» » » İmam Məhəmməd Təqi (ə)-ın həyatı barədə qısa məlumat


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6736

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6720

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Nisan 2025    »
    PtSaÇaPrCuCtPz
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam Məhəmməd Təqi (ə)-ın həyatı barədə qısa məlumat
    +15
    Müəllif: Fatimə Nuri Xuda | 29-04-2015, 01:46 | Baxılıb: 5 794
     

    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı barədə qısa məlumat

    Doqquzuncu İmamın adı Məhəmməd künyəsi Əbu Cəfər ləqəbi Təqi və Cavad olmuş hicrətin yüz doxsan beşinci ilində Mədinə şəhərində anadan olmuşdur.1 Peyğəmbərin həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən hesab olunan Səbikə xanım əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durur və öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu. Belə ki İmam Riza (əleyhissəlam) o xanımı pak nəcabətli və fəzilətli bir qadın kimi yad edirdi.
    İmam Cavad əleyhissəlamın atası vəfat edərkən təxminən səkkiz yaşı olmuş iyirmi beş yaşında olarkən şəhadətə yetişmiş və Bağdadın Qüreyş qəbristanlığında babası İmam Kazim əleyhissəlamın məzarının yanında dəfn olunmuşdur.
     
    Xeyir-bərəkətli bir təvəllüd

    İmam Riza əleyhissəlamın ailəsində və eləcə də, şiələr arasında İmam Cavad (əleyhissəlam) xeyir-bərəkətli bir uşaq kimi adlandırılmışdır. Bu barədə Əbu Yəhya Sənani deyir: "Bir gün İmam Riza əleyhissəlamın yanında idim. Bu vaxt o Həzrətin azyaşlı uşağı Cavad (əleyhissəlam) bizim yanımıza gəldi. İmam Riza (əleyhissəlam) buyurdu ki şiələrimiz üçün ondan xeyir-bərəkətli bir uşaq dünyaya gəlməmişdir.”
    Deyilənlərə görə İmam Riza (əleyhissəlam) müxtəlif münasibətlərdə yeri gəldikcə öz əziz oğlunu bu cür yad edirdi. Belə ki bu məsələ artıq şiələrin hamısına bəlli idi. İbn Əsbat və Əbbad ibn İsmayıl adlı iki şiənin dediyinə görə bir dəfə onlar İmam Riza əleyhissəlamın hüzurunda olarkən Həzrət Cavad əleyhissəlamı onların yanına gətirirlər. Onlar İmam Riza əleyhissəlamdan soruşurlar ki bu həmin dediyiniz xeyir-bərəkətli uşaqdır? İmam Riza (əleyhissəlam) onların cavabında buyurur: "Bəli bu İslamda ondan xeyir-bərəkətlisi doğulmayan həmin uşaqdır.”
    Əbu Yəhya Sənani deyir: "Məkkədə olarkən İmam Riza əleyhissəlamın hüzuruna getdim. Gördüm ki o Həzrət banan soyub oğlu Cavad əleyhissəlama verir. O Həzrətə dedim: "Bu həmin xeyir-bərəkətli uşaqdır?” O Həzrət cavab verdi ki bəli bu həmin uşaqdır ki İslamda onun kimisi və şiələrimiz üçün ondan xeyirlisi doğulmamışdır.”
    İlk baxışda bu hədisdən belə başa düşülə bilər ki İmam Cavad (əleyhissəlam) şiələr üçün bütün İmamlardan daha xeyirlidir. Xeyr, bu belə deyildir. Çünki əldə olan sübutlar göstərir ki bu hədisdən məqsəd İmam Cavad əleyhissəlamın doğularkən şiələrə xüsusi xeyir-bərəkət ərməğan etməsidir. Belə ki İmam Riza əleyhissəlamın dövrü xüsusi bir mərhələ olmuş və o Həzrət özündən sonrakı İmamı təyin etməkdə keçmiş İmamların heç birinin üzləşmədiyi bir sıra çətinliklərlə üzləşmişdir. Çünki bir tərəfdən İmam Kazim əleyhissəlamın şəhadətindən sonra Vaqifilər adlanan bir dəstə şiə, maddi məqsədə görə İmam Riza əleyhissəlamın İmamətini qəbul etməmiş digər tərəfdən də, o Həzrətin (İmam Riza əleyhissəlamın) təxminən qırx yeddi yaşına qədər uşağı olmaması Peyğəmbərdən (səlləllahu əleyhi və alih) olan hədisdə şiə İmamlarının sayının on iki nəfər olub onların doqquzunun İmam Hüseyn əleyhissəlamın nəslindən olacağı fikrinə əsasən, həm o Həzrətin öz İmamətini