Saxlayaq ki, Qiyamətdə o əzizə xanımların mübarək vücudlarının qarşısında üzü qara qalmayaq və mövlamız İmam Zaman (ə.c) ağanın zühurunu gözləyənlərdən, zühur gününü görənlərdən və ağanın köməkçilərindən olaq, inşaallah.
Bu gözəl gün münasibəti ilə Ehliwie-samux.com saytı bütün möminləri və xüsusən də xanımları təbrik edir. Bayramınız mübarək!..
Zeynəbi Kübra göz açıb, göz açıb aləmə,
Həzrəti Zəhra sevinib, elə bir zəm-zəmə.
Cani Hüseyndir bu bala, Həsənin xahəri,
Yari dilarani-Əli xələfi Fatimə.
Ya Zeynəb, ya Zeynəb, möludun mübarək!
Qəhrəmani Kərbəla, ad günün mübarək!
İsmətin 14 gülü var, hamısı cilvədi,
Yeddisinə həmdəm olub bu nigari Əli.
Cilvəlidir Fatimənin evinin məzhəri,
Var yeri fəxr etsə bu qız ki, xanım Məryəmə.
Ya Zeynəb, ya Zeynəb, möludun mübarək!
Qəhrəmani Kərbəla, ad günün mübarək!
Zeynəbi hər kəs tanısın, tanıyıb Allahı,
Allah özü bu balanı bəyənib vallahi.
Mehdiyə aşiqsən əgər oxu zikrullahi,
Yəni təvəssül eliyin buyurub əmməmə.
Ya Zeynəb, ya Zeynəb, möludun mübarək!
Qəhrəmani Kərbəla, ad günün mübarək!
Aləmə verdi bərəkət, qədəmi Zeynəbin,
Əhli həqim qəlb bir olur hərəmi Zeynəbin.
Gərçi hərəmdən ucalı hərəmi Zeynəbin,
Dini yetirdi bu xanım şərəfi əzəmət.
Ya Zeynəb, ya Zeynəb, möludun mübarək!
Qəhrəmani Kərbəla, ad günün mübarək!
https://www.youtube.com/watch?v=C4m2o1sZmkQ
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |