» » » İmam Cavadın (ə) əxlaqi səciyyələrindən


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6736

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6720

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2025    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam Cavadın (ə) əxlaqi səciyyələrindən
    +10
    Müəllif: Fatimə Nuri Xuda | 25-09-2014, 15:30 | Baxılıb: 1 340
     
     
    İmam Cavadın (ə) əxlaqi səciyyələrindən

    İmam Cavad (ə) yaşca kiçik olmasına baxmayaraq elm, səbr, fəsahət, ibadət və başqa cəhətlərdən misilsiz idi. Onun hər tərəfli istedadı, bəlağətli danışığı vardı. Elmi məsələlərə bədahətən cavab verərdi. Ata-babaları kimi təmizliyə çox diqqətli idi.

    Bərəkətli məktub

    Bost və Sistan əhlindən olan Bəni-hənifəli şəxs belə nəql edir: Mən Həccə getdiyim il Mötəsimin hakimiyyətinin başlanğıcına təsadüf edirdi. İmam Cavadla (ə) yoldaş oldum. Süfrə arxasında əyləşmişdik. Abbasi hakiminin dostlarının hüzurunda həzrətə dedim: "Sənə fəda olum, bizim hakim və valimiz sizin vilayətinizə sadiq və dost bir şəxsdir. Mənim ona vergi borcum var. Sənə fəda olum, əgər məsləhət bilsəniz ona bir məktub yazın mənə güzəşt etsin.” Həzrət buyurdu: "Onu tanımıram!” Dedim: "Sənə fəda olum, həmin şəxs siz Əhli-beytin dostlarındandır və yazacağınız məktub çox faydalı olar.” Nəhayət, həzrət kağız götürüb yazdı: "Bismillahir-Rəhmanir-Rəhim. Bu məktubu gətirən sizi yaxşılıqla xatırlayır. Əməllərindən sənə qalan yalnız yaxşılıq olacaq. Qardaşlarına yaxşılıq et və bil ki, Allah-təala zərrəcə əməlini də sorğuya çəkəcək.” 
    Məktubu aparan deyir: Məktubun xəbəri valiyə məndən qabaq çatmışdı. Məntəqəmizin valisi Hüseyn ibn Abdullah Nişapurinin göstərişi ilə məni şəhərdən iki fərsəx aralıda qarşıladılar. Məktubu ona təqdim etdim. Öpüb gözlərinin üstünə qoydu. Mənə dedi: "İstəyin nədir?” Dedim: "Dəftərxananıza borcum var. Onu ödəməkdə acizəm.” Göstəriş verdi ki, mənim vergi borcumu silsinlər. Sonra dedi: "Nə qədər ki, mən valiyəm vergi vermə.” Sonra məndən ailəm haqqında soruşdu. Göstəriş verdi ki, ehtiyacımızı ödəsinlər. Nə qədər ki, həmin vali sağ idi, vergi ödəmədim və ehtiyacımız lazımınca ödəndi. Məzluma himayədarlıq
    Əli ibn Cüreyr deyir: İmam Cavadın (ə) xidmətində əyləşmişdim. İmama məxsus bir qoyun itmişdi. Qonşulardan birini oğurluqda ittiham edib həzrətin yanına gətirdilər.
    İmam buyurdu: "Vay olsun sizə, tez onu buraxın. O oğurluq etməyib. Qoyun filankəsin evindədir, gedin gətirin!” Deyilən ünvana gedib qoyunu gətirdilər. Ev sahibi oğru kimi yaxalandı. Onu lazımınca kötəklədilər. Həmin şəxs and içdi ki, qoyunu oğurlamayıb. Onu imamın hüzuruna gətirdilər. Həzrət buyurdu: "Nə üçün ona zülm etmisiniz? Axı qoyun özü ondan xəbərsiz həyətinə daxil olub. Sonra imam onun könlünü alıb dəymiş ziyanı artıqlaması ilə ödədi.

