» » » Qədir-Xum hadisəsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Qədir-Xum hadisəsi
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 13-10-2014, 12:00 | Baxılıb: 1 355
     

    Qədir-Xum hadisəsi

    Hicrətin onuncu ilində Peyğəmbər (s) Həcc mərasimini icra etmək üçün Məkkəyə yola düşdü. Bu dəfə belə bir vacib əməlin yerinə yetirilməsi əziz Peyğəmbərin ömrünün axırıncı ilinə təsadüf edirdi. Buna görə də onu "Həccətül-vida" (vida Həcci) adlandırırlar. Həcc mərasiminin qayda-qanunlarını dəqiq öyrənmək və Peyğəmbərlə həmsəfər olmaq həvəsi ilə onunla yoldaş olanların sayı təxminən 120 min nəfərə çatdı. Həcc mərasimi sona çatdı. Əzəmətli bir cəmiyyət o həzrəti müşayiət edən bir halda Mədinəyə tərəf yola düşdü. Məkkədə ona qoşulan şəxslərdən başqa hamı onun yanında idi. Karvan Qədir-Xum adlı susuz bir səhraya (Cöhfədən üç millik məsafədədir) çatanda vəhy mələyi nazil oldu, Allah tərəfindən Peyğəmbərə dayanmaq əmri verdi. Peyğəmbər (s) də əmr etdi ki, hamı dayansın, arxadakılar da gəlib çatsınlar. Karvandakılar Peyğəmbərin susuz bir məntəqədə, özü də günün hərarətinin yandırıcı və yerin qızmar olduğu günorta çağı, gözlənilməz və zahirdə yersiz görünən bu dayanmasından heyrətləndilər. Camaat öz-özünə deyirdi: "Allah tərəfindən böyük bir əmr gəlmişdir. Fərmanın böyük olması barədə elə bu kifayətdir ki, Peyğəmbərə əmr olunub ki, münasib olmayan bu şəraitdə hamını saxlayıb Allahın fərmanını çatdırsın."
    Allahın əmri aşağıdakı ayədə Peyğəmbərə nazil oldu: "Ey Peyğəmbər, Rəbbinin tərəfindən sənə nazil olanı camaata çatdır. Əgər bu işi etməsən, Allahın risalətini yerinə yetirmiş olazsan. Allah səni camaatdan (onların şərrindən) qoruyacaq."
    Ayənin məzmununa diqqət yetirdikdə, aşağıdakı məsələlər aydın olar: Əvvəla, Peyğəmbərə təbliğ etmək əmr olunan fərman elə böyük və əzəmətlidir ki, əgər (qeyri-mümkün olan fərzlə) onu çatdırmaqda o həzrət qorxu hiss etsəydi və çatdırmasaydı, onda öz ilahi risalətini yerinə yetirməmiş, natamam qoymuş sayılardı. Onun risaləti məhz bu məmuriyyəti yerinə yetirməklə tamamlanacaqdı. Başqa sözlə desək, "ma unzilə iləykə" sözündən məqsəd heç də Quran ayələrinin və islam qayda-qanunlarının məcmusu deyildir. Çünki məlumdur ki, əgər Peyğəmbər (s) ilahi qayda-qanunların məcmusunu təbliğ etməsəydi, öz risalətini yerinə yetirməmiş olacaqdı. Bu halda bu məsələ tam aşkardır və ayə nazil olmasına heç bir ehtiyac yoxdur.
    Deməli, məqsəd xüsusi bir əmrdir ki, onun təbliğ olunması risalətin təkmil olunması sayılır ki, bu təbliğ olunmayınca mühüm vəzifə olan risalət özünün kamillik dərəcəsinə çatmaz. Buna görə də, bu əmr islamın mühüm pirinsiplərindən biri olmalıdır. Bu üsul digər islami əsl və qaynaqlarla qarşılıqlı əlaqədə olmalı, Allahın birliyi və Peyğəmbərin risalətindən sonra ən mühüm məsələ sayılmalıdır.
    Ikincisi, Peyğəmbər (s) ictimai şəraitin tələbi ilə ehtimal verirdi ki, bu məmuriyyətin yerinə yetirilməsi yolunda camaatdan ona bir zərər deyə bilər. Allah da onun iradəsini qüvvətləndirmək üçün buyurur: "Allah səni camaatın şərindən qoruyar."
    Indi isə islam təfsirçilərinin əmr olunan mövzunu təyin etməkdə verdikləri ehtimallardan hansının ayənin məzmununa daha yaxın olduğunu araşdıraq. Şiə hədisçiləri, eləcə də böyük sünnü hədisçilərindən otuz nəfəri bu fikirdədir ki, yuxarıdakı ayə Qədir-Xumda nazil olmuşdur və bu ayədə Allah Peyğəmbər (s)-ə əmr etmişdir ki, Əli (ə)-ı "möminlərin mövlası" və ixtiyar sahibi kimi tanıtdırıb xalqa təqdim etsin.
