Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Qur᾽an:
«Rəbbinizin fəzli və ehsanı ardınca olmağınızın heç biri eybi yoxdur. Beləliklə Ərəfatdan köçdükdə məş᾽ərul-həram yanında Allahın əvvəllər azğın olmağınıza baxmayaraq sizi hidayət etdiyi kimi yad edib Onu xatırlayın».
Hədis:
598. İbni Abbas nəql etmişdir ki, həzrət Peyğəmbər (s) təmkinlə və Usamə onun arxası tərəfində olan halda ərəfatdan köçərək buyurdu: Ey camaat! Təmkinli olun! At və dəvəni sür᾽ətlə sürməyiniz heç də yaxşılıq deyildir.
İbni Abbas deyir: Həzrət Peyğəmbərin (s) miniyini heç vaxt çapıb qaçan halda görmədim və beləliklə də cəmə çatdı.
599. İbni Abbas nəql etmişdir ki, həzrət Peyğəmbərlə (s) birlikdə ərəftadan köçdük. Həzrət Peyğəmbər (s) arxadan gələnlərin öz dəvələrinə vurub çoxlu səs-küy etdiklərini eşitdikdə, əlində olan qırmancla onlara işarə edib buyurdu: Ey camaat! Sakit olun, yaxlışı sür᾽ətlə çapmaqda deyil.
600. Müaviyətibni Əmmar nəql etmişdir ki, imam Sadiq (ə) buyurub: Müşriklər gün batmazdan qabaq ərəfatdan köçərdilər. Həzrət Peyğəmbər (s) isə onlarla müxalifətçilik edib, gün batandan sonra köçdü. Həzrət imam Sadiq (ə) daha sonra buyurdu: Günəş batandan sonra təmkinli və vüqarlı halda camaatla birgə ərəfatdan köçüb, Allahdan bağışlanmaq istə ki, Allah-taala buyurdu: Xalq oradan köçərkən siz də köçüb, Allahdan bağışlanmaq istə ki, Allah-taala buyurur: «Xalq oradan köçərkən (siz də) köçüb, Allahdan bağışlanmaq diləyin ki, Allah bağışlayan və mehribandır.» Yolun sağ tərəfində Ə-Kəsibul-Əhmər dağına çatdıqda de: «İlahi! Müvəffəqiyyətimə rəhm edib, elmimi çoxalt və dinimi salamat saxlayıb, ibadətlərimi qəbul et».
Heç vaxt camaatın çoxu kimi sür᾽ətlə çapma! Çünki həzrət Peyğəmbər (s) buyurmuşdur: «Həcc at çapmaq və dəvə qaçırtmaq yeri deyildir. Allahdan qorxub yaxşı seyr edin. Zəif və müsəlmanı ayaq altında qoymayın və yol getməkdə orta vəziyyətdə yol gedən olun». Həzrət Peyğəmbər (s) öz dəvəsini saxlayaraq buyurdu: «Ey camaat! Sakit olun!» Beləliklə də Peyğəmbərin (s) sünnəsinə itaət olunmalıdır.
Müaviyətibni Əmmar deyir: İmam Sadiq (ə)-dan eşitdim ki, buyurdu: «İlahi! Mənə oddan nicat ver». O həzrət (ə) bu duanı camaat köçüb gedənədək təkrar edirdi. Ərz etdim: Siz köçürmünsünüzmü? Camaat hamılıqla gediblər. Həzrət (ə) buyurdu: «Mən izdihamdan və camaata əziyyət etməkdə şərik olmaqdan qorxuram.»
601. Həzrət imam Sadiq (ə) buyurub: Allah-taala qəlbində təkəbbür olmayan halda «Mə᾽ziməyn»dən (Məş᾽ər yolunun əvvəlində olan iki yol ayrıcı) keçən hər bir kəsə rəhmət nəzəri ilə baxar.
Soruşdular: Təkəbbür nədir? Həzrət buyurdu: Təkəbbür xalqı incidib, haqqı qəbul etməməkdən ibarətdir.
Həmçinin buyurdu: Mə᾽ziməyndə iki mələk mə᾽mur olmuşdu ki, «sağlıqla qalın, sağlıqla qalın» deyirlər.
Müzdəlifədə durmağın savabı
602. Həzrət Peyğəmbər (s) Minada buyurdu: «Əgər Məş᾽ər əhli kimin qapısında enib, kimin hüzuruna gəldiklərini bilsəydilər, bağışlanmaqdan sonra bir-birlərinə Rəbbin fəzlini müjdə verərdilər.»
603. Bilal ibni Rəbah nəql etmişdir ki, həzrət Peyğəmbər (s) Müzdəlifənin sübh çağı mənə buyurdu: «Ey Bilal! Xalqı sakitləşdir və ya onlara de ki, sözlərimə qulaq assınlar. Daha sonra buyurdu: Allah-taala öz məş᾽ərində sizə ne᾽mət bağışlayıb, saleh əməllərinizə görə günahlarınızı bağışladı və yaxşılarınızın tələb etdikləri hər bir şeyi onlara verdi. Allah adı ilə hərəkət edir.
604. Əbu Həmzə Sumali nəql etmişdir ki, bir kişi həzrət imam Səccad (ə)-a ərz etdi: Cihad və onun çətinliyini tərk edib həcc əməli və onun rahatlıqlarına məşğul olmuşam.
O həzrət (ə) söykənmişdi və bu sözü dinlədikdən sonra əyləşib buyurdu: Vay olsun sənə! həzrət Peyğəmbər (s) Həccətül-vidada buyurduğu sözünü eşitməmisənmi? Belə ki, o həzrət (s) Ərəfatda dayandı və günəş batana yaxın buyurdu: «Ey Bilal! Camaata de ki, sözlərimə qulaq assınlar».
Daha sonra o həzrət (s) buyurdu: Bu gün Rəbbiniz öz ne᾽mətini sizə vermiş, yaxşılarınızı bağışlamış və onların günahkarlarınız haqqında olan şəfaətini qəbul e tmişdir. Köçün ki, bağışlanmısınız.
Bundan başqa bir hədisdə isə belə buyurmuşdur: Borclulardan başqa — ki, Allah-taala adildir və zəifin haqqını güclüdən alır — ...............................................
Məş᾽ərin gecə çağı ardıcıl olaraq öz Rəbbi ilə münacat edir və borclular üçün dua edirdi. O həzrət (s) məş᾽ərdə dayandıqda Bilala dedi: Xalqa de ki, qulaq assınlar. Daha sonra buyurdu: Rəbbiniz bu gün sizə ne᾽mət verib, yaxşılarınızı bağışladı və yaxşılarınızın günahlarınız barədə olan şəfaətini qəbul etdi. Köçün ki, bağışlanmısınız. Həmçinin özü tərəfindən borcular üçün razılığa zəmanət verdi.
Mənbə: "Quran və hədis baxımında həcc və ömrə əməlləri" kitabı
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |