Cəhalət əsasında olan fətvanın aqibəti
İmam Baqir (əleyhissalam) buyurur:
مَن أفتَی النَّاسَ بِغَيرِ عِلمٍ وَ لاَ هُدیً مِن اللّه لَعَنَتهُ مَلائِکةُ الرّحمةِ وَ مَلائِکُةُ العَذَابِ وَ لَحِقَهُ وِزرُ مَن عَمِلَ بِفَتواه
«Hər kəs Allah tərəfindən verilən hidayət və elm olmadan camaata fətva versə rəhmət mələkləri və əzab mələkləri onu lə’nətləyər, onun fətvasına əməl edənlərin günahları ona yazılar.»
İncə nöqtələr:
1. İlahi alimlər tərəfindən fətva verməyin özü aydın, icazəli bir iş və hətta vəzifədir.
2. Fəqihlərin fətvaları insanların dünya və axirətdə izzətə çatmalarında çox mühüm və həssas rol oynayır.
3. Söz və fətva o zaman insana izzət gətirər ki, agahlıq, elm və hidayət üzərindən olsun, həmçinin insanı kamallara doğru sövq eləsin.
4. Cəhalət əsasında olan fətva insanı ilahi rəhmətdən uzaqlaşdıraraq onu Allahın əzabına düçar edər.
5. Cəhalət üzündən olan sözlərin və yazıların günahı, eləcə də e’tiqad və düşüncələrin təhrif olunmasının ağır yükü o kəslərin öhdəsinədir ki, heç bir qayda-qanun olmadan kitab və sünnətdən xaricdə fətva vermiş olsunlar.
Kitabın adı: Böyük qeybət dövründə alimlərin məqamı
Müəllif: Ehsan Zahiri