Ömər, Xanım Zəhra (s.ə) ilə yolda qarşılaşıb dedi: "Ey Muhammədin (s) qızı! Əlindəki yazı (sənəd) nədir?
Xanım buyurdu: Əbubəkrin Fədəyi qaytarmaq üçün yazdığı sənəddir.
Ömər dedi: Onu mənə ver!
Xanım sənədi vermədi. Burada Ömər gördü ki,a di yol ilə bu yazını (sənədi) Həzrətdən ala bilməyəcək. Ömər, xanıma elə bir hörmətsizlik etdi ki, onun bu ədəbsizliyi əbədi olaraq tarixin qara səhifəsinə yazıldı. O, böyük bir alçaqlıq və azğınlıq göstərərək, küçənin ortasında camaatın gözü önündə, Peyğəmbərin (s) qızını təpik ilə vurdu. Onun bu xəbis və alçaqlıq işi İslam tarixinin unudulmaz vərəqlərində qara bir səhifə açdı. O, bununla kifayətlənməyib, Xanımın mübarək sifətinə bir şillə vurdu. Şillənin zərbəsi nəticəsində Həzrətin sırğası qırıldı. Ömər bu dözülməz cinayəti ilə elə bir zillət paltarı geydi ki, başqa millətlər içərisində özünün əbədi bədnamlığına səbəb oldu.
Ömər,o yazını (sənədi) zorla xanımın əlindən aldı. Tüpürcəyi ilə yazıları pozub sənədi cırdı.
Sonra dedi:Fədək elə bir diyardır ki, sənin atan da onu at və qoşun ilə fəth etməyib! Gəl dağları bizim boynumuza qoy!
Əli (ə)-ın müsibətlərdəki qüssəsi
Əli (ə) evdə gözləyirdi. Xanım Zəhranın (s.ə) gəldiyini bilib onun qabağına çıxdı.
Əli (ə) buyurdu: Ey Peyğəmbərin (s) qızı! Niyə belə qəzəblisən?
Xanım, Ömərin ona etdiyi vəhşiliyi Əli (ə)-a dedi.Əli (ə) onun qəminə şərik olub təsəlli verərək, buyurdu: "Mənim və atanın barəsində etdikləri cinayətlər bundan daha böyükdür."
Bu faciə qəlbləri lərzəyə gətirib və gətirəcək. Fatimənin (s.ə) məhəbbəti ilə dolu olan qəlbləri həmişə kədərləndirəcək. Onlar, Peyğəmbərin (s) hörmətini belə saxladılarmı?
Mənbə: "Fatimə Zəhra (s.ə) xütbəsi" kitabı