    Peyğəmbər (s)-dən sonra Imam (ə)-ın canişinliyi, vilayəti və rəhbərliyi çox böyük və mühüm əhəmiyyət kəsb edən bir məsələ idi. Məhz buna görə də, onun çatdırılması risalətin təkmilləşdirilməsi və onun bəyan olunmasından çəkinmək risalət işində nöqsan idi. Həmçinin Peyğəmbər (s) ictimai və siyasi şərait baxımından qorxuya yol verməyə haqlı idi, çünki yaşı otuz üçü keçməyən Əli (ə) kimi bir şəxsin canişin və vəsi olması yaşca ondan çox böyük olanlara çox ağır gəlirdi.
    Bundan əlavə, Peyğəmbərin ətrafında olanlardan çoxunun yaxın adamlarının (kafirlərin) qanı döyüşlərdə Əli (ə)-ın vasitəsilə tökülmüşdü. Ona görə də belə bir fərdin camaata rəhbər təyin edilməsi onlara çox ağır gələcəkdi. Üstəlik Əli (ə) Peyğəmbər (s)-in əmioğlusu və kürəkəni olduğundan onun xilafətə təyin olunması dardüşüncəli adamların nəzərində bir növ qohumluq təəssübü kimi qiymətləndiriləcəkdi. Amma bu kimi qeyri-münasib şəraitlərə baxmayaraq, Allahın hikmətli iradəsi bu oldu ki, islamın davam etməsinə təzminat versin, Öz Peyğəmbərinin cahanşümul risalətini ondan sonra bir rəhbər və yol göstərən təyin etməklə kamilləşdirsin. İndi "Qədir" hadisəsini  şərh edirik:
    Zil-hiccənin on yeddisində günortanın qızmar günəşi Qədir-Xum diyarına saçırdı. Tarixdə sayı 70 mindən 120 minə qədər qeyd edilən izdihamlı bir dəstə Peyğəmbərin əmri ilə o yerdə mənzil salıb o gündəki böyük tarixi hadisənin intizarını çəkirdilər. Isti şiddətli olduğundan əbalarının bir hissəsini başlarına, bir hissəsini isə ayaqlarının altına salmışdılar. O həssas anlarda azan səsi çölü bürüdü, müəzzinin təkbir səsi ucaldı. Hamı zöhr namazı qılmaq üçün hazırlaşdı. Peyğəmbər zöhr namazını o əzəmətli cəmiyyətlə birgə qıldı. Qədir diyarında o günə kimi belə əzəmətli bir cəmiyyət görünməmişdi. Sonra camaatın arasına gəlib dəvələrin yüklərindən düzəldilmiş bir minbərə çıxdı və uca səslə belə bir xütbə oxudu:
    "Sitayiş yalnız Allaha məxsusdur. Ondan kömək istəyirik, Ona iman gətirmişik, Ona təvəkkül edirik və öz nəfslərimizin şərindən, əməllərimizin pisliyindən o Allaha pənah aparırıq ki, yolunu azanlar üçün Ondan başqa heç bir hidayətçi və yolgöstərən yoxdur və Onun hidayət etdiyi şəxsi heç kəs azdıra bilməz. Şəhadət veririk ki, Ondan başqa heç bir məbud yoxdur və Məhəmməd Allahın bəndəsi və elçisidir. Ey camaat! Yaxın vaxtlarda mən haqqın dəvətinə "ləbbeyk" deyib sizin aranızdan gedəcəyəm. Mən də məsulam, siz də məsulsunuz. Mənim barəmdə nə fikirləşirsiniz?
    Peyğəmbərin səhabələri dedilər:–Şəhadət veririk ki, sən Allah dinini təbliğ etdin, bizə qarşı xeyirxah olub nəsihət verdin, bu yolda çox çalışdın. Allah sənə gözəl mükafat versin!
    Camaat sakitləşəndən sonra Peyğəmbər yenidən buyurdu:–Siz şəhadət vermirsinizmi ki, Allahdan başqa bir məbud yoxdur və Məhəmməd Allahın bəndəsi və Onun Peyğəmbəridir, (eləcə də şəhadət vermirsinizmi ki,) cənnət, cəhənnəm, ölüm haqdır və qiyamət günü şəksiz gəlib çatacaq, Allah bütün insanları dirildəcək?!
    Dedilər:–Bəli! Bəli! Şəhadət veririk.
    Peyğəmbər yenə buyurdu:–Mən sizin aranızda iki qiymətli əmanət yadigar qoyuram, görüm onlarla necə rəftar edəcəksiniz?!
    Bir nəfər soruşdu:–Bu iki qiymətli şeydən məqsəd nədir?
    Peyğəmbər buyurdu:–Siqli-əkbər (böyük əmanət) Allahın Kitabıdır. Onun bir tərəfi Allahın əlində, o biri tərəfi isə sizin əlinizdədir. Onun kitabına sarılın ki, yolunuzu azmayasınız. Siqli-əsğər isə mənim Əhli-beytimdir. Allahım mənə xəbər vermişdir ki, bu iki əmanət qiyamət gününə kimi bir-birindən ayrılmayacaq. Ey camaat, Allahın Kitabından və mənim Əhli-beytimdən qabağa keçməyin və o ikisindən geri qalmayın ki, məhv olarsınız.
