![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Nisan 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |
152.O Həzrətin imaməti
533.Abdullah ibn Cəfər:«Mən Səfvan ibn Yəhya ilə imam Rzanın (ə) hüzuruna getdim. Hələ üç yaşı olan əbu Cəfər (orada) dayanmışdı. Dedim:«Allah bizi sizə fəda etsin! Allah eləməmiş, əgər sizin başınıza bir iş gəlsə sizdən sonra (imam) kim olacaq?» O Həzrət imam Cavada işarə edərək buyurdu:«Bu oğlum.» Abdullah ibn Cəfər deyir: Mən dedim:«O, bu yaşda?!» Buyurdu:«Bəli, o, bu yaşda. Allah-taala iki yaşlı İsa ilə dəlil-sübut gətirdi.»
534.Yəhya Sən’ani:«Məkkədə imam Rzanın (ə) yanına getdim. Gördüm ki, o Həzrət bananın qabığını soyub əbu Cəfərin (ə) (imam Cavadın) ağzına qoyur. Dedim:«Qurban olum, sizin əziz övladınız elə budur?» Buyurdu:«Bəli. O elə bir uşaqdır ki, İslamda bizim şiələrimiz üçün ondan bərəkətli bir uşaq doğulmayıb.»
153.İmam Cavadın(ə) fəzilətləri.
535.Allahın Peyğəmbəri(s) Abdullah ibn Məsudun Hüseynin (ə) nəslindən olan imamlar barəsindəki sualının cavabında buyurmuşdur:«...Və Əlinin (Rzanın) nəslindən onun oğlu təriflənmiş Məhəmməd dünyaya gələcək və insanların yaradılış baxımından ən pakı və ən xoş əxlaqlısı olacaqdır.»
536.Abdullah ibn Səid:«Məhəmməd ibn Əli ibn Ömər ibn Tənuxi mənə dedi:«Məhəmməd ibn Əlini öküz ilə söhbət edən gördüm. Öküz də başını tərpədirdi.» Dedim:«Yox (bu qəbul deyil), göstəriş ver öküz səninlə söhbət etsin.» Həzrət buyurdu:«Bizə quşların dili öyrədilib və bizə hər bir şey verilib.» Sonra (öküzə xitab edərək) buyurdu:«La ilahə illəllah vəhdəhu la şərikə ləh de.» Və öküzün başına əl çəkdi. Həmin vaxt öküz dedi:«La ilahə illəllah vəhdəhu la şərikə ləh.»
537.Əli ibn Həssan Vasiti:«İsfahanda düzəldilmiş və bəzi hissələri gümüşdən olan bir aləti özümlə götürdüm və dedim ki, onu mövlam əbu Cəfərə hədiyyə edərəm. Həzrət hamının cavabını verdikdən və onlar dağlışdıqdan sonra, özü də durub getdi. Mən onun arxasınca yola düşdüm və yolda cənab Müvəffəq ilə rastlaşdım. Ona dedim ki, əbu Cəfərdən mənə, hüzuruna getmək üçün icazə al. Sonra, o Həzrətin hüzuruna getdim və salam verdim. Çöhrəsində narazılıq əlaməti olan halda salamımın cavabını verdi və əyləşdi. Həzrətə yaxınlaşdım və qolumda olanı onun qarşısında qoydum. Qəzəblə mənə baxdı və sonra sağ və sola nəzər salıb buyurdu:«Allah məni bu işlər üçün yaratmayıb. Mənim oynamaqla nə işim var?!» Mən o Həzrətdən üzr istədim. O məni bağışladı və mən həmin aləti götürüb çölə çıxdım.»
538.Zeydi məzhəbindən olan Qasim ibn Əbdürrəhman deyir:«Mən Bağdada getdim və ora çatanda camaatın qaçıb nəyəsə baxaraq dayandığını gördüm.» Soruşdum:«Nə olub?» Dedilər: «Rzanın oğludur.» Dedim:«Mən onu görməliyəm.» O dişi (və ya erkək) bir qatırın üstündə göründü. Öz-özümə dedim:«Allah Lənət etsin imamət etiqadı sahiblərinə ki, Allahın bu kişinin itaətini vacib etməsini deyirlər.» O mənə tərəf dönüb dedi:«Ey Qasim ibn Əbdürrəhman:«Məgər biz özümüzdən olan (adi) bir adamamı tabe olacağıq?! Onda biz haqq yoldan azmış və dəlilik etmiş olarıq.» (Qəmər surəsi /24) Mən öz-özümə dedim:«Vallah o cadugərdir.» Yenə mənə tərəf dönüb dedi:«məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir.» (Qəmər surəsi /25) Qasim deyir: «Mən qayıtdım və imamətə etiqad bəslədim və şəhadət verdim ki, o Allahın yaratdıqlarına qarşı dəlil və höccətidir və ona etiqad bəslədim.»
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |