MƏRCEYİ-TƏQLİDİN ŞƏRTLƏRİNƏ MALİK OLAN MÜCTEHİD TANIMAĞIN YOLLARI
Mərceyi-təqlidin şərtlərinə malik olan müctehidi iki yolla tanımaq olar
1. Yəqinlik; istər müctehidin camaat arasındakı böyük şöhrəti, istər şəxsi məlumatı, istərsə də digər məntiqi yollarla hasil olsun
2. İki ədalətli alimin şəhadəti
Diqqət:
Əgər bir müctehidin mərceyi-təqlidin şərtlərinə malik olması yuxarıda qeyd olunan şəri dəlillərdən biri ilə (məsələn, iki ədalətli alimin şəhadəti) sübuta yetirilsə, bu dəlili təkzib edən digər şəri bir dəlil ortaya çıxmayana qədər həmin şəri dəlil etibarlıdır və yəqinliyin hasil olması şərt deyildir. Həmçinin təkzibedici dəlilin mövcud olub-olmadığını araşdırmaq lazım deyildir.
Müctehidin fətvasını əldə etməyin yolları
1. Müctehidin özündən eşitmək
2. İki və ya bir ədalətli şəxsdən eşitmək
3. Bir nəfər etibarlı şəxsdən eşitmək
4. Müctehidin risaləsində görmək; bir şərtlə ki, onun risaləsində səhvə yol verilməyibdir
Diqqət:
Müctehidin fətvasını nəql etmək və şəri hökmləri bəyan etmək üçün müctehiddən icazə almaq şərt deyil. Lakin şəri hökmlərin bəyanında adətən səhvə yol verən şəxs bu işi görə bilməz. Əgər o, səhvə yol versə, sonra səhvini başa düşsə, onu dinləyən şəxsi o səhvdən agah etməlidir. Hər bir halda, dinləyənə də icazə verilmir ki, şəri hökmləri bəyan edən şəxsin dediklərinin doğruluğuna yəqinliyi olmayana qədər onun dediyinə əməl etsin.
Təqlidi dəyişmək
Bu hallarda təqlidin qeyri-ələm müctehidə dəyişilməsinə icazə verilir
1. Ələm müctehidin fətva vermədiyi bir məsələdə qeyri-ələm müctehid ehtiyat deyil, birbaşa fətva veribsə (Əlbəttə, ehtiyat-vacibə görə «ələm fəl-ələm» ardıcıllığına riayət etmək şərti ilə)
2. Qeyri-ələm müctehidin fətvası ələm müctehidin fətvasına zidd olmayan məsələlərdə
3. Ələm müctehidin fətvası ehtiyata zidd, qeyri-ələm müctehidin fətvası isə ehtiyata uyğun olan məsələlərdə
Bu hallarda təqlidi dəyişməyə icazə verilmir.
1.Ehtiyati-vacibə görə təqlidi diri müctehiddən digər bir müctehidə dəyişmək olmaz. O vaxt icazə verilir ki, o müctehiddə mərceyi-təqlidin şərtlərindən biri olmasın.Məsələn, ikinci mərceyi-təqlid birincidən ələm olsun və müəyyən bir məsələdə onun fətvası birinci mərceyi-təqlidin fətvasına zidd olsun
2. Hansı məsələlərdə ki, təqlid ölü müctehiddən diri müctehidə dəyişilibsə, həmin məsələlərdə yenidən ölü müctehidə qayıtmaq olmaz
Diqqət:
Mərceyi-təqlidin fətvalarının dövrün tələbləri ilə uyğunlaşmadığı ehtimalı və ya onun fətvalarına əməl etməyin çətinliyi, təqlidi, ələm müctehiddən digər müctehidə dəyişmək üçün əsas sayılmır.
TƏQLİDİN MÜXTƏLİF MƏSƏLƏLƏRİ
1. Əgər mükəlləf namaz əsnasında hökmünü bilmədiyi bir məsələ ilə qarşılaşsa, verdiyi iki ehtimaldan birinə əməl edib namazını tamam-laya bilər. Lakin namazdan sonra bu məsələnin hökmünü öyrənməli və əgər namazı batil edən bir işi yerinə yetiribsə, namazını yenidən qılmalıdır.
2. Cahil insan iki qismdir:
1) Qasir cahil: Öz cəhalətindən əsla xəbərdar olmayan və ya cəhalətini aradan qaldırmaq imkanı olmayan kəsdir.
2) Müqəssir cahil: Öz cəhalətindən xəbərdar olan və cəhalətini aradan qaldırmaq imkanı olan, lakin şəri hökmləri öyrənməyə səhlənkarlıq göstərən kəsdir
3. Ehtiyati-vacib o deməkdir ki, ehtiyata görə müəyyən bir əməli yerinə yetirmək və ya tərk etmək vacibdir. Hökmü ehtiyati-vacib olan məsələlərdə təqlid edən şəxs, ehtiyat deyil, birbaşa fətva verən müctehidə - əlbəttə, ələm fəl-ələm tərtibinə riayət etməklə - müraciət edə bilər.
4.Fiqh kitablarında "fihi işkalun”, "muşkil”, "la yəxlu min işkal” ifa-dələri "ehtiyata” dəlalət edir. Təkcə "la işkalə fihi” ifadəsi fətva deməkdir.
5. Əməl məqamında "caiz deyil” və "haramdır” ifadələri arasında fərq yoxdur2.