    Bu vaxt Peyğəmbər Əli (ə)-ın əlindən tutub yuxarı qaldırdı, o qədər qaldırdı ki, onun qolunun altı hamıya göründü. Hamı Əli (ə)-ı Peyğəmbər (s)-in yanında görüb tanıdı. Onlar dərk etdilər ki, bu yığıncaq Əli (ə)-a aid olan bir məsələ barəsindədir. Hamı xüsusi bir maraqla Peyğəmbər (s)-in sözlərinə qulaq asmağa hazırlaşdı. Peyğəmbər buyurdu:–Ey camaat! Möminlərə qarşı onların özlərindən də artıq ixtiyar sahibi olan kimdir?
    Peyğəmbər (s)-in səhabələri dedilər:–Allah və Onun Peyğəmbəri daha yaxşı bilir.
    Peyğəmbər buyurdu:–Allah mənim mövlam, mən də möminlərin mövlasıyam və onlara, onların özlərindən artıq ixtiyar sahibiyəm. Ey camaat, mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.
    Peyğəmbər axırıncı bu cümləni üç dəfə təkrar edib sonra belə dua etdi: "Pərvərdigara, Əlini sevən hər kəsi sev, Əli ilə düşmənçilik edən hər kəsə düşmən ol! Ilahi, Əlinin dostlarına kömək, düşmənlərini xar və zəlil et. Pərvərdigara, Əlini haqqın mehvəri qərar ver!
    Sonra əlavə etdi:–Gərək burada olanlar burada olmayanlara xəbər verib başqalarını bu işdən xəbərdar etsinlər.
    Hələ əzəmətli yığıncaq sona çatmamışdı ki, vəhy mələyi nazil olub Allahın bu gün Öz dinini kamilləşdirib, Öz nemətini bütün möminlərə bol etməsini Peyğəmbərə müjdə verdi. Bu vaxt Peyğəmbər (s)-in təkbir səsi ucaldı və buyurdu:–Allaha şükür edirəm ki, Öz dinini kamil etdi və Öz nemətini sona çatdırdı, mənim risalətimdən və məndən sonra Əlinin vilayətindən (rəhbərliyindən) razı oldu.
    Peyğəmbər öz yerindən aşağı endi, səhabələr dəstə-dəstə gəlib Əli (ə)-ı təbrik edir, onu "özlərinin və hər bir mömin kişi və qadının mövlası" - deyə çağırırdılar. Bu vaxt Peyğəmbərin şairi Həssan ibni Sabit ayağa qalxdı, bu böyük tarixi hadisəni gözəl bir şer şəklinə salaraq ona əbədilik rəngi verdi. Onun məşhur qəsidəsinin yalnız iki beytinin tərcüməsini veririk:
    "Peyğəmbər Əliyə buyurdu: Qalx ayağa, mən səni özümdən sonra camaatın rəhbəri və yol göstərəni seçirəm.
    Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır. Camaat, sizə vacibdir ki, Əlinin həqiqi dostları və düzgün ardıcılları (havadarları) olasınız."
    Qeyd edilənlər sünnülərin tarixi mənbələrindən gəlib çatanların xülasəsidir. Bu hadisə şiə kitablarında daha geniş şəkildə bəyan olunmuşdur. Mərhum Təbərsi "Ehticac" kitabında Peyğəmbər (s)-dən geniş bir xütbə nəql edir ki, maraqlananlar o kitaba müraciət edə bilərlər.
     
    Mənbə: "Füruği-vilayət (1)" kitabı
     
     
    Bölmə: İslami bayramlar / Qədir-Xum
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 13 Ekim 2014 19:12 | Sayt nəzarətçisi | Şərh yazdı
    Qədir-Xum bayraminiz mubarek olsun  axracan oxuya bilmesemde  cox gozel melumatdir  Allah razi olsun

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ewqi_Kerbela | Status: İstifadəçi Offline | 13 Ekim 2014 16:57 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razi olsun bacim,cox gozeldi ellerin var olsun Allah komeyin olsun. 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Yusifi Zehra | Status: İstifadəçi Offline | 13 Ekim 2014 13:56 | Administrator | Şərh yazdı
    Maraqlı və dəyərli mövzuya görə təşəkkür edirəm Bacım.Haqq Əli ilədi Əlidə haqla.Allah-təala Əli (ə)-ın həqiqi davamçılarından olmağa kömək olsun-Amin!!!

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.