İmam Baqir (ə) buyurur:
Yəhudilərdən bir tayfa müsəlman oldular. Onlar: Əbdullah ibn Səlam, Əsəd, Sələbə, İbn Yəmin, İbn Surəya. Bunlar Peyğəmbərin (s) yanına gəldilər və dedilər:
Ey Allahın Peyğəmbəri! Həqiqətən Musa Yuşəb ibn Nuna vəsiyyət etdi. Sən kimə vəsiyyət edəcəksən Ya Rəsuləllah? Səndən sonra vəlin kimdir? Bu ayə nazil oldu:
إِنّمَا وَلِيُّكُمُ اللهُ وَرَسُولُهُ وَالّذِينَ آمَنُواْ الّذِينَ يُقِيمُونَ الصّلاَةَ وَيُؤْتُونَ الزّكَاةَ وَهُمْ رَاكِعُونَ
Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər.
Sonra Peyğəmbər (s) dedi: Qalxın. Hamı qalxdı. Məscidə gəldilər. Elə ki, dilənçi məsciddən çıxanda Peyğəmbər (s) ey dilənçi! Sənə bir şey verildi? Dilənçi:
Bəli! Bu üzüyü mənə verdilər. Peyğəmbər (s) buyurdu: Kim verdi?
Dilənçi: Bunu mənə namaz qılan bir kişi verdi. Peyğəmbər (s) buyurdu:
Hansı vəziyyətdə sənə verdi? Dilənçi dedi:
Ruku halında idi. Peyğəmbər (s) ağladı və məsciddəki insanlarda ağlamağa başladı. Və sonra Peyğəmbər (s) buyurdu:
Əli Məndən sonra vəlimdir. Dedilər:
Biz Rəbbimizdən razıyıq, Sənində nəbi olmağına razıyıq, Əlinin vəli olmağına razıyıq.