Qədir-Xum hadisəsinin xülasəsi
Mərhum mühəqqiq əllamə Əmini «Əl-ğədir» kitabında qədir
hadisəsini 110 nəfər peyğəmbərin səhabələrindən sənədlə, 84
nəfər tabuindən və 360 nəfər islamın tanınmış alimlərinin
kitablarından nəql edib. Bu onu göstərir ki, bu hədis ən qəti olan
mütəvatir rəvayətlərdəndir.
Bu rəvayətlər hamısı bir hadisəni təqib etdikləri halda ibarətlər
müxtəlifdir. Bəzi rəvayətləAr müfəssəl və geniş, bəzisi isə
müxtəsər və xülasədir. Bəzisi hadisənin bir hissəsini nəql edir və
bəzisi isə hadisənin başqa bir hissəsini nəql edir. Bunları
bütövlükdə nəzərə alaraq belə istifadə olunur:
Peyğəmbər (s) ömrünün axırıncı ilində «həccətul vida»-da,
Peyğəmbərin (s) iştirakı ilə böyük təntənəylə sona çatdı. Qəlblər
ruhaniyyət aləminə dalmışdı. Bu böyük ibadətin mənəvi ləzzəti
hələ də canlarda hiss olunurdu. Peyğəmbər (s) səhabələri bu
böyük səadəti dərk etdikləri üçün özlərinə sığmırdılar.
Bu səfərdə tək Mədinə əhli yox ərəbistan yarımadasının müxtəlif
bölgəsindən müsəlmanlar böyük fəxrə nail olmaq üçün tarixə
yazılan bu səfərdə Peyğəmbər (s)i müşayiət edirdilər.
Hicaz günəşi dağlara, səhralara od səpirdi. Lakin bu ruhani
səfərin şirinliyi hər şeyi onlara asan etmişdi.
Zöhr vaxtı yaxınlaşırdı. Yavaş-yavaş Cöhfə torpaqları sonra isə
quru və isti, «Qədir-xum» çölləri uzaqdan gözə çarpırdı.
Bura həqiqətdə Hicaz yurdunun camaatını bir-birindən ayıran
dörd yol ayrıcısıdır. Bir yol şimalda Mədinəyə, bir yol şərqdə İraqa
bir yol məğribdə Misrə tərəf və daha bir yol isə cənubda Yəmən vi
layətinə doğru gedir.
Elə burada, bu böyük səfərin axırıncı və böyük xatirəsi yerinə
yetirilməlidir. Müsəlmanlar Peyğəmbərin (s) müvəffəqiyyətlə başa
çatmış risalətinin sonuncu fərmanını alaraq bir-birindən
ayrılmalıdırlar.
Hicrətin onuncu ilinin zilhiccə ayının cumə axşamlanndan biri idi.
Düz qurban bayramından səkkiz gün keçirdi. Gözlənilmədən Allah
vəhyinin əmanətdan cənab Cəbrail əleyhissalam nazil olaraq Allahın sifarişini bu ayədə
Peyğəmbərə çatdırdı: «Ey peyğəmbər! Rəbbin tərəfındən sənə
nazil olanı çatdır. Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir)
tapşırdığını çatdırmamısan. Allah səni insanlardan (onların fıtnə
və şərindən) qoruyacaq. Şübhəsiz Allah kafirqövmi hidayət
etməz.» (Maidə surəsi,ayə67)
Peyğəmbər (s) Allahın fərmanını eşidən kimi dərhal qafıləyə
«dayanın!» əmrini verdi. Səhabə qafılə önündə hərəkət edənləri
uca səslə «geri qayıdın!» deyə harayladı.
«Görəsən nə baş verib! Hicazın çölündə, zöhr çağı hərarətli
günəşin altında minlərlə insanı toplamağa Peyğəmbəri (s) vadar
edən nədir?! Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm bu
günə kimi islamın bütün vacibatının -namazın,
orucun, xümsun, zəkatın, həccin və ... hökmlərini bizə başa salıb və
Quranı olduğu kimi təbliğ edib. Hər nədirsə bu hökm olduqca
əhəmiyyətli və ciddi bir hökm olmalıdır»-deyə camaat bir-biriylə
söhbətləşirdi.
Peyğəmbərin (s) müəzzini «Allahu əkbər» səsiylə camaatı zöhr
namazına dəvət etdi. Camaat namaza hazırlaşdı. Lakin hava elə
isti idi ki, bəziləri əbalarının bir tərəfıni ayaqlarının altına, digər
tərəfıni isə başlarının üzərinə atmışdılar.
Səhrada amansız istiliklə əlbəyaxa olan iki-üç üryan səhra
ağacından başqa nə bir kölgəlik gözə dəyirdi və nə də bir yaşıllıq.
Bəziləri bu ağaclara sığınaraq onların birinin üstünə bir parça atıb
Peyğəmbər (s) üçün kölgəlik düzəltdilər.
Zöhr namazı sona yetdi. Müsəlmanlar bu qərarda idilər ki, dərhal
özləriylə götürdükləri çadıra sığınsınlar. Lakin Peyğəmbər (s)
onlara xəbər verdi ki, özlərini geniş xütbə əsnasında Allahın yeni
hökmünü eşitməyə hazırlasınlar.
