Şah İsmayıl Xətainin "Nəsihətnamə"sindən bir hissə
Həsən-Hüseyni sev candan həmişə,
Zəhi, dövlətli can şahə buluşə.
Əli, Zeynəlibadün, Baqirü Cəfər,
Olardır möminə mürşidü rəhbər.
Musayi Kazim, Əli, Musa Rzayə,
Rza vergil yəqin Ali-əbayə.
Təqiyü ba Nəqi şah Əskəridən,
Ola görgil imamlar gövhəridən.
İrişdi vədeyi-əhdi-Məhəmməd,
Zühur edə özün məhdi-Məhəmməd.
Bu on iki imamə qıl eyvallah,
Əgər mömin isən yarınçın Allah
Yəqin oldu çıxa sahib zəmanə,
Vilayət ləşgər ilə xanədanə....
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.
Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.