309. Ğina (eyş-işrət məclislərinə xas tərzdə oxumaq)
1436. Ğina.
Qur‘an:
«Bütlərin murdarlığından uzaq durun və batil sözlərdən çəkinin.»
Hədis:
4892. Allahın Peyğəmbəri (s): «Allah məni dünya əhlinə rəhmət olaraq göndərdi və mən simli alətləri, neyləri və cahiliyyət işlərini məhv (qadağan) edəcəyəm.»
4893. Allahın Peyğəmbəri: «İki səs var ki, bunlar dünya və axirətdə lənətlənmişlər: xoşhal olduqda çalınan neyin və müsibət vaxtı vay-şivənin səsi.»
4894. İmam Sadiq (ə): «Ğina elə günahlardandır ki, Allah onunçün alovu vəd etmişdir. Allah-taala bu barədə buyurub: «Camaatın elələri var ki, boş sözləri (heç bir) elmsizi (camaatı) Allahın yolundan azdırmaq və Allah yolunu rişxənd etmək üçün satın alarlar. Onlara xaredici əzab veriləcəkdir.»
1437. Ğinanın mirası.
4895. Allahın Peyğəmbəri (s): «Ğina ziyanın tilsimidir.»
4896. Allahın Peyğəmbəri (s): «Üç şey qəlbi sərtləşdirər: eyş-işrət məclislərinə xas musiqini eşitmək, ov və sultan sarayına gedib-gəlmək.»
4897. İmam Sadiq (ə): «Ğina özündən nifaq qoyub gedər.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild