İki aləmdə sultandır Muhəmməd (s)
İki aləmdə sultandır Muhəmməd,
Bəyani-elmi-Qurandır Muhəmməd.
Hesabi-Həşri-nəsr olan günündə,
Şəfi cümlə xəlqə rəhmandır Muhəmməd.
Cahana mərifət ondan açıldı,
Yəqin bil gövhəri candır Muhəmməd.
Sərasər yer göyü gəzdi və gördü,
Ki ərşə fərşə sultandır Muhəmməd.
Nəsimi daima mədh qil onu,
Həmişə dinü imandır Muhəmməd.
Əşrəqət min fələkil-behcəti şəmsün və biha,
Mələəl-aləmə nurən və sürurən və bəha*
Çıxdı bir gün ki, ziyasında təmamiyyi-rüsul,
Oldu məhv öylə ki, xurşid şüaində Süha.
Oldu bazari-cahan rövnəqi bir dürri-yetim,
Ki, degil iki cahan hasili ol dürrə bəha.
Rütbeyi-hikməti-me’raci-kəmalinə görə,
Hükəma firqeyi-dun, fəlsəfə cəm’i-süfəha.
Münhiyi-mə’rifəti hal dililə daim,
Qılır əhli-həqə əsrari-həqiqət inha.
Necə təqrir edəyin vəsfini bir şahin kim,
Ona vəssaf ola "Yasin”u müərrif – "Taha”.
Ey Füzuli, rəhi-şər’ini tut ol rahbərin,
Bu təriqilə zəlalətdən özün eylə rəha.