» » » Allahın Rəsulunun (s) dünyadan köçməsindən sonra


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Allahın Rəsulunun (s) dünyadan köçməsindən sonra
+5
Müəllif: Fatimə Nuri Xuda | 22-02-2016, 19:00 | Baxılıb: 1 984
 
 
Allahın Rəsulunun (s) dünyadan köçməsindən sonra 

Allah-təala elə ki, peyğəmbərlərin əbədi evini – Öz seçilmişlərinin daimi məskənini sonuncu peyğəmbərin (s) ixtiyarına verdi, sizin gizli düşmənçilik və nifaqınız aşkara çıxdı, yolunu azmışların içindəki qəzəb dilə gəldi. Heç bir adı-sanı olmayan adamlar dahilik iddiasına düşdülər. 
Azğın və günahkar adamlar səslərini başlarına ataraq küçələrdə meydan suladılar...
Bəli, şeytan başını deşikdən çıxarıb sizi özünə tərəf səslədi. Şeytan gördü ki, onun dəvətini canla-başla qəbul edir, sözünü eşidir və ona hörmət-izzətlə baxırsınız. Odur ki, sizdən ayağa durmağı xahiş etdi və gördü ki, nə tez ayağa qalxırsınız. Sizi dağlayıb gördü ki, necə də atəşsevərsiniz. Siz də qəzəblənib başqalarına daha yandırıcı dağlar vurdunuz. Allahın Peyğəmbəri (s) ilə əhd-peyman bağlamışdınız, lakin onu çox tez unutdunuz. Həmin əhdin mürəkkəbi quruyan kimi, hələ Allahın Rəsulunun (s) pak cismi torpağa tapşırılmamış özünüzü qabağa verib bəhanə etdiniz ki, bir fitnə olmasın deyə, qorxudan belə iş tutmusunuz (nəzərə alın ki, özünüz fitnə içindəsiniz və cəhənnəm hər tərəfdən kafirləri qoynuna almaqda davam edir). 
Bəs necə oldu ki, bu cür iş tutdunuz? Bu cür hara gedib çıxacaqsınız? Halbuki, Allahın kitabı – Quran qarşınızdadır. Onun mətləblərini aşkar, hökmləri aydın, göstərişləri nurani, çatdırdıqları göz qabağında, əmrləri bəllidir. Bunlara baxmayaraq, Ona məhəl qoymadınız? Yoxsa, Ondan üz çevirmək istədiniz? Bəlkə Quran əvəzində başqa şey tapıb, onun hökmlərinə əməl edirsiniz? Bilin ki, Quranın əksinə olan hökm zülmkarlar üçün yaxşılıq əvəzi deyil. Hər kəs İslam dinindən başqasını axtarsa, əsla onu bağışlamayacaqlar və o, axirətdə ziyankarlardan olacaq.”
Sonrakı dövrün hadisələri 
Sonra o qədər sakit durmadınız ki, bu nabələd minik heyvanı ram olsun, cilovunu ələ versin və sizə tabe olsun. Siz atəş kürələrini alovlandıraraq şeytanın sözlərinə qulaq asdınız, dinin parlaq nurlarını söndürdünüz və pak Peyğəmbərin (s) qayda-qanunlarını tapdaladınız. 
Siz südün köpüyünü götürmək bəhanəsilə gizlicə südü içdiniz və Allahın Rəsulunun (s) ailəsini, övladlarını aradan götürmək üçün pusquda durdunuz. Biz də (bu zülmlər qarşısında) bədəninə xəncər saplanmış, ürəyinə nizə batmış bir adam kimi dözür, səbr edirik. 
Məgər bizim irsimiz yoxdur? 
İndi yəqin ki, belə güman edirsiniz ki, bizə Allahın Rəsulundan (s) bir irs qalmayıbdır? "Olmaya, cahiliyyə dövrünün hökmlərinə tabe olursunuz? Kimdir o kəs ki, onun hökmü iman və etiqadı olanlar üçün Allahın hökmündən daha üstün və alidir?
Siz doğrudanmı, bu məsələdən xəbərsizsiniz, yoxsa əsl həqiqətə biganəsiniz? Yox, əsla belə deyil. Əksinə, sizin üçün bu həqiqət günorta çağı buludsuz səmada görünən parlaq günəş kimi aydın və aşkardır. Sizin hamınız yaxşı bilirsiniz ki, mən – Fatimə Allahın Rəsulunun (s) – bütün bəşəriyyət və aləmin sonuncu Peyğəmbəri Məhəmmədin (s) qızıyam, İslam peyğəmbərinin (s) qızıyam və bu məsələdə heç kimin şəkk-şübhəsi yoxdur. Ey müsəlmanlar, axırıncı Peyğəmbərin (s) davamçıları! Siz doğrudanmı, urəkdən razılıq verirsiniz ki, mən atamın irsindən məhrum qalım, öz qanuni haqqımı əldə etmək uğrunda apardığım mübarizədə məğlub olum və bu mübarizədə atamın irsini tapdalamaq niyyətində olanların zülmünə dözüm?..