Peyğəmbəri (s) hamısı görsün deyə dəvələrin palanından bir
minbər düzəldildi. Peyğəmbər (s) onun üstünə çıxaraq Allaha
həmd-səna edərək özünü Allaha tapşırıb camaata xitabən belə
buyurdu :
«Mən tezliklə Allahın dəvətini qəbul edərək sizin aranızdan
gedəcəyəm. Sizdən sorğu-sual olduğu kimi məndən də sorğusual
olunacaqdır. Siz mənim barəmdə necə şəhadət verirsiniz?»
Camaat səslərini ucaldaraq dedilər:
«Biz şəhadət veririk ki, sən öz risalətini çatdırdın, xeyirxahlıq etdin
və insanları doğru yola hidayət etmək iiçün son dərəcədə səytəlaşını
göstərdin. Allah səni xeyir lə mükafatlandırsın.»
Sonra buyurdu: «Məgər siz Allahın birliyinə, mənim risalətimə və
həmçinin qiyamət gününün, o gündə ölülərin dirilməsinin haqq
olmasına şahidlik etmirsinizmi?» Hamılıqla dedilər: «Əlbəttə,
şahidlik edirik.»
Buyurdu: «İlahi, şahid ol!»
Yenidən üzünü camaata tutaraq buyurdu: «Ey camaat! Mənim
səsimi eşidirsinizmi?»
Dedilər: «Bəli.»
Onun ardınca səhraya sakitlik çökdü. Külək zümzüməsindən
başqa bir səs eşidilmirdi.
Peyğəmbər (s) buyurdu: «Sizin aranızda
yadigar qoyduğum bu iki qiymətli şey ilə necə rəftar
edəcəksiniz?»
Cəmiyyətin arasından bir nəfər «ey Allahın rəsulu, bu iki qiymətli
şey hansılardı?» -deyə uca səslə soruşdu.
Peyğəmbər (s) ara vermədəm buyurdu: «Birincisi Allahın kitabıdır.
Bir tərəfi Allahın əlində digər tərəfi isə sizin əlinizdədir. Onun
ətəyindən əlinizi üzməyin ki, yolunuzu azarsınız. Və amma
yadigar qoyduğum iki qiymətli şeydən ikincisi isə mənim
xanidanım-əhlibeytimdir. Hər şeydən agah və lütfkar olan Allah mənə xəbər vermişdir ki, bunların ikisi də cənnətdə mənə
qovuşanadək bir-birindən aynlmayacaqdır. Bu iki şeydən nə
qabaq düşün və nə də dala qalın ki, əks təqdirdə həlakətlə
üzləşərsiniz».
Birdən gördülər Peyğəmbərin (s) gözləri kimisə axtaran kimi öz
ətrafını gəzir. Gözləri Əli əleyhissalama düşən kimi öz yanına
dəvət edərək əlindən tutub qaldırdı. Belə ki, hər ikisinin
qoltuqlarının altı görsəndi. Camaat onu görən kimi tanıyıb bildilər
ki, o, islamın heç bir vaxt məğlub olmayan sərkərdəsi həzrət Əli
əleyhissalamdır. Bu vaxt Peyğəmbər (s) aydın və uca səslə
buyurdu: «Ey insanlar! Sizcə möminlərə onların özlərindən daha
yaxın və ən üstün ixtiyar sahibi kimdir?»
Dedilər: « Doğrusunu Allah və onun peyğəmbəri daha yaxşı bilər»
O həzrət buyurdu: «Allah mənim mövlam və rəhbərimdir. Mən isə
möminlərin mövlası və rəhbəriyəm. Odur ki, onlara özlərindən
daha çox ixtiyar sahibiyəm (mənim iradəm onların iradəsindən
öndədir).
Sonra buyurdu: «Mən kimin mövlasıyamsa Əli əleyhissalam da
onun mövlasıdır».
Bu cümləni üç və bəzi rəvayətlərə görə dörd dəfə təkrar etdikdən
sonra üzünü səmaya tutaraq Allahdan istədi: «İlahi! Onun
dostlarmı dost və düşmənlərini isə düşmən bil. Onu sevənləri sev
və ona qarşı kin bəsləyənlərə kinli ol. Ona kömək edənlərə kömək et, ona kömək etməyənləri öz köməyindən məhrum et. Haqqı
onunla saxla onu haqdan ayırma.
«Allahu əkbər, Allahu əkbər! O Allah ki, Öz dinini kamil və
nemətini bizə tamamladı və mənim nübüvvətimə, məndən sonra
isə Əli əleyhissalamın vilayətinə razı oldu»
Bu vaxt camaat arasına hay-küy düşdü. Əli əleyhissalamı bu
məqama çatmasma görə təbrik edirdilər. Əli əleyhissalamı təbrik
edənlərin arasmda Əbu Bəkr və Ömər də var idi. Onlar
yaxınlaşaraq: «Mərhəba, mübarək olsun, ey Əbu Talibin oğlu! Bu gündən etibarən sən mənim və bütün mömin kişi və qadınların
mövlası oldun» - deyə təbrik etdilər.
Bu idi şiə və sünnü alimlərinin kitablarında nəql olan məşhur
Qədir-Xum hadisəsinin xülasəsi.
Kitabın adı: Qədir-xum ilə tanışlıq
Müəllif: Hacı Əhliman Rüstəmov