Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+1  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Qədir-Xum
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 2-10-2015, 10:30 | Baxılıb: 1 879
     
     
    Qədir-Xum

    Məkkə ilə Mədinə şəhərləri arasındakı yolun üstündə, Cöhtənin iki mil fasiləsində, bir «QƏDİR» yəni çuxur, vadi, gölməçə vardır. Bu QƏDİR, «XUM» adı ilə məşhurdur. Onun ətrafında üç böyük ağac və bir neçə səhra ağacı vardır. Bunlardan başqa, heç bir şey yoxdur. Lakin, Mədinə, Misir və İraqın yolları burada ayrıldığına görə, yəni yolayrıcı olduğuna görə coğafi baxımdan xüsusi əhəmiyyətə malik bir yer olmuşdur. Belə ki, bu xüsusiyyətinə görə yolçu və karvanların münasibmənzilgahı, düşərgəsi olmuşdur.
    Rəsulullah (s) Mədinəyə mühacirətindən sonra həcc üçün Məkkəyə getmişdi. Hicrətin onuncu ilində həcc səfərinə getməyi qərara aldı Ərafatda söylədiyi xütbənin: «Camaat! Sözümü eşidin, çünki mən bilmirəm, bəlkə də bu ildən sonra daha burada sizinlə görüşmədim..». frazasından məlum olur ki, Peyğəmbərə (s) ilham olmuşdu ki, dünyadan köçəcəkdir. Ona görə də o həzrətin göstərişi ilə qəbilə və tayfalar arasında o həzrətin bu il ziyarət səfərinə getməyi elan olunmuşdur. Nəticədə əzəmətli bir cəmiyyət, tarixin yazdığına görə yüz iyirmi min nəfərə qədər adam o həzrətdən həccətül-islamın qaydalarının təlimatını almaq üçün Kəbənin ziyarətinə gəlmişdi.
    Rəsulullah(с) həcc qaydalarını yerinə yetirdikdən sonra onunla olanlarla birgə Mədinəyə qayıdırdı. «Qədir Xum»dan keçərkən Zilhəccə ayının on səkkizi cümə axşamı idi. Cəbrail Əmin (s) nazil olaraq bu ayəni gətirdi:

    يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ
    إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
    («ƏL-MAİDƏ», аyə 67)
    «Ey Peyğəmbər! Öz rəbbinin tərəfindən sənə nazil olunmuşu tamamilə (camaata) çatdır, çatdırmasan Allahın risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanların (şərrindən) qoruyacaqdır. Allah, kafir qövmləri (doğru yola) yönəltməz».
    Deyirik: Bir müsəmanın vacib bir namazı yerinə-yetirməsi, «Təkbirətul İhram»-dan «Salam»ın zikrinədək olan vəzifə silsiləsinə (Qiraət, ruku, sücud, qiyam, qünut, oturmaq, təşəhhüd) əməl etməsi bütövlükdə, yəni hərəkət və sözlər həmişə bir yerdə bir vəzifə adlanır-»Namaz qılmaq».
    Əgər namaz qılan təkcə bir yerdə bu vacibin vacibatlardan birini bilərkən tərk edərsə namaz qılmamış kimidir.
    Elə həmin tərtiblə- Peyğəmbər (s) iyirmi illik məmuriyyətində, vəzifələr toplusunun da: Risalətinin təbliğindən sıxıntılara dözməyədək, mühacirət, müharibə, sülh, müqavilə, vəsiyyət ümmətin gələcəyi üçün hərəkət xətti təyin etmək hamısı və hamısının da bir adı vardır- «Risalər və Nübuvvət». Ona görə də Allah Təala buyurur: «Əgər axırıncı təbliği yerinə yetirməkdə səhlənkarlıq edərsə, bu nübuvvəti yerinə yetirməməyinə bərabərdir».
    Buyurdu: Gedənlər geri çağırılsın. Gözlədilər ki , arxadakılar da gəlib çatsınlar. Sonra isə karvan o «Xari Muğilan»-dan (bitki adıdır) başqa bir şey bitməyən yandırıcı səhrada «Qədir Xum» adı ilə məşhur olan köhnə gölməçənin yanında dayandı. Kölgəlik düzəldi. Dəvlərin cihazlarından uca yer, xitabət kürsüsü quruldu. Zöhr vaxtı havanın hərarəti daha da şiddətləndi. Camaat havanın istisindən Əbasının bir hissəsini başına çəkmiş, digər tərəfini isə ayaqlarının altına salmış halda intizarda idi.
    Buyurdu: Zöhr azanı deyilsin! Zöhr namazı bütün iştirakçılarla birlikdə qılındı. Sonra iclas, seminar, qurultay, konfrans, toplantı bilmirəm adını nə qoyursunuzsa qoyun. Yüz iyirmi mindən çox adamın iştirax etdiyi islam tarixinin, bəlkə də bütün dinlərin qanunlarını təsbit edən an başlandı. Sükut hər yeri bürümüşdü. Hamı qulaq kəsilmişdi ki, Allahın ən mühüm bəyanatını tapşırığını eşitsin.
    Məgər yüz iyirmi dörd min peyğəmbər, Adəmdən Xatəmədək hamısı bəşəriyyəti ədalət əsasında kamilliyə aparmaq üçün aşkar dəlillər, kitab və meyarlarla məb`us olmamışlarmı? Məgər indi təşəkkül tapan camaat namazına imamlıq edən, ənbiya və mürsəllər silsləsindən deyilmi? məgər o özü bir neçə gün bundan qabaq Ərafatda:
    «Bəlkə bu ildən sonra bir daha sizinlə burada görüşmədik..». buyurmadımı? Deməli bu müsəlman ümməti icmasının öz peyğəmbərinin yanında etdiyi sonuncu iclasdır. Yəni daha belə bir iclas olmayacaqdır. Deməli, bu sonuncu peyğəmbərin dünyadan köçməsi ilə bəşəriyyətin həmişəlik vəhyin mənbəyi ilə rabitəsi kəsiləcəkdir. Bəs, ümmətin vəzifəsi nədir? Necə yaşamalıdır? Hansı hökumət və ideologiyanın sayəsində yaşayacaqdır? Kimin başçılığı altında?
    Görəsən o günədək Peyğəmbər (s) islamcəmiyyətini idarəetmə üsullarının necə olması barəsində heç nə buyurmamışdırmı? O gün də heç nə deməmişdimi? Onda deyin görüm Peyğəmbər (s) həyatda olarkən Mədinəni kim idarə edirdi. Hökumət hansı növ idi? Tayfa padşahlığı, qəbilə başçılığı, səltənət, istibdad, məşrutəh yoxsa respublika? Axı, bir növ sistem olmalıdır. Bunların hansından idi?
    Ən azı bir söz deyilməlidir. Demək istəyirəm ki, Peyğəmbər (s), zamanında Mədinənin hakimiyyəti kimin əlində idi? Mədinətun-nəbiy və azad olmuş qəbilələri, yəni kiçik ilam dövlətinikim idarə edirdi? Əmr, vəhy, döyüş əmri, sülh qərarı, işləri həll etmək, iddiaçılar arasındakı düşmənçiliyi aradan qaldırmaq üçün lakin və bütün digər hökumət vəzifələri kimin əlində idi? Əgər buna ehtiyac yox disə, onda nəyə görə Peyğəmbər (s) cənazəsini qüsl olunmamış qoyub, bir nəfəri bu işə seçmək üçün getdilər. Əgər ehtiyac vardısa, bəs onda nəyə görə (Allaha pənah) Allah və Peyğəmbər (s) bu mühüm işdə qəflət etmişlər? Burada ancaq üçüncü yol qalır ki, xeyir! Seçmişdilər, amma cənablar tabe olmadılar. Bu gün isə biz qalmışıq barmağı ağzında ki, ehtiyatlı ol, bir kəsə söyüş söymə. Səlman Farsi demişkən: «Etdiniz və etmədiniz». Yəni eləməli olmadıqları bir işi etdilər: Ömərin sözü ilə desək: Əbu Bəkrin hökuməti düşünülməmiş və qəfildən bir iz idi ki, Allah şərrindən qorudu». Biz yeri gəldikcə düyünləri açacaq və aydınlaşdıracağıq ki, şərindən amanda qalmadılar və biz də amanda qalmadıq.
