Sonra Xanım Zəhra (s.ə) Ənsar tayfasına baxıb buyurdu:
Ey Peyğəmbər dövrünün yadigarları! Ey dinin köməkçiləri və İslamı öz bağrına basanlar! Mənə kömək etməkdə bu nə zəif və sustlukdur? Mənə olunan zülm barəsində bu nə yuxudur ki, hamınızı öz ağuşuna alıbdır? Bu nə səhlənkarlıqdır ki, mənim haqqımda edirsiniz? Məgər mənim atam Muhamməd Peyğəmbər (s) buyurmurdu:
"Hər kəsin hörmətini gərək öz övladlarına nisbət saxlayın!?"
Nə tez öz işinizi gördünüz və zamanı yetişməmiş bir işə başladınız?!
Mənim tələb etdiyim şeyi almağa sizin qüdrətiniz vardır. Belə asanlıqla deyirsiniz: "Muhamməd (s) Allahın rəsulu dünyadan getdi?" And olsun öz canıma, bu elə bir əhəmiyyətli hadisədir ki, onun yarasıbu tezliklə sağalmaz. Peyğəbərin (s) dünyadan getməsi ilə yer üzü qaranlıq oldu. Allahın övliyaları qəmgin oldular. Onun müsibətində günəş və ay tutuldu, ulduzlar dağıldılar.Onun vəfatı ilə ümidlər yasa çevrildi. O həzrətin hörməti aradan getdi və təhqir olundu.
And olsun Allaha, Peyğəmbərin (s) vəfatı böyük bir müsibət idi.Bunun kimi böyük bir müsibət dünyada olmayacaq.Bu böyük müsibət barəsində Allahın kitabı sizi evlərinizdə,sübh və axşam agah edib qulaqlarınıza nida etməklə, oxumaq və başa salmaqla xəbər vermişdir. Həmçinin Allahın Peyğəmbərlərinə keçmişdə verdiyi sonuncu hökm və hökmən olacaq qəza-qədər xəbərini sizə də xəbər veribdir. Bu barədə Quran belə buyurmuşdur:
"Muhamməd ancaq bir Peyğəmbərdir. Ondan əvvəl də Peyğəmbərlər gəlib getmişlər. Əgər o ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (Dininizdən dönəcək və ya döyüşdən qaçacaqsınız?) Halbuki, geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər."
Mənbə: "Fatimə Zəhra (s.ə) xütbəsi" kitabı