MƏRCEYİ-TƏQLİDİN ŞƏRTLƏRİ
Diqqət:
Mərcəyi-təqlid şərtlərinə malik olan müctehidə təqlid etmək olar.
1. Kişi olsun
2. Həddi-büluğa çatsın
3. Ağıllı olsun
4. On iki imam şiəsi olsun
5. Halalzadə olsun
6. Ehtiyata (vacib) görə diri olsun
7. Ədalətli olsun
8. Şəri fətvaları vermək vəzifəsini daşıyan Mərceyi-təqlid mənsəbinin həssas və əhəmiyyətli bir mənsəb olduğunu nəzərə alaraq mərceyi-təqlid olan müctehid, öz üsyankar nəfsini ələ almaq qüdrətinə malik olsun və dünyaya tamah salmasın.
9. Müctəhid olsun.
10. Ehtiyati-vacibə görə "ələm” - yəni, elmdə daha üstün olsun.
VII Şərt: Ədalətli olmaq
1. Ədalət,elə bir mənəvi cəhətdir ki, insanın vacib əməlləri tərk etmək və haram olan əməlləri yerinə yetirməkdən çəkinməsinə bais olur.
2. Ədalətli, bilərəkdən günah etməyən şəxsə deyilir (vacib əməlləri tərk etmir və haram əməlləri yerinə yetirmir).
3. Bir şəxsi ədalətli adlandırmaq üçün zahirdə əməllərinin yaxşı olması kifayətdir.
IX Şərt: Müctəhid olmaq
İctihad, bir cəhətdən iki qismə bölünür:
I. Mütləq ictihad: Fiqh bölümlərinin hamısında fətva vermək və nəzər söyləmək qüdrətinə malik olan müctehidin ictihadına deyilir. Bu müctehid də «mütləq müctehid» adlanır.
II. Mütəcəzzi ictihad: Namaz, oruc və s. bu kimi fiqh bölümlərinin bəzisində fətva vermək və nəzər söyləmək qüdrətinə malik olan müctehidin ictihadına deyilir. Bu müctehid isə «mütəcəzzi müctehid» adlanır.
X Şərt: Ehtiyati-vacibə görə ələm, yəni elmdə daha üstün olmaq.
1. Ələm müctehid, şəri hökmləri əldə etmək bacarığı digərlərindən daha çox olan müctehidə deyilir. Başqa sözlə desək, onun digər mərceyi-təqlidlərə nisbətən ilahi hökmləri tanımaq və bu hökmləri mövcud qaynaqlardan əldə etmək bacarığı daha çoxdur. Həmçinin öz dövrünün bir sıra fiqhi mövzularını tanımaq və onlar barəsində fətva vermək bacarığı vardir.
2. Ələm müctehidə təqlid etməyin vacibliyi aqil insanların nəzərinə və əqlin hökmünə əsaslanır.
3. Ələm müctehidin fətvası ilə qeyri-ələm müctehidin fətvası bir-birinə zidd olan məsələrdə ehtiyati vacibə görə ələm müctehidə təqlid etmək vacibdir.
4. Əgər ələm müctehiddə zəruri şərtlərin (mərcəyi-təqlidin şərtləri) yoxluğu sadəcə ehtimal verilsə, ehtiyati-vacibə görə ziddiyyətli məsələlərdə qeyri-ələmə təqlid etməyə icazə verilmir.
Mərceyi-təqlidin şərtləri barədə bir neçə məsələ
Bir müctehidə təqlid etmək üçün onun mərcəyi-təqlid kimi tanın-ması və ya şəri hökmlər risaləsinə sahib olması şərt deyildir. Odur ki, əgər mərceyi-təqlid kimi tanınmayan və ya şəri hökmlər risaləsinə sahib olmayan bir müctehidin mərceyi-təqlidin şərtlərinə malik olduğu mükəlləf üçün sabit olsa, o, həmin müctehidə təqlid edə bilər.
Mərceyi-təqlidin şərtlərinə malik olan müctehidə təqlid etmək üçün həmin müctehidin mükəlləfin yaşadığı ölkənin əhalisindən olması və ya onun yaşadığı məntəqədə yaşaması şərt deyil.
Ata və ananın vəzifəsidir ki, yenicə təklif yaşına çatan və təqlid məsələsi barədəki şəri vəzifəsini müəyyənləşdirməkdə çətinlik çəkən övladlarına yol göstərsinlər və onları məlumatlandırsınlar.