Mən bir şəxsin qızıyam ki, sizi qarşınızda olan şiddətli əzabdan qoxutdu. Bəs hamınız mənim əleyhimə hiylə işlədin! Qoymayın geciksin! Siz öz işinizi görün, bizdə öz işimizi görürük. Gözləyin, biz də gözləyirik. Tezliklə kafirlər biləcək ki, işin axırı kimin xeyrinə tamam olacaq.
De: Nə istəyirsinizsə edin, tezliklə Allah, Onun Rəsulu və möminlər sizin əməllərinizi görəcək. Biz hər kəsin nameye-əmalını onun öz boynundan asmışıq. Bəs, hər kəs zərrə qədər yaxşı iş görmüşsə, onun xeyrini görəcəkdir və hər kəs zərrə qədər pis iş görmüşdürsə, onun nəticəsini görəcək (cəzasını çəkəcək.) Bəli, işlər belə təyin olunmuşdur.
Əbubəkrin cavabı
Bu zaman Əbubəkr, Xanım Zəhranın (s.ə) cavabında dedi:
Ey Peyğəmbərin qızı doğru deyirsən. Sənin atan möminlərlə çox mehriban və mərhəmətli idi. Amma kafirlərə qarşı mehriban deyildi. Onlara dərdli əzabın olacağını xəbər verərdi. Əgər yaxşı diqqət etsək, görərik ki, o yalnız sənin atan idi.
Səmimi dostları arasında tənha əmisioğlu Əli (ə)-ı görürük.Peyğəmbər onu bütün dostlarından üstün tutdu. Əli (ə) bir şəxsiyyət idi ki, Peyğəmbərə hər bir böyük işdə kömək edirdi.Yalnız səadətə qovuşmuş insanlar sizi sevir və tənha Allahdan uzaq olan xəbis (bədbəxt) insanlar sizinlə düşmənçilik edir. Siz Peyğəmbərin (s) pak ailəsi və onun bəyəndiyi şəxslərsiniz. Xeyirli işlərdə bizə yol göstərən sizsiniz. Bizi Behiştə tərəf sövq verən sizsiniz.
Mənbə: "Fatimə Zəhra (s.ə) xütbəsi" kitabı