Ya Muhəmməd, ya Əli!
Daima fikrimdə zikrim, ya Muhəmməd, ya Əli!
Könlümün evində şükrüm ya Muhəmməd, ya Əli!
Kəndi özün tanıyanmaz səni yəqin bilməyən,
Aləmin ayinəsisən, ya Muhəmməd, ya Əli!
Qalmışam zülmət içində sən inayət qıl mənə,
Mən günahkarəm, günahkar, ya Muhəmməd, ya Əli!
Seyyidü Bəttahi Qazı Hacı Bəktaşi vəli,
Cümləsinin səri sənsən, ya Muhamməd, ya Əli!
Baş açıq, yalın-ayaq, yoğruşur əbdallar,
Kərbəladə çağruşurlar: ya Muhəmməd, ya Əli!
Bu «Xətai», vasil olmuş sidq ilə şahə müdam,
Bu cahanda mətləbim bu: ya Muhəmməd, ya Əli!