1146. Səsi uçaltmağın qadağan olması
Quran:
«Yerişini rahat yeri (nə çox tez, nə də çox asta yeri) və (danışanda) səsini ucaltma ki, səslərin ən pisi uzunqulağın səsidir.»
Hədis:
3710. Allahın Peyğəmbəri (s): «Allah-taala asta səsi sevər və uca səsə (qışqıra-qışqıra danışmağa) nifrət edər.»
3711. Allahın Peyğəmbəri (s) (Əbuzərə tövsiyəsində): «Ey Əbuzər! Cənazələrin dəfnində, müharibədə və Qur‘an oxunanda səsini astadan çıxar.»
3712. İmam Əli(ə): «Üç şey alicənablıq əlamətidir: baxışları aşağı salmaq, səsi astadan çıxarmaq və yolu rahat yerimək.»
3713. İmam Əli(ə): «Astadan danışmaq, baxışları aşağı salmaq, rahat yol yerimək imanın və gözəl dindarlığın nişanələrindəndir.»