Həzrəti Mühəmməd (s), Əlini(ə.s) bir iş dalınca göndərdi. Əsr namazının vaxtı yetişdi. Hamı namazını qıldı. Amma hələ Əli (ə) qayıtmamışdı. Əli (ə) Peyğəmbərin (s) yanına gələndən sonra, Peyğəmbər (s) başını paltarına büküb, Əlinin (ə) dizi üzərinə qoyub, Allah tərəfindən gələn vəhyi, günəş batmasına bir az qalmışa qədər dinləməyə (eşitməyə) məşğul oldu. Vəhy sona yetəndən sonra Həzrət (s), Əlidən (ə) sual etdi: Əsr namazını qılmısan?
Əli (ə) cavab verdi: Xeyr, Ya Rəsuləllah! Sizin mübarək başınızı dizimin üzərindən götürə bilmədim.
Peyğəmbər (s) duaya ələ götürüb dedi: İlahi! Əli sən və sənin Rəsulunun itaətinə məşğul idi. Bəs günəşi onun üçün qaytar!
Əsma deyir: And olsun Allaha! Gördüm günəş qayıtdı və onun nuru ətrafa yayıldı. Əsr namazının fəzilətli zamanı qayıtdı. Əli (ə) namazını qıldı və yenidən günəş qüruba endi.
Mənbə: "On dörd məsumdan möcüzələr" kitabı
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.