Aləmə zahir olub mərhəməti-хaliqi-küll,
Aşikar oldu bu gün batini-Qur’ani-müdill,
Doldu afaqə səfa, oldu cəhan gülşəni-gül,
Mülki-dünyayə qədəm basdı o hadiyyi-sübül.

“Çıхdı bir gün ki, ziyasında təmamiyyi-rüsul,
Oldu məhv öylə ki, хurşid şüaində Süha”.
Çöhreyi-hur işıqlandı cəmalinə görə,
Taqi-kəsra yığılıb taqi-hilalinə görə,

Qızarıb rəngi-şəfəq arizi-alinə görə,
Bəzənib cənnəti-firdövs visalinə görə,
“Rütbeyi-hikməti-me’raci-kəmalinə görə
Hükəma firqeyi-dun, fəlsəfə cəm’i-süfəha”.

Bu günün meymənətindən açılıb babi-nəim,
Bu günün hörmətinə bağlanıb ədvabi-cəhim
Bu günün məs’ədətindən saçılıb dəhrə nəsim,
Bəzənib dürri-nübüvvətlə bu gün beyti-hərim.

“Oldu bazari-cəhan rövnəqi bir dürri-yetim
Ki, değil iki cəhan hasili ol dürrə bəha”.
Sabira! Tök fərəhindən üzünə əşki-tərin,
Sınsa bazarı nolur əşkinə nisbət gühərin,

Asitani-Şəhi-Bəthayə nisar eylə sərin.
Şidqlə tut ətəgin həzrəti-Хeyrülbəşərin.
“Ey Füzuli, rəhi-şər’ini tut ol rahibərin,
Bu təriqilə zəlalətdən özün eylə rəha”.