həm də İmamətin davam edəcəyini sual altına alırdı. Vaqifilər də, məhz bu məsələni bəhanə gətirib İmam Riza əleyhissəlamın İmamətini qəbul etməkdən imtina edirdilər. Hüseyn ibn Qiyama Vasitinin bu barədə İmam Riza əleyhissəlama etdiyi etiraz və o Həzrətin ona verdiyi cavab bu məsələyə tam bir sübutdur. Vaqifilərin başçılarından olan Hüseyn ibn Qiyamə9 İmam Riza əleyhissəlamı sonsuz qələmə verib ona yazdığı məktubda deyir: "Sənin uşağın olmadığı bir halda necə İmam ola bilərsən?” İmam Riza (əleyhissəlam) onun cavabında yazır: "Sən haradan bilirsən ki mənim uşağım olmayacaq? And olsun Allaha bir neçə gün keçməz Allah mənə haqqı batildən ayıran bir övlad verər.”10 Hüseyn ibn Qiyamənin (və eləcə də digər vaqifilərin) bu təbliğ metodu təkcə bununla kifayətlənmir və bu məsələyə müxtəlif münasibətlərdə dəfələrlə işarə edilirdi. İmam Riza (əleyhissəlam) da öz növbəsində onların bu sözlərini bu "sübutlarını” cavabsız qoymurdu.11 Nəhayət İmam Cavad əleyhissəlamın doğulması bu ixtilafa son qoyur. Beləliklə də, İmam Riza (əleyhissəlam) və şiələrin bu sahədəki mövqeyi möhkəmlənir nəticədə şiəliyin etibarı artır.
    Vaqifilər və İmamət nəslinin düşmənlərinin bu barədə olan vəsvəsələri o dərəcəyə yetişmişdi ki hətta İmam Cavad əleyhissəlamın anadan olması ilə vaqifilərin bəhanəsinin kəsilməsinə baxmayaraq, İmam Riza əleyhissəlamın bəzi qohumları (həsəd paxıllıq və düşmənçilikləri nəticəsində) Həzrət Cavad əleyhissəlamın o Həzrətin oğlu olmamasını iddia etdilər. Onlar insanlığa yaraşmayan və İslamdan uzaq olan bu töhmətlərində öz gizli fikirlərini üzə çıxarmaq üçün ata ilə oğul arasında sifət rənginin oxşarlığının olmamasından başqa heç bir bəhanə tapmadılar. İmam Cavad əleyhissəlamın rənginin qarabuğdayı olmasını bəhanə gətirib dedilər: "Bizim aramızda rəngi qarabuğdayı olan bir İmam olmamışdır!” İmam Riza (əleyhissəlam) onların cavabında buyurur: "O mənim oğlumdur.” Onlar dedilər: "Peyğəmbər (səlləllahu əleyhi və alih) fizionomika (insanın əhvalını üzünün ifadəsi və bədənin hərəkətləri ilə təyin etmə üsulu) ilə mühakimə edərdi. Bizimlə sənin aranda da (bu uşağın səndən olub-olmamısı barədə) fizionomiklər hökm verməlidirlər.” İmam Riza (əleyhissəlam) (məcbur olub) buyurdu: "Siz onların (fizionomiklərin) ardınca adam göndərin ancaq onlara nə üçün dəvət etdiyinizi deməyin. 
    Mənə qalsa, bu işə əsla əl atmaram.” Bir gün qərar qoyulduğu kimi İmam Riza əleyhissəlamın əmi qardaş və bacıları bir bağda oturur o Həzrət özü isə geniş və yun paltar geyərək başına papaq qoymuş və bağı belləməklə məşğul idi. Sanki o Həzrət bağban olub oradakılara heç bir qarışacağı yox idi. Bu vaxt İmam Cavad əleyhissəlamı gətirib fizionomiklərdən oturanların arasından onun atasını təyin etmələrini istəyirlər. Fizionomiklərin hamısı bir nəfər kimi dedi ki onun atası burada yoxdur ancaq bu oturan onun atasının əmisi bu öz əmisi bu da bibisidir. Əgər atası da buradadırsa onda mütləq (İmam Riza əleyhissəlama işarə edərək) çiynində bel tutub bağın ortasında dayanan o kişi olmalıdır. Çünki onların ikisinin də, baldırı eyni cürdür. Bu vaxt İmam Riza (əleyhissəlam) gəlib onların yanında oturur. Fizionomiklərin hamısı deyirlər ki onun atası bu kişidir. Bunun ardınca İmam Riza əleyhissəlamın əmisi Əli ibn Cəfər yerindən qalxıb İmam Cavad əleyhissəlamın dodaqlarından öpərək dedi: "Şəhadət verirəm ki sən Allah dərgahında mənim İmamımsan.”
    Beləliklə, İmamətlə düşmən olanların Allah nurunu söndürmək üçün qurduqları planlar bir daha boşa çıxır və Allah-taala yenidən onları rüsvay edir.

