Öz ölümünün keyfiyyətindən xəbər vermək
İmam Həsən(ə) öz ailəsinə xəbər verdi: Mən Peyğəmbər(s) kimi zəhərlənib, Haqq-təalanın görüşünə gedəcəm. Onun Əhli-Beyti dedi: Səni kim zəhərləyəcək?
Buyurdu: Həyat yoldaşım Cədə.
Dedilər: Onu öz evindən qov. Allah ona lənət etsin!
İmam Həsən(ə) buyurdu: Onu evdən necə qovum, halbuki mənim arzum (yəni, şəhid olmaq) onun əlindədir. Mənim çıxış yolum yoxdur. Əgər onu qovsam, başqa bir kəs məni öldürməyəcək. Bu İlahinin mütləq baş verəcək qəzasıdır.
Bir neçə gün keçməmişdi ki, müaviyə bir şəxsi Həzrəti(ə) zəhərləmək üçün hazırlanan zəhər ilə birlikdə Cədənin yanına göndərdi ki, Həzrəti Həsəni(ə) zəhərləsin. İmam(ə) arvadından süd istəyən zaman, O, südü Müaviyə göndərən zəhər ilə qatışdırıb, İmam Həsənə(ə) verdi. Bununla da İmamı(ə) zəhərlədi. İmam Həsən(ə) buyurdu: Ey Allahın düşməni! Məni öldürdün? Allah səni öldürsün. And olsun Allaha! Məndən sonra bir kəsə çatmayacaqsan. Allahın düşmənindən heç bir xeyir görməyəcəksən.
Həzrət(ə) buyurduğu kimi, İmamın şəhadətindən sonra, Cədə heç bir xeyir görmədi.
Mənbə: "On dörd məsumdan möcüzələr" kitabı