    Yaziq Taha Hüseyn, müasir Misir yazıçısı yaxşı və ziyalı yazıçı olmasına baxmayaraq islam hökuməti neçə hökumətləri sualının qarşısında «Əliyyən və bənuh» (Əli və övladları) kitabında acizanə şəkildə etiraf edir ki, «Müsəlmanların xilafət üçün nizam və xüsusi qaydaları olmamışdır ki, bu kürsü boş qalan kimi bu qaydalara uyğun başda bir xəlifə seçsinlər. Siz yaxşı bilirsiniz ki, Əbu Bəkr xilafətə necə seçildi. Ömər onun xəlifə olması barəsində dedi: «Gözlənilməz bir iş oldu ki, Allah müsəlmanları onun şərrindən qorudu». Yenə də bilirsiniz ki, Ömər Əbu Bəkrin vəsiyyəti nəticəsində xilafətə gəldi. Müsəlmanlar bu vəsiyyətə əməl etdilər və onunla müxalifət edən olmadı. Bir qrup mühacir etiraf etmək istərkən Əbu Bəkr onlara qaneedici cavab verərək sakitləşdirdi. Yenə də bilirsiniz ki, Ömər vəsiyyət etmədi. Xilafət məsələsi altı nəfər mühacirin şurasına həvalə edildi. Peyğəmbər (s) dünyadan köçərkən bu altı nəfərdən razı idi. Bu şura da Osmanı seçdi və bununla da heç kəs müxalif olmadı, Osman da heç bir vəsiyyət etmədi və hətta etsəydi belə camaat onu qəbul etməzdi. Çünki onun hökm və rəftarından narazı idilər». Qiyamçılar, Osmanın qətlindən sonra sərgərdan qalmışdılar. Çünki camaatın rəhbəri, imama ehtiyacı vardı. İmamı bacardıqca tez seçmək lazım idi. Yəni Osmanın yerlərdəki valiləri, xüsusilə çox güclü olan Müaviyyə, öz ordularını Mədinəyə göndərib oranı fəth etyməmiş və qiyamçıların layiqli cəfalarını verməmiş, imam seçmək lazım idi. Qiyamçılar yaxşı bilirdilər ki, onların özləri müsəlmanlara xəlifə ola bilməzlər. Ona görə də xəlifə seçmək mühacir və ənsarın öhdəsində idi. Onlar bir Qureyşiyə beyət etməli idi... Nəhayət, qiyamçılar yəqin etdilər ki, təkbaşına, müsəlmanlara xəlifə təyin edə bilməzlər. Odur ki, mühacir və ənsardan kömək istədilər ki, o üç nəfərdən birini Əli (ə), Təlhə, Zübeyr müsəlmanlara xəlifə təyin etsinlər. Mühacir və ənsarlar üzlərini Əliyə (ə) tutdular və israrla ondan xilafəti qəbul etməyini və onların qiyamını dəstəkləməsini istədilər. Əli (ə) onların öncə xilafəti qəbul etmək istəklərini rədd etdiyi kimi bu istəyinə də rədd cavabı vermək istədi. Lakin indi ondan qabaqkı xəlifələrə beyət etmiş mühacir və ənsarların xahişini qəbul etməkdən başqa çarəsi olmadığını gördü. Xülasə, Əli (ə) xilafəti qəbul etdi. «Nəyə görə, Taha Hüseyn acizanə şəkildə, müsəlmanların hökumət sistemi qurmaq planın olmaması biabırçılığını qəbul edir. Çünki əqidə baxımından əsarətdədir və «Plan var idi, amma əməl etmədilər»- deyə bilmir. Amma gənc təhqiqatçı- doktor Muhəmməd Ticani Tunisi- Əhli-beyt çeşməsində dodağı islanan kimi, «Necə hidayət oldum» kitabında:
    «Əbu Bəkrin beyəti Ömərin sözü ilə desək - Allah onun şərini müsəlmanlardan uzаq etsin» - qəfildən olmuşdu. Ömərin xilafəti Əbu Bəkrin vəliyyəti və sifarişi ilə baş vermişdi (yəni o düşünülməmiş və qəfildən olan işin nəticəsi idи). Osmanın xilafəti isə tarixi bir məsxərədir. Çünki Ömər, xilafətə altı nəfəri seçdi. Onları öz aralarından bir nəfəri xəlifə təyin etməyə məcbur etdi və dedi: Əgər dörd nəfərin rəyi eyni, iki nəfərin rəyi müxtəlif olsa o iki nəfəri öldürün. Əgər iki hissəyə ayrılsalar, yəni üç nəfər bir tərəfdə və üç nəfər o biri tərəfdə olsalar, Abdurrəhman ibn Out olan tərəfin üstünlüyü vardır. Əgər bir müddət keçərsə və bu altı nəfər heç bir nəticəyə gəlməzsə hamısını öldürün!!! Bu çox təəccüblü bir hadisədir» - deyə fəryad edir.
     
    Kitabın adı: Qədir günündən Aşurayadək
    Müəllif: Seyid Kazim Pərpənçi

     
     
    Bölmə: İslami bayramlar / Qədir-Xum
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.