
Bir nəfər deyir: Xəstə bir qızım var idi. Xəstəliyi o qədər ağırlaşdı ki, onu zəiflətdi və axırda fələc oldu. Həkimlərə nə qədər müraciət etsək də, bir nəticə almadıq və onun müalicəsindən aciz qaldıq. Hər yerdən ümidim kəsildi. Özümün və xəstə qızımın halını fikirləşirdim ki, nə edim? Hara gedim? Birdən zehnimdə bir ümid işıqlandı. Özümdə ümidvar oldum ki, çarə var. Tibb evlərinin qapısına getsək (bizim üzümüzə) bağlıdır. Amma bir tibb evinin qapısı həmişə xəstələrin üzünə açıqdır və heç bir xəstə o tibb evindən naümid geri qayıtmır. Ürəyim Əba Əbdillahın (ə) nazdanəsinin hərəminə pərvaz etdi. Dedim, düzdür ki, yaşdan kiçikdir, amma o balaca əlləri ilə böyük düyünlər açır. Düzdür ki, balacadır, amma Mütəal Allahın yanında çox əzəmətli məqamı var, əlləri cəddi Yədullah Əlinin (ə) əlində olduğu üçün müşgülləri həll edir. Dedim, qızımın şəfasını ondan istəyim. Bu qəsd ilə hərəmə tərəf hərəkət etdim. Hərəmə daxil oldum. Gözüm onun hərəminə düşən kimi, göz yaşı mənə aman vermədi, ürəyim sındı, dərdi-dil etməyə başladım, dedim: Xanım, doktorlar məni geri qaytarıblar, amma sən məni naümid geri qaytarma, uzaq yoldan gəlmişəm.
Qızımı zərihin kənarına gətirdim. Gecə dəxil ünvanı ilə kəndirin bir tərəfini qızıma və o biri tərəfirni zərihə bağladım. Qızıma tapşırdım ki, bu qız, imam Hüseynin (ə) qızıdır və atası onu çox sevirdi. Ondan istə ki, sənə şəfa versin. Ağla, yalvar, dərdini de. Mən də bir tərəfə gedib, dua, ziyarət, namaz və təvəssülə məşğul oldum, öz halıma qərq oldum. Dünyadan ayrılıb, Həqq Təalanın Zatına müttəsil oldum. O halda qızımın şəfasını istədim. Bir müddətdən sonra özümə gəlib gördüm, gecədən xeyli keçib, hərəm sakitlikdir və heç kim yoxdur. Səhər, ya səhərə yaxın idi. Qızımı yaddan çıxarmışdım. Bir səs məni özümə gətirdi. Yaxşı qulaq asdıqda qızımın səsi olduğunu bildim. Ona tərəf getdim, gördüm ağlayır. Məni görən kimi dedi: Ata mən sağalmışam, ata mən sağalmışam. Onu qucağıma aldım, soruşdum, qızım nə oldu? Niyə ağlayırsan? Dedi: Ata çox ağladım, axırda məni yuxu apardı. Yuxuda gördüm ki, zərihdən üç yaşlı bir qız çıxıb, mənə tərəf gəldi. Mənə yaxınlaşıb, dedi: Nə istəyirsən? Qalx! Dedim xanım, mən xəstəyəm, yerimdən tərpənə bilmirəm. Yanımda oturdu və o kiçik əlləri ilə bədənimə əl çəkdi. O vaxt mənə dedi: Sağaldın! Dur, atanın yanına get. Yuxudan ayılıb, heç bir narahatlıq hiss etmədim, amma ata, nə üçün o üç yaşlı qızın çöhrəsi qaralmışdı? Dedim, qızım o düşmənlərin ona vurduqları sili zərbələrinin yeridir.