    İmam Cavadın (ə) vüqar və mətanəti

    Deyirlər ki, imam Rizanın (ə) şəhadətindən sonra Məmun özünü paka çıxarmaq üçün imam Məhəmməd Təqiyə (ə) məktub yazıb ehtiram göstərərək yanına dəvət etdi. İmam Bağdada gəldi. İmam onunla görüşməmiş ova çıxdı. Yolda bir dəstə uşaqla rastlaşdı. Onlar yolun ortasında dayanmışdılar, imam Cavad (ə) da onlarla idi. Uşaqlar Məmunun dəstəsini görüb pərən-pərən düşdülər. İmam isə hərəkətsiz dayanmışdı. Nəhayət Məmun gəlib çatdı. O qarşısında dayanmış uşağın mətanətinə heyran qalıb soruşdu: "Nə üçün o birilər kimi yoldan çəkilmirsən?” İmam buyurdu: "Ey xəlifə! Yol dar deyil ki, kənara çəkilim! Günahım da yoxdur ki, səndən qaçım. Güman etmirəm ki, günahsızı cəzalandırasınız!” Uşağın sözləri Məmunu təəccübləndirdi. Uşağın hüsn-cəmalı onu özünə cəzb etdi. Soruşdu: "Adın nədir?” Həzrət buyurdu: "Adım Məhəmməddir!” Məmun soruşdu: "Kimin oğlusan?” Həzrət buyurdu: "Əli ibn Musa Rizanın oğlu!” İmamın adını eşidən Məmunun təəccübü bir anda aradan götürüldü. Öz əməlinə görə xəcalət çəkdi. İmamın pak ruhuna salam göndərib yoluna davam etdi. Səhraya çatanda bir quş görüb onun ardınca qızılquş uçurdular. Qızılquş bir müddət gözə dəymədi. O geri qayıdanda caynağında hələ də diri olan kiçik bir balıq vardı. Məmun gördüyü səhnədən təəccübləndi. Balığı əlinə alıb geri döndü. İmam Cavadla rastlaşdığı yerə çatdıqda yenə uşaqların pərən-pərən düşdüyünü gördü. İmam isə əvvəlki kimi yerində dayanmışdı. Məmun dedi: "Məhəmməd, əlimdəki nədir?” Həzrət buyurdu: "Allah bir çox dənizlər yaradıb. Buludlar həmin dəryalardan qalxır və özü ilə kiçik balıqları qaldırır. Padşahların qızılquşları onları ovlayır. Onlar həmin balığı əllərində tutub peyğəmbər ailəsini imtahana çəkirlər!” İmamın cavabından heyrətə gəlmiş Məmun dedi: "Həqiqətən sən Rizanın oğlusan! Onlardan bu sayaq qeyri-adi işlər görmək təəccüblü deyil!” 

    Batil əhlinin hiyləsi

    Məmun hər cür hiylə işlədirdi ki, imam Cavadı (ə) özü kimi dünyapərəst etsin, nəfs istəklərinə yönəltsin. Amma onun hiylələri heç bir səmərə vermirdi. Nəhayət Məmun qərara gəldi ki, öz qızını imama ərə versin. Məmun göstəriş verdi ki, gözəlliyi ilə seçilən yüz kəniz əllərində cəvahir dolu sini tutub bəy otağında həzrəti qarşılasınlar.
    Amma imam Cavad həmin kənizlərə zərrəcə diqqət yetirmədi. Məmun xoş avazlı bir müğənni çağırdı. Müğənni dedi: "Ey Əmirəl-möminin! Əgər mənim işim imam Cavadı dünyaya rəğbətləndirməkdirsə, bunu bacararam.” Sonra müğənni imamın qarşısında oturub oxumağa başladı. Belə ki, bütün ev əhli onun səsinə yığışdı. Müğənni rübab çalıb məlahətli səslə oxuyurdu. Amma imam bir saat davam edən musiqiyə zərrəcə diqqət yetirmədi. Musiqi başa çatdıqdan sonra həzrət buyurdu: "Allahdan qorx, ey uzunsaqqal kişi!” İmamın buyuruğundan sonra rübab müğənninin əlindən düşdü. Məmun ondan soruşdu: "Sənə nə oldu?” Dedi: "İmam mənə səsini qaldırdığı vaxt elə titrədim ki, bir daha özümə gəlmərəm!”

    İmam Cavad (ə) haqqında Şafeinin nəzəri

    Kəmaləddin Şafei böyük sünni alimlərindəndir. O imam Cavad haqqında yazır: "O (imam Məhəmməd Cavad) ikinci Əbu Cəfər Məhəmməddir. (Birinci Məhəmməd Baqir, ikinci Məhəmməd Təqi) O uca məqama malikdir. Adı dildən-dilə gəzir. Onun geniş qəlbi, iti baxışı və şirin bəyanı hamını özünə cəlb etmişdi. Az yaşasa da uca məqama çatmışdı, onu görən özündən ixtiyarsız baş əyirdi. Onunla görüşən elmindən faydalanırdı. O ətrafdakıların bəhrələndiyi nur çeşməsi idi. Ağıl və zehn onun elm və mərifətindən faydalanırdı.”
     
    Mənbə: "Əhli-beyt (ə)" kitabı

     
     
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Şahin | Status: İstifadəçi Offline | 25 Eylül 2014 17:40 | İstifadəçi | Şərh yazdı
    ALLAH bizleri ehlibeyti heqiqi derk eliyenlerden qerar versin InwALLAH

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.