Ravi deyir:Bu zaman Ümmü Sələmə başını öz hücrəsindən bayıra çıxardıb,dedi:
Allahın rəsulunun qızı Fatimə ilə belə danışarlarmı? Halbuki,o,insanlar arasında bir huridir.Peyğəmbərin (s) ən əzizidir.O, Peyğəmbərin qucağında tərbiyə görüb,mələklərin əli üstə gəzib,pak qadınların ətəyində böyüyüb boya-başa çatıbdır.Güman edirsiniz ki, Peyğəmbər (s) öz irsini ona hara edib və onu bu məsələdən agah etməyibdirmi? Halbuki Allah-təala Peyğəmbərə (s) buyurub:Yaxın ailə və qohumlarını İlahinin hökmü ilə müxalifət etməkdən qorxut! "Mümkündürmü ki, Peyğəmbər (s) Fatiməni (s.ə) (İlahi hökmü ilə müxalifət etməkdən) qorxutsun,amma Fatimə irs tələb etsin?!Halbuki,o,dünyanın ən yaxşı qadını,İmamların anası,İmranın (ə) qızı Məryəmlə bərabər və şücaətli bir şəxsin həyat yoldaşıdır.Fatimənin atası ilə,Allahın risaləti sona yetdi.And olsun Allaha! Peyğəmbər (s) onun üçün istidə,soyuqda və həmişə ürək yandırır,sağ əlini döşək,sol əlini isə onun üçün yorğan edirdi.Tələsməyin! Peyğəmbər (s) sizin azğınlığınızı görür və siz Allahın yanına gedəcəksiniz.Vay olsun sizə! Tezliklə hər şeyi biləcəksiniz.Ravi deyir:Ümmü Sələmə bu söhbətinə görə illik payından məhrum oldu.
Xanımın Rafeyə xitabı və <<Qədir-xum>>hadisəsini xatırlatması
Bu zaman həzrət Zəhra (s.ə) ayağa qalxıb yola düşdü. Rafe ibn Rufaə həzrətin dalınca gəlib dedi:
-Ey dünya qadınlarının ən yaxşısı! Əgər Əli (ə) bu məsələ barəsində Əbubəkr ilə beyət almamışdan qabaq bir söz desəydi və bu sözləri camaata xatırlatsaydı, başqasını onun yerinə qəbul etməzdik.
Fatimə (s.ə) qəzəb ilə ona belə buyurdu: Məndən uzaq ol! Allah-təala Qədir-xum hadisəsindən sonra, heç bir şəxs üçün üzr və bəhanə qoymayıbdır.
Mənbə: "Fatimə Zəhra (s.ə) xütbəsi" kitabı