Alimlərin dərəcələri
Qurani-kərimdə buyurulur:
يَرْفَع اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَالَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ
«Allah, sizlərdən iman gətirənlərin dərəcəsini yüksəldər və elm (şüur, agahlıq və mərifət) verilən şəxsləri müəyyən dərəcələrə nail etdirər.»
فَضَّلَ اللّهُ الْمُجَاهِدِينَ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ عَلَى الْقَاعِدِينَ أَجْرًا عَظِيمًا
«Allah, öz malları və canları ilə cihad edənlərə, cihada getməyənlərdən üstünlük bağışlayar.»
وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا
«Hər kəs bir nəfəri diriltsə (onu azğınlıq və cəhalət ölümündən xilas etsə) sanki bütün insanları diriltmiş olur.»
İlahi alimlər də insanların ölmüş bədənlərinə ruh üfürürlər.
İncə nöqtələr:
Qurani-kərimdə şəhidlər, mücahidlər və möminlər barəsində «əcrən» və «dərəcətən» kəlmələri tək halda işlənir, lakin alimlərlə əlaqədər cəm formasında «dərəcat» kəlməsi işlədilir. Şübhəsiz, o ilahi alimlər nəzərdə tutulur ki, bir insanı hidayət etdikləri təqdirdə sanki bütün insanları diriltmiş olurlar. Onların məqamları hamının məqamından yüksəkdədir.
Kitabın adı: Böyük qeybət dövründə alimlərin məqamı
Müəllif: Ehsan Zahiri