TƏQLİDİN NÖVLƏRİ
Dünyadan getmiş bir müctehidə təqlid 2 növdür:
İbtidai təqlid: Yəni,mükəlləf, dünyadan getmiş bir müctəhidə təqlid edir ki, həmin müctəhid həyatda ikən ona təqlid etməmişdir. Bu növ təqlid ehtiyati-vacibə görə düzgün deyil.
Bəqayi təqlid: Yəni,mükəlləf, dünyadan getmiş bir müctəhidə təqlid təqlid edir ki, həmin müctəhid həyatda ikən ona təqlid etmişdir. Bu növ təqlid düzgündür. Hətta əgər mükəlləf, təqlid etdiyi müctəhidin sağlığında qarşılaşmadığı bəzi məsələlərlə o müctəhid dünyadan getdikdən sonra qarşılaşarsa, bu məsələlərdə də onun göstərişlərinə əməl edə bilər.
Diqqət:
Bəqayi təqliddə dünyadan getmiş müctəhidin ələm olub-olmamasının fərqi yoxdur və istər ələm olsun, istər olmasın, təqlid düzgündür. Lakin ehtiyata görə mükəlləf, dünyadan getmiş ələm müctəhidin təqlidində qalsa yaxşıdır.
Dünyadan getmiş müctəhidə ibtidai və ya bəqayi təqlid, diri və ehtiyati-vacibə görə ələm müctehidə təqlid əsasında olmalıdır. Əlbəttə əgər zəmanənin fəqihləri dünyadan getmiş müctəhidin təqlidində qalmağın düzgün olduğu barədə eyni fikirdədirlərsə, ələm müctəhiddən icazə almaq vacib deyil.
Mərcəyi-təqlidin sağlığında həddi-büluğa çatmayan şəxslər, əgər düzgün şəkildə ona təqlid ediblərsə, həmin müctəhid dünyadan getdikdən sonra onun təqlidində qala bilərlər.
Bir nəfər bir müctəhidə təqlid edir və bu müctəhid dünyadan getdikdən sonra bəzi məsələlərdə başqa bir müctəhidə təqlid edir.
Əgər ikinci müctəhid də vəfat etsə, bu şəxs, ikinci müctəhidə təqlid etdiyi məsələlərdən qeyri məsələlərdə birinci müctəhidin təqlidində qala bilər. Həmçinin ikinci müctəhidə təqlid etdiyi məsələlərdə də onun təqlidində qala bilər, yaxud təqlidini diri müctəhidə dəyişə bilər.
Bu barədə sualı olan varsa şərhdə bildirə bilərsiniz.
Kitabın adı: Fiqh Təlimləri
Müəllif: Ayətullahil-uzma Seyyid Əli Xamneinin fətvaları əsasında
www.ehliwie-samux.com