Xanım Zəhra (ə) qızıma şəfa verdi, müsəlman oluram
Məddahlardan biri nəql edir ki, Həzrət Ayətullah Hadi Milaninin(r) hüzurunda idik. Almaniyadan bir kişi və qadın öz qızları ilə içəri daxil oldular. Bir az söhbətdən sonra dedilər ki, biz istəyirik islamı qəbul edək. Ayətullah Milani buyurdu: İslamı qəbul etmənizin səbəbi nədir?
O kişi dedi: Mənim sizin hüzrunuzda olan qızımın bir hadisəyə görə qabırğası sındı. Belə ki, həkimlər onu müalicə etməkdən aciz oldular və dedilər: Gərək əməliyyat olunsun amma əməliyyat qorxuludur. Qızım razı olmadı və dedi ki, əməliyyatda ölməkdənsə yataqda ölərəm daha yaxşıdır. Bizim bir iranlı xidmətçimiz var, onu "Bibi” çağırırıq. Qızım ona dedi: Mən razıyam bütün mal-dövlətimi verim, təki sağlamlığım geri qayıtsın. Amma fikrləşirəm ki, bu dünyadan nakam və ürəyi qüssə ilə dünyadan gedəcəm. Bibi dedi: Mən bir Təbib tanıyıram ki, o sənə şəfa verə bilər.
Qızım dedi: mən bütün varımı, pulumu ona verməyə hazıram.
Bibi dedi: Onların hamısı səndə qalsın, mən ələviyyəyəm (seyyidə). Mənim nənəm Zəhradır(s.ə). Onun da qabırğaları zülm içində sınıb. Sən sınıq səlblə ağlayaraq onu çağır və de: Ya Zəhra, mənə şəfa ver. Qəzəm ahu zar ilə, sınıq qəlb və yaşlı göz ilə o əzəmətli xanımı çağırmağa başladı. Bibi də bir küncdə durub ağlaya-ağlaya deyirdi: Ya Zəhra, bu xəstəni özüm ilə gətirmişəm və onun şəfasını sizdən istəyirəm. Ana can! Mənim abrımı qoru və ona şəfa ver.
O kişi dedi: Mən də bu mənzərəni görməklə çox kövrəldim və dedim: Ey qabırğası sınan Zəhra!
Gördüm qızım bir az sakitləşdi. Birdən qışqırdı: Ata! Gəl, ağrım sakitləşdi. Yaxınşlaşdım və tamamilə sağaldığını gördüm.
Qızım dedi: indi dənizdə idim. Bir çadralı xanım gəldi və alini mənim qabırğama çəkdi.
Dedim ki siz kimsiniz?
Dedi: Mən həmin o çağırdığın şəxsəm. Qızım rahatca qalxdı və rahat oldu. Onda bildim ki islam haqqdır. İndi də İrana gəlmişik ki sizin xidmətinizdə müsəlman olaq.
Mənbə: al-milani.com (Ayətullah seyyid Əli Milaninin (h) saytı)
P.S Ayətullah Milani bu hadisənin doğru olmasını təsdiqləyir