Əsma deyir ki, Həzrət
Zəhra (s.ə) durdu ayağa. Gördüm ki, halı yaxşılayıb. Qüsl etdi,
paltarını dəyişdi. Mən daha çox sevinirdim. Deyəsən Xanım (ə.s) özünü
daha yaxşı hiss edir. Amma bu an bir söz dedi ki, bu söz dünyamı
dağıtdı. O dedi: «Əsma, mən üzü qibləyə uzanıram, sən hərdən məni səslə.
Elə ki, gördün cavab vermədim tez məscidə gedib Əlini (ə) çağır» Əsma
deyir ki, mən dağınıq halda otağı tərk
etdim. Bir azdan nigaran halda qapıya yaxınlaşıb Xanımımı (ə.s)
çağırdım. Amma cavab gəlmədi. Yenə onu səslədim. Lakin cavab yox idi.
Üçüncü dəfə səsləyəndə cavabsızlıq məni qorxuzdu. Üz tutdum məscidə.
Məscidin qapısında Əlini (ə) gördüm və ona «Başın sağ olsun» dedim. Mən
bu sözü deyəndə Əli (ə) özündən getdi. Nəhayət başını yerdən qaldırıb
«Mən kimə baş sağlığı verim Fatimə (s.ə)?» sözünü dedi. Bundan sonra Əli
(ə) qalxdı qaçaraq evə gəldi. Mənzilə daxil olub Zəhranın (s.ə) başını
dizi üstünə aldı və dedi: «Ya Fatimə (s.ə)» O Xanımdan (ə.s) səs
gəlmədi. O bu çağırışdan sonra ağlayaraq belə fəryad etdi: «Ya Fatimə
(s.ə), aç gözlərini, mənəm məzlum Əliyəm (ə), mənə bir söz de»
Alimlərdən biri deyir ki, Zəhranın (s.ə) zərbədən əzilən gözü azca
aralandı və o Əliyə (ə) tərəf baxıb «Əmioğlu, yaxşı vaxtda
gəlmisən»-dedi-«Bu bizim ayrılıq məqamımızdır.» O bir-bir Əliyə (ə)
vəsiyyətlərini etdi.
Bundan sonra o Əlidən (s.ə) bir və sonuncu
sualı soruşmaq izni istədi. Əli (ə) göz yaşları içində razılığını
verdikdən sonra o dedi: «Əli can (ə) de görək məndən razısan ya yox?» Bu
söz Əliyə (ə) çox təsir etdi. Əli (ə) başını aşağı salıb «Zəhra can
(s.ə) yeri var ki, bu sualı mən səndən soruşum? Əlbətdə səndən razıyam»
Həzrət Zəhra (s.ə) dedi: «Onda mənə və mənim yetimlərimə ağla ya Əli
(ə). Mən ölməmiş istəyirəm mənə ağlayasan.
Qorxuram məndən
sonra bu qüssəni içində tutasan ki, bu da səni öldürsün.» Əli (ə) ağladı
və o xanım (ə.s) da qamçı dəyən əlləri ilə Əlinin (ə) göz yaşlarını
sildi. Və beləcə başı Əlinin (ə) dizləri üstündə «Əşhədu ən la ilahə
illəllah (şəhadət verirəm Allahdan başqa Allah yoxdur), və əşhədu ənnə
Əbi Rəsulillah (və şəhadət verirəm atam mənim peyğəmbərimdir), və əşhədu
ənnəkə Əli vəsiyyən Rəsulillah (və şəhadət verirəm Əli (ə), sən
Peyğəmbərin (s) vəsisi və davamçısısan)» Bu sözü dedi və zəhra (s.ə)
başı Əlinin (ə) dizləri üstə dünyasını dəyişdi.Gecənin qaranlığı idi.
Xanım Zəhra (s.ə) dünyadan köçdü. Heç kəs yox idi ki, Əlinin (ə) evinə
gəlib ona baş sağlığı versin. Əli (ə) İmam Hüseyni (ə) göndərdi Salmanın
evinə. Salman çox yaşlı idi və bu hadisələrdə Xanım Zəhranı (s.ə)
müdafiə etdiyi üçün onu da küçədə döymüşdülər. O bu günlər evində xəstə
yatırdı. Salman deyir ki, qapı döyüldü, açdım, gördüm Hüseyn (ə)
dayanıb. Soruşdum bu gecə vaxtında niyə gəlmisən? Deyir mən bu sözü
soruşanda Hüseyn (ə) əlini sinəsinə qoydu və «Əmi gəl gedək bizə, anam
öldü, anam dünyadan getdi» dedi. Deyir mən tələsərək Əlinin (ə) evinə
gəldim. Harada görünüb ki, cavan ana dünyasını dəyişsin, körpələri də
onun qüsulu üçün su daşısınlar? Ana dünyadan köçəndə deyərlər uşaqları
cənazədən uzaqlaşdırın. Deyir mən gördüm Əli (ə) Fatiməyə (s.ə) qüsul
verməklə məşğuldur, Həsənlə (ə) Hüseyn (ə) də su daşıyırlar. Mən
bilmədim Əlinin (ə) məzlumiyyətinə ağlayım, yoxsa Fatimənin (s.ə)
müsibətinə?!
Əli (ə) uşaqlarına tapmışrmışdı ki, yavaş ağlayın
ki, səsinizi eşidən olmasın. Deyir mən gördüm uşaqlar paltarlarının
ətəyini ağızlarına qoymuşdular ki, ucadan ağlamasınlar. Əli (ə) tez-tez
çıxıb uşaqlara yavaş ağlamağı tapşırırdı. Salman deyir ki, birdən Əlinin
(ə) ucadan ağlamaq səsini eşitdim. Əsma Əliyə (ə) yaxınlaşıb Zəhranın
(s.ə) müsibətinə ağladığını soruşduqda Əli (ə) dedi: «Yeri var idi ki,
Zəhranın (s.ə) müsibətinə ağlayım. Amma mən onun bədənində bu göyərmiş
yerləri görməmişdim.