Bax, ey Əbu Qihafənin oğlu! İndi mən cavab ver görüm, Allahın kitabında yazılıb ki, sənə atandan irs qazanmalısan, mən isə öz atamın irsindən məhrum qalmalıyam?” 
Quran nə deyir? 
Quran və İslam hökmlərinin tapdalanmasından bədəni tir-tir əsən pakların pakı Zəhra (ə) xütbəsinin bu yerində həyəcanlı və titrək bir səslə, ürəkləri riqqətə gətirən bir tərzdə sözlərini belə davam etdirdi: 
"Heyhat, əgər düşünürsən ki, Allahın Kitabının hökmlərinə görə sənin atandan qalma irsin var, mənə isə atamdan heç bir irs nəsib olmayıbdır, çox yanılırsan. Əgər belə güman edirsənsə, Allaha qarşı rəva bilinməyən bir işə qol qoymuşsan. Siz qəsdənmi, bilərəkdənmi Allahın Kitabına məhəl qoymur və Ondan əl çəkirsiniz? Məgər bilmirsiniz ki, Allah-təala Quranda buyurmuşdur: "Süleyman Davuddan irs aldı.”
Məgər başqa bir yerdə buyurmamışdır: "Allah övladlarınız haqqında belə hökm verir ki, hər bir oğlana iki qıza bərabər irs payı düşür.” Başqa bir yerdə də məgər Allah buyurmurmu: "Göstəriş verilmişdir ki, sizlərdən birinizin ölümü çatarsa və əgər özünüzdən sonra malınız qalarsa, valideynləriniz və qohumlarınız üçün yaxşılıqla vəsiyyət edin. Sizin bu işiniz möminlərə yaraşan işdir.” 
Sonra Fatimə (ə) ürəyinin dərinliklərindən qopan bir fəryadla ucadan dedi: 
"Bəli, Allah kəlamının hər şeyi bu cür aydınlıqla açıb göstərməsinə və sizin də bundan xəbəriniz olmasına baxmayaraq, indi nə oldu ki, məni atamın (s) irsindən məhrum etmək fikrinə düşdünüz? Yoxsa Allah sizi Quranın ayəsinə aid edib və öz Rəsulu olan mənim atamı bu ayənin hökmündən xaric edibdir? Ona aid etməyiblər?! Bir də siz deyirsiniz ki, iki məzhəbdən olanlar biri o birindən irs almırlar. Məgər mən və atam (s) bir məzhəbdən deyilik? Eyni bir din və ayindən deyilik?.. Yoxsa siz elə bilirsiniz ki, Quranın hökmlərinə atam Məhəmməddən (s), əmim oğlu Əlidən (ə) daha çox bələdsiniz?”
Xütbəsinin bu yerində Fatimə (ə) coşqun halda sözünə davam etdi:
"Heyhat, ey qəflət vadisinin yolazmışları, madam ki, vəziyyət belədir və belə düşünürsünüz, onda onu (mənim atalıq irsimi) götürün, minik heyvanı kimi cilovlayın, üstünə şey-mey yığın və öz malınız edin... Mənim bu zülmdən qorxum yoxdur. Amma sən də bil ki, doğrudan da Məhşər günü də var və o gün axırda gələcək və səninlə üz-üzə duracaq. Həmin gün özün başa düşəcəksən ki, Allah-təala nə gözəl hakim və Məhəmməd (s) nə yaxşı iddiaçı və haqqını istəyəndir. Qiyamət günü də nə yaxşı bir vaxtdır. "O zaman cinayətkarlar daha çox cinayət edəcəklər. Lakin artıq peşmançılığın xeyri olmayacaq. Hər bir xəbərin yayıldığı yer var və tezliklə biləcəksiniz ki, rüsvayedici əzabla əbədi və daimi işkəncə ilə əlləşən o kəs kimdir.”
Bu an Fatimə (ə) gözünün ucu ilə məclisdə olan ənsara baxıb sözünə belə davam etdi: 