    Mənbə: "İmam Muhəmməd Təqi əleyhissəlamın həyatı" kitabı

     
     
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 29 Nisan 2015 22:41 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN ALLAHUMME SALLI ELA MUHEMMEDIN VE ALI MUHEMMED
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 29 Nisan 2015 15:00 | İstifadəçi | Şərh yazdı
    ALLAH  RAZI  OLSUN  GULUM  COX  DEYERLI  MELUMATDIR, ALLAH  HER BIR KESIN UREYINDE  EHLIBEYT  SEVGISI  VARSA ,  AXIRETDE   HER  BIR  ZAMAN EHLIBEYTLE  MESHUR   ELESIN   IN SE ALLAH AMIN.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: firengiz | Status: İstifadəçi Offline | 29 Nisan 2015 09:23 | İstifadəçi | Şərh yazdı
    ALLAHUMMƏ SƏLLİ ƏLA MUHƏMMƏDİN VƏ ALİ MUHƏMMƏD.VƏ ƏCCİL FƏRƏCƏHUM.ALLAH NAMƏRDİN FÜRSƏTİNİ ƏLİNDƏN ALSIN.AMİN.ALLAH İNSANLARIN HAQQINI TAPDALAYANLARA İMKAN VERMƏSİN.AMİN.ALLAHÖZ QÜDRƏTİ XATİRİNƏ ZÜLÜMLƏ DÖLMUŞ YER ÜZÜNDƏ TEZLİKLƏ ƏMİN-AMANLIĞI,HAQQI PƏRPA ETSİN.AMİN.YA ALLAH...YA ALLAH...YA ALLAH...BACI ALLAH RAZI OLSUN.AMİN.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 29 Nisan 2015 08:08 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun qizim sayende bilmediklerimizi oyrenirik Allah daima komeyin olsun
    Allah Ehli-beyitin duwmenlerine lenet etsin Haqq her zaman oz yerini tutur
    Allah bizleride Ehli-beytin davamcilarindan qerar versin inwaAllah AMIN  draznilka draznilka draznilka

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Babel Hevaic | Status: İstifadəçi Offline | 25 Eylül 2014 21:57 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun bacim.Ellerin derd gormesin
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 25 Eylül 2014 16:00 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razi olsun cox sagol bunari hec bilmirdim sayende her birinin heyatinan bilik qazaniram Allah sonsuz razi olsun

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ewqi_Kerbela | Status: İstifadəçi Offline | 25 Eylül 2014 12:16 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razi olsun bacim, Allah Ehlibeyt duwmenlerine lenet etsin Amin.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Şahin | Status: İstifadəçi Offline | 25 Eylül 2014 11:58 | İstifadəçi | Şərh yazdı
    ALLAH bi9zleri 14 mesumdan ayri salmasin INwALLAH

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 25 Eylül 2014 11:33 | Redaktor | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACI BİLMEDİYİMİ OXUDUM ÖYRENDİM ÇOX SAĞ OL ELLERİN VAR OLSUN
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.