"Ay cavanlar, ay millətin güclü qolları, ay İslam tərbiyəsini öz öhdəsinə götürənlər! Mənim açıq-aşkar haqqıma sizin məhəl qoymamağınızı, heç bir əhəmiyyət verməməyinizi nə ilə izah etmək olar? Niyə ağzınıza su alıb durmusunuz? Allahın Rəsulu atam (s) sizə və hamıya dəfələrlə buyurmayıbmı ki: "Hər bir kəsin öz övladı barəsindəki haqqına riayət etməsini nəzərə alın.” Bəs yaxşı, nə tez Peyğəmbərin (s) kəlamını unudub doğru yoldan çıxdınız və Rəsulun övladından bu cür tələsik halda əl çəkərək onu bu əzab-əziyyət içində özbaşına buraxdınız? Halbuki, siz bu işdə mənə kömək edə və qanuni haqqımın əldə edilməsində yardımçı ola bilərsiniz.
Bəlkə fikirləşirsiniz ki, artıq Məhəmməd (s) ölübdür və bu fani dünyada olmadığı üçün də Əhli-beytinin (ə), övladının hüququnun qorunmasına da heç bir ehtiyac yoxdur və bu barədə heç bir ölçü götürülməyəcək. Əgər belə düşünürsünüzsə, vay sizlərin halına. Bəli, atamın bu rəzil dünyadan köçməsi (əslində atamın ona heç bir vurğunluğu və bağlılığı yox idi) doğrudan da, ən ağır bir faciə idi. Elə bir faciə ki, hər yerdə iz qoymalı, sizin üzünüzə qəm tozu qondurmalı idi. Onun yoxluğunu heç nə ilə əvəz etmək olmaz. Onun yoxa çıxması ilə yer üzü qaranlığa büründü, bu müsibətdə səmadakı ulduzlar da gizlinliklərə çəkildi. Ümidlər qırıldı, dağlar yerindən qopdu. Müqəddəs yerlər (hərimlər) aradan getdi, hörmət-izzət yoxa çıxdı. 
Bəli, onun yoxluğu bizim üstünüzü bürüyən böyük bəla, ağır müsibət idi  Heç bir faciəni onunla müqayisə etmək olmaz. Lakin bu hadisədən öncə Uca Tanrının Quranı onu açıq-aşkar xatırlamış və qabaqcadan görmüşdü. Siz də bununla bağlı ayələri Qurani-Məcidin başqa ayələri kimi evinizdə gecə və gündüzlər müxtəlif tərzdə və dəfələrlə oxumusunuz. Qabaqlar başqa peyğəmbərlər də bu hadisə ilə (ölümlə) üzləşmiş və onun qabağında təslim olmuşlar. Çünki ölüm aydın həqiqət, qaçılmaz gerçəklik və tale, qəti bir hökmdür. Məhəmməd (s) də özündən qabaq gələn və vəfat edən peyğəmbərlər kimidir. Deməli, əgər ölsə, ya öldürülsə, məgər yenə (Allahın yolundan, İlahinin dinindən və qayda-qanunundan) dönməlisiniz? Və əgər kim bu yoldan dönsə, Allaha bir zərər verməyəcək (Onun sizə ehtiyacı yoxdur, o sizsiniz ki, hamınız Ona möhtacsınız).
Şükr edənlərə (möminlərə, haqq yolunu davam etdirənlərə) isə Allah-təala mükafat verəcək.”
Mühacirlərdən və ənsardan yardım istəmə
Ey Qilənin32 xoşbəxt oğulları! Doğrudanmı, atamın (s) irsini tələb etdiyim üçün mənim döyülüb-əzilməyimə və bu qanuni hüququmdan məhrum olmağıma razısınız? Axı siz mənim qarşımdasınız. Mənim gözlərimə baxır, səsimi eşidirsiniz. Bir yerə toplaşır, cəmiyyətlər təşkil edir, mənim haqq səsimi eşidir və vəziyyətimin nə yerdə olduğunu bilirsiniz. Mənə kömək etmək üçün sizin kifayət qədər gücünüz də var, nüfuzunuz da. Haqq-ədalət yolunda mübarizə üçün silah və təchizatınız da kifayət qədərdir. Belə bir şəraitdə mənim öz haqqım uğrundakı fəryadım, xahişim qulağınıza çatır, lakin mənə bir cavab vermirsiniz. Yalvarışlı naləmi eşidirsiniz, lakin dadıma-fəryadıma yetmirsiniz... 
Ey döyüşdə igidlikləri ilə ad çıxaranlar, xeyirxahlıqda, yaxşı işlərdə məşhur olanlar! Siz həmin seçilmiş qəhrəman adamlarsınız ki, yollarını azmış ərəb qəbilələri ilə, vəhşi təbiətli yaramaz insanlarla mübarizə aparıb döyüş meydanından qələbə ilə, başıuca geri döndünüz. Həmin o şərəfli günlərdə bizim hamımız eyni yolun yolçusu idik. Siz bir işə başlayan kimi, biz də ona qol qoyurduq. Siz də elə idiniz, həmişə dediklərimizlə oturub-dururdunuz. Buna görə də, o fərəhli çağlarda işlərimiz şərəflə davam edirdi. İçimizdə tam bir İslam ab-havası var idi. Bütün ruhumuzla İslamı müdafiə edirdik. Dinsizlərin səsi boğuldu, günah və fitnə-fəsad azaldı, küfr alovu püskürdüldü, hərc-mərcliyə dəvət nidaları kəsildi. Bir sözlə, o vaxt İlahi dini və ayini nizam-intizama düşdü...
Ey eşidənlər! Bir gözünüzü açın, özünüzə gəlin. İndi sizə nə olub ki, elə bir vəziyyətdən sonra yenə də avaralıq yoluna düşmüş və o cür açıq-aşkarlıqdan gizli işlərə üz tutmusunuz? Axı sizə nə olub ki, bir o qədər səmərəli, faydalı səy və təlaşdan sonra indi yenə geri çəkilirsiniz? Nəhayət, o cür iman və əqidə sahibi ola-ola, indi nəyə görə bir daha dinsizliyə qoşulursunuz? "Niyə öz əhd-peymanlarına əməl etməyənlərə - Peyğəmbəri (s) öz yurd-yuvasından didərgin salanlara qarşı mübarizə aparmırsınız? Axı onlar əvvəlcə sizin özünüzdən başlamışdılar. Yoxsa onlardan qorxursunuz? Yaxşı olar ki, Qadir və Uca Allahdan çəkinəsiniz! Əlbəttə, əgər həqiqətən (səmimi qəlbdən) Ona iman gətirmişsinizsə.” (Quran ayəsi).
Əhli-beytin (ə) haqqını tapdalayanlara xəbərdarlıq
Sonra pakların pakı Zəhra (ə) cavanları təlatümə gətirən, ürəklərə od salan kəlamı ilə üzünü yolunu azmışlara tutaraq onları bu yoldan döndərmək üçün xəbərdarlıqla dedi: 
"İndi isə bilin ki, haqdan üz döndərib əyriliyə doğru gedirsiniz. Görürəm ki, bu yolda durmadan irəli gedir və uçuruma yuvarlanırsınız. Siz cəmiyyətin öz işlərini öz öhdənizə götürməyə, bütün işləri və məsələləri Allahın qoyduğu qayda-qanunla yerinə yetirməyə açıq-aşkar haqqı olan bir kəsi hakimiyyətdən, rəhbərlikdən uzaqlaşdırdınız. Görürəm ki, tam rahatlıq və arxayınçılıqla bir qırağa çəkilib sakitcə durmusunuz. Həyatınızda olan o sıxıntılardan sonra indi rahatlığa çıxmısınız. Yalnız öz rahatlığınız haqqında düşünürsünüz. Ancaq görürəm ki, içinizi də ehtiyat üçün boşaltmısınız, iştaha ilə yediyinizi qurtarmısınız. "Əgər siz yer üzündə və yer üzündə yaşayan hər bir kəs əgər hamılıqla kafir olub Allahdan və haqq yolundan üz döndərsəniz, bunun nə qorxusu?! Axı Allah ehtiyacsız və tərifəlayiqdir” (Quran ayəsi). Nəzərə alın ki, mənim dediklərim vücudunuzu bürümüş süstlüyə və rüsvaylığa, qəlbinizdə hiss etdiyiniz kələk və hiylələrə görədir. Bu dediklərim qəlbimdə gizlin saxladığım sirlər idi. Yaralı qəlbimin dərdləri üzərindəki zəhər idi ki, bayıra tökdüm. Dəlil-sübutlar idi ki, söylədim. 
Amma indi ki, bu qədər sirr açıb-tökməklə, dəlil-sübut gətirməklə yenə də işlər düzəlmir, onda bu qəzəbli dəvədən yapışın və onun ardınca atlı aparın. Amma bilin ki, bu minik heyvanının beli yağır və ayağı yoğundur. Ona həmişəlik sizin ətəyinizdə oturmaq eyibdir. O, Yaradanın qəzəbinə düçar olmuşdur. O öz ardınca elə bir od qoymuşdur ki, ürəkləri yandıracaq. Allahın gözü qabağında əlinizi belə bir işə necə bulamışsınız? Ancaq bilin ki, "tezliklə zülmkarlar başa düşəcəklər ki (hamısı bir yerdə alt-üst olublar)” (Quran ayəsi).
Və mən, Fatimə həmin o kəsin qızıyam ki, sizi gözləyən təhlükə haqqında xəbərdarlıq etmiş və əzabla qorxutmuşdu. Mən də sizinlə üz-üzə durmuşkən sizi gözləyən ağır əzabı hiss edirəm. İndi nə istəyirsinizsə, edin. Biz də nə etməliyiksə, edəcəyik. Odur ki, gözləyin, biz də haqq-ədalətin üzə çıxmasının intizarındayıq.” 

Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 2-ci cild
Müəllif: Əqiqi Bəxşayişi

 
 
Bölmə: Əhli Beyt / Fatimeyi Zəhra (s.ə)
Şərhlər: 4
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 5 Mart 2015 08:36 | İstifadəçi | Şərh yazdı
Xanıma ezab veren keslere Allahın leneti olsun

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: --omrun--33--ili | Status: İstifadəçi Offline | 4 Mart 2015 22:48 | İstifadəçi | Şərh yazdı
Allahin leneti olsun o dövrde yasayan dinsizlere İnşAllah qiyamet günü Xanım Fatimeyi Zehranin o dinsizlerin üzünr nece tüpürdüyünü görmek bize nesib olacaq
 
 
 
 
 
 
 


Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Alemdar | Status: İstifadəçi Offline | 4 Mart 2015 22:08 | Sayt nəzarətçisi | Şərh yazdı
Allahumme selli ella Muhammedin ve ali Muhammed

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 4 Mart 2015 16:42 | Redaktor | Şərh yazdı

Eyyami Fatime(s.a) gunleri daxil oldu

Bu gün Hz Rasuləllahın(s) ciyərparası olan, İmam Əlinin(e)
sevimli həyat yoldaşı cənnət cavanlarının anası, İki
cahanın bütün qadınlarından üstün olan Xanım Zəhra
(s.ə) şəhid edildiyi gündür.
Allah-tala Xanıma əziyyət verən insanlara və Onu qapı
arxasında qoyan insana və bətnində olan körpənin şəhid edən insana lənət etsin və həmin insanları
müdafiə ədənlərə lənət etsin bu lənətdə sakit
duranlarada Allah lənət etsin